Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanın qələbəsi Ermənistanın PKK-ya münasibətini dəyişdi

Image


İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın muzdlu qüvvələrdən, terrorçulardan istifadə etməsi artıq bu ölkənin özündə açıq etiraf edilir. PKK üzvü olan iki şəxsin Türkiyəyə təhvil verilməsindən sonra səslənən etiraflar da bunu təsdiq edir.

Qeyd edək ki, kürd mənbələri sentyabrın 25-də “Leheng” və “Alisher” ləgəbli iki PKK terrorçusunun Ermənistan tərəfindən Türkiyə kəşfiyyatına təhvil verildiyini təsdiqləyib. Məsələyə münasibət bildirən Ermənistan parlamentinin deputatı Qeqam Manukyan qeyd edir ki, İrəvan ona sığınan iki kürd terrorçunu ekstradisiya edərək Türkiyəyə ciddi jest edib. O, Ermənistanı PKK-ya xəyanətdə ittiham edərək bildirib ki, bu kürdlər Qarabağda 44 günlük müharibənin fəal iştirakçıları olub. Bu etiraf bir daha təsdiq edir ki, İkinci Qarabağ müharibəsində Ermənistan PKK terrorçularını Azərbaycana qarşı istifadə edib. Manukyan baş verənlərə görə kürdlərdən üzr istəyib: “Qardaşlar, bizi bağışlayın ki, ermənilər övladlarınızı türklərin əlinə verdilər, orada öləcəklər”. Qeyd edək ki, Türkiyə ilə Ermənistan bugünə kimi diplomatik əlaqələr qurmayıb, ona görə də iki ölkə arasında terrorçuların və digər cinayətkarların qarşılıqlı ekstradisiyasına dair razılaşma yoxdur. Lakin diplomatik əlaqələrin olmaması Ermənistan və Türkiyə xüsusi xidmət orqanlarının iki PKK terrorçusunun Türkiyəyə təhvili üzrə birgə əməliyyat keçirməsinə mane olmayıb. Söhbət Atilla Çiçək və Hüseyn Yıldırımın ekstradisiyasından gedir. PKK bu şəxslərin Türkiyənin şərqində döyüşdüyünü və 2021-ci ilin avqustunda Türkiyə-Ermənistan sərhədində ermənilərə təslim olduqlarını bəyan edib. Ermənistanın “datalex.am” məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, adıçəkilən şəxslərə qarşı Ermənistan sərhədini qanunsuz keçmək və respublikaya qaçaqmalçılıq yolu ilə silah-sursat gətirmək kimi rəsmi ittiham irəli sürülüb. Ona qədər isə bu şəxslər Qarabağda döyüşdükləri üçün sərbəst fəaliyyət göstəriblər. Lakin sonradan bunun qarşısı alınıb. Zəngəzur  vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında adları çəkilən şəxslərin hər ikisini 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi onların həbs cəzasını 3 il sınaq müddətli şərti cəza ilə əvəz edib. Sonradan da bu şəxslər Türkiyəyə təhvil verilib.

Düzdür, indi Ermənistan rəsmi səviyyədə bunu təkzib etməyə çalışır və Türkiyəyə təhvil verilmə ilə bağlı əməliyyatın olmadığını bildirir. Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi kürdlərin Türkiyəyə ekstradisiyasında iştirakını inkar edib. Amma əksər erməni və kürd mənbələri tamamilə əks mövqedən çıxış edirlər. Terrorçu Atilla Çiçəyin ailəsi onun üzvü olduğu Xalq Müdafiə Qüvvələrinə (PKK-nın hərbi qolu) müraciət edərək övladlarının taleyindən narahat olduqlarını bildirib. Hadisə ilə bağlı təşkilat açıqlama yayıb və Atilla Çiçəyin, eləcə də Hüseyn Yıldırımın Türkiyə kəşfiyyatına məhz Ermənistanın xüsusi xidmət orqanları tərəfindən verildiyini bəyan edib. Xalq Müdafiə Qüvvələrinin bəyanatına görə, Çiçək və Yıldırım azadlığa buraxılmaq əvəzinə təxminən bir ay əvvəl Ermənistandan Türkiyəyə ekstradisiya edilib. Təşkilat vurğulayıb ki, bununla Ermənistan beynəlxalq hüquq normalarını və ölkə qanunlarını pozub. Bəyanatda Xalq Müdafiə Qüvvələri, həmçinin, bütün səlahiyyətliləri terrorçuların harada olduqları barədə ailələrinə məlumat verməyə çağırıb. Türkiyə mətbuatının məlumatına görə, 2012-ci il sentyabrın 25-də terrorçu Hüseyn Yıldırım Tunceli vilayətinin Çiçəkli kəndində "Türk Telekom"a məxsus avtomobili ələ keçirərək içərisinə uzaqdan idarə olunan partlayıcı qurğu yerləşdirib. Daha sonra terrorçu bu avtomobili Atatürk bölgəsində Türkiyə ordusunun hərbi maşınının yanında partladıb. Nəticədə 6 əsgər, eləcə də ətrafdakı bir nəfər həlak olub. 29 avqust 2020-ci il tarixində terrorçu Yıldırım İran ərazisindən Türkiyənin Aqra vilayətinə keçərək Doğubəyazıt bölgəsində təhlükəsizlik qüvvələrinə silahlı basqın həyata keçirib. Nəticədə iki əsgər şəhid olub. Digər terrorçu Atilla Çiçək isə uzun illərdir Türkiyə ilə həmsərhəd Suriya və İranda terror fəaliyyəti ilə məşğul olub. Onların Türkiyəyə təhvil verilməsindən sonra PKK bəyan edir ki, baş nazir Nikol Paşinyan bu addımı oktyabrın 6-da onun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Praqada gözlənilən görüş ərəfəsində atıb. Qeyd edək ki, bu, Ermənistan tərəfindən kürdlərin Türkiyəyə ekstradisiyası ilə bağlı ilk hadisədir. Kürdlər indiyədək türklərə qarşı mübarizədə ermənilərin müttəfiqi olublar. Hər iki Qarabağ müharibəsində də kürd döyüşçüləri ermənilərin tərəfində iştirak edib. Ermənistan xüsusi xidmət orqanlarının Türkiyəyə qarşı PKK ilə uzun illər əməkdaşlıq etdiyini hamı bilir. İşğal dövründə ermənilərin nəzarətində olan  Azərbaycan ərazilərində PKK üzvləri üçün təlim düşərgəsi yaratdığı da sirr deyil. Amma indi görünən budur ki, Azərbaycanın İkinci Qarabağ müharibəindəki qələbəsi Ermənistanın PKK-ya münasibətini dəyişib. Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalı olan Ermənistan PKK ilə də işbirliyinə son verir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ