Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbiristanlıqda dəfn edilib”.