Bu da Marqarita Simonyanın əsil antirus sifəti - Ukrayna müharibəsini bir nəfər başlayıb...

Yadigar Məmmədli: “Onun Rusiyada böyük bir media qrupuna rəhbərlik etməsi ilə bağlı birmənalı fikir yoxdur”

img

Rusiyanın Ukraynada apardığı xüsusi əməliyyat uzandıqca, ölkə daxilində bununla bağlı tənqidlər artır. Televiziyada generalların tənqidi baş verir ki, halbuki, əvvəllər buna görə həbs oluna bilərdin."Vesti" nəşri yazır ki, Rusiya təbliğatı Rusiya ordusunun Limandakı məğlubiyyətindən sonra öz ritorikasını tamamilə dəyişib.

Qələbə ruhlu "hər şey plan üzrə gedir" bəyanatların əvəzinə, KİV-lər məğlubiyyətin günahkarlarını axtarır və xüsusi əməliyyatın gedişimdə lazımi dəyişikliklər edilməsi haqqında fikir yürüdürlər.

Məlum olduğu kimi, ölkənin təbliğat kampaniyasını aparan media təmsilçiləri də ara-sıra kəskin tənqidi fikirlər səsləndirirlər. Xususi əməliyyata yönəlik tənqidlər bu dəfə Marqarita Simonyandan gəlib. Simonyan hərbi elitanı hədəf alaraq onların ünvanına kəskin fikirlər səsləndirib. Simonyan generallara basqı göstərərək, onların qərarlarının "ölkəyə və xalqa" ziyan vura biləcəyini deyib. O, generalları müdafiə etməyəcəyini vəd edib: “Yoldaş Şoyqu və Gerasimov, siz kişisiniz, yoxsa yox? Olmaya, özünüzü batırmısınız? Ukraynaya qarşı bu mənasız müharibəni başlayan bir nəfərin problemini həll etməyincə, hamınızı "günah keçisi" edərək sıradan çıxaracaqlar...”.

Görünən odur ki, M.Simonyan bununla öz əsil simasını ortaya qoydu. Üzdə bir nömrəli Rusiyapərəst kimi görünsə də, son açıqlamadan sonra bunun heç də belə olmadığı ortaya çıxdı.

  • “Bütün bunlar Simonyanın nə qədər simasız olduğunu göstərir”

Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, Simonyanın timsalında belə riyakar mövqe gözlənilən idi: “Zatən, onun erməni xislətindən irəli gələn məqamlar bir daha onun əsil simasını ortaya qoydu. Simonyan heç vaxt obyektiv media təmsilçisi qisminə çıxış etməyib. Onun Rusiyada böyük bir media qrupuna rəhbərlik etməsi ilə bağlı birmənalı fikir yoxdur. Dəfələrlə adı korrupsiyada hallanıb. O, fəaliyyəti dövründə əsasən ictimayətin beynini zəhərləməklə məşğul olub. Qarabağla bağlı davamlı olaraq birtərəfli mövqedən çıxış edib. Yalnız ermənilərin mövqeyini xüsusi işıqlandırmağa çalışıb. Rusiya-Ukrayna münasibətləri kəskinləşən zaman Simonyan və onun media qrupu hər vasitə ilə çalışdı ki, iki dövlət arasında olan bütün körpülər yansın. İndi görür ki, müxtəlif səbəblərdən xüsusi əməliyyatlar uzanır, bu zaman başqa bir rola girir. Simonyandan olsaydı bütün ukraynalılar məhv edilməli idi. Dəfələrlə hökuməti daha sərt addımlar atmağa, hətta nüvə silahı tətbiq etməyə belə çağırıb. Bu həmin Simonyan idi ki, Ukraynada xüsusi əməliyyatın tezliklə başa çatacağını bəyan edirdi. Bunlar baş tutmadı deyə, indi Rusiya rəsmilərini ittiham edir. Bütün bunlar Simonyanın nə qədər simasız olduğunu göstərir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər