Cümə axşamı günü, 12 noyabr 2026
     

Tariximizdə 2020-ci ilin 27 sentyabr günü - Vətən müharibəsi necə başladı...

Image


27 sentyabr 2020-ci il Vətən tarixində yeni bir səhfə açdı. 27 sentyabrda  xalqımızın qürur və şərəf tarixinə silinməz səhifələr yazan Vətən müharibəsi başladı. Zəfər tariximizin başlanğıc nöqtəsi olan 27 sentyabrdan 2 il ötür. Vətən müharibəsi xalqımızın mübarizə əzmini daha geniş şəkildə ifadə etdi və birliyinin simvoluna çevrildi.

Vətən daşı olmayandan

Olmaz ölkə vətəndaşı!

Vətən müharibəsində kiçikdən tutmuş böyüyə qədər hər kəs Vətən daşına çevirildi. Məlum olduğu kimi, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, müzəffər Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığını itirməsi hesabıba tprpaqlarımızı azad edib Zəfər qazandıq.

2020-ci ilin 27 sentyabr tarixini necə xatırlayırsınız? Vətən müharibəsinin başlandığı xəbərini eşidəndə ilk olaraq nə düşündünüz? İnanırdınızmı ki, bu bizim torpaqlarımızı azad etmək yolunda son müharibəmiz olacaq? Qələbə gozlənilən idimi?

  • Mənsum İbrahimov: “Həmin gün Ali Baş Komandan əks-hücum əmri verdi, hamımız sevindik və torpaqlarımızın azad ediləcəyinə ürəkdən inandıq”

Xalq artisti, professor Mənsum İbrahimov bizimlə söhbətində bildirdi ki, o gün heç zaman yaddaşından silinməyəcək, çünki bizi Zəfərə aparan o gün çoxdan gözlənilirdi. “27 sentyabr yaddan çıxası bir tarix deyil. Biz bu günü 30 il gözləmişdik. Həmin gün Ali Baş Komandan əks-hücum əmri verdi, hamımız sevindik və torpaqlarımızın azad ediləcəyinə ürəkdən inandıq. Təbii, heç kəs müharibəyə sevinmir, amma biz 30 ildir bu əmri gözləyirdik ki, torpaqlarımızı azad edək. Şükür ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu bizim üçün qürur və fəxr hissidir. Bu tarixdən 2 il keçib, biz torpaqlarımıza qovuşmuşuq”.

M.İbrahimov hesab edir ki, hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərimiz də Azərbaycanın yurisdiksiyasına qayıdacaq və biz buna doğru gedirik. Xalq artisti qeyd etdi ki, Ermənistana arxa-dayaq olan dövlətlər, onların havadarları torpaqlarımızın işğaldan azad edilməsi faktı ilə barışmır və bu ölkəni yenidən təxribata sürükləyir. Xalq artisti bildirdi ki, ordumuz ayıq-sayıq dayanıb və düşmən təxribatının qarşısını alıb mübarizəmizi uğurla başa çatdıracağıq. M.İbrahimov qeyd etdi ki, biz haqlı ola-ala bizi bəzi Qərb, Avropa ölkələri haqsız çıxarmağa çalışıb. “Bu gün haqq-ədalət yoxdur, hər şeyi güc həll edir. Biz 30 il sülh gözlədik ki, torpaqlarımızı sülh yolu ilə azad edək, amma olmadı. Şükür Allaha ki, torpaqlarımız azad edildi...”

  • Meyxoş Abdullah: “Biz bu döyüşü çoxdan gözləyirdik”

Şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Meyxoş Abdullah “Bakı-Xəbər”ə bildirdi ki, o günü düz 30 il idi gözləyirdik və nəhayət yetişdi. Xalqın yumruq kimi birləşib düşmən üzərinə gedən müzəffər Ordumuza dəstək verdiyini deyən M.Abdullah 27 sentyabr 2020-ci il tarixinin unudulmaz olduğunu dedi: “O gün ömrümdə heç vaxt unutmayacağım bir gün idi. Televiziyanın  xəbərlər proqramından müharibənin başlandığını və qoşunlarımızın cəbhə boyu əks-hücuma keçdiyini eşitdim. Təsəvvür edin ki, çox böyük qürur hissi keçirdim. Axı, biz bu döyüş anını çoxdan gözləyirdik. Təkrar edirəm, biz bu döyüşü çoxdan gözləyirdik. Xalq artıq cana doymuşdu, səbr kasası daşmaq üzrəydi. Mənə gəlincə, mən hələ 2009-cu ildə yazdığım "Əsir qadın" əsərimin epiqrafında belə yazmışdım: - "Ey soydaşım, ey həmvətənim!..Bizi qarşıda ağır, ağır olduğu qədər də şərəfli bir döyüş gözləyir. Yalnız bu döyüş alnımıza vurulan xəcalət damğasını, vicdanımızın ləkəsini silib təmizləyı bilər!.. Öldürsək, namusumuzu, öləriksə, özümüzü gələcək nəsillərin qınağından xilas edə bilərik!.." Qələbəmizə çox inanırdım. Çünki 30 illik səbrimizin artıq çat verdiyini hamı hiss edir və görürdü. Xalq qələbə arzusuyla yaşayırdı... Hər şeyin bir sonu olduğu kimi, bu 30 illik məğlubiyyətin də bir sonu olacaqdı. Sadəcə olaraq, xalq dövlətdən bir hərəkət gözləyirdi. Bu da baş verdi. Mənə gəlincə, mən bu xalqın saflığına, döyüşkənliyinə, yenilməzliyinə həmişə inanmışam”.

  • Nəzakət Məmmədova: “Biz 27 sentyabrda Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başlamasına sevindik”

Respublika Xatirə Kitabı redaksiyasının Baş redaktoru, AYB üzvü, tanınmış şairə Nəzakət Məmmədova da bizimlə söhbətində bildirdi ki, 27 sentyabr bizi Zəfərə, qələbəyə aparıb, Zəfər yürüşünün başlanğıc nöqtəsi olub. “Doğrudan da müharibənin başlandığı günü unutmaq mümkün deyil. Təbii, heç bir xalq müharibə istəmir. Amma biz 27 sentyabrda Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına başlamasına sevindik. Xalq olaraq sevindik. Mən də sevindim ki, nəhayət müharibə başladı və indiyə qədər çəkdiyimiz ağrı-acıya son qoyulacaq, torpaqlarımız azad olunacaq. 27 sentyabrda ilk düşündüyüm məsələ torpaqalımızın tezliklə azad olunması olub. Mənim övladlarım da zabitdir, onlar da cəbhədə döyüşdə idilər. Qızım həkim kimi xidmət edirdi. Buna baxmayaraq, müharibənin dayanmasını istəmirdim, deyirdim ki, bütün torpaqlarımız alınsın. 2020-ci il sentybarın 27-si günündən inandım ki, bu müharibə Zəfər yürüşüdür və torpaqlarımız işğaldan azad ediləcək. 30 il idi ki, qələbə gözləyirdik və 30 ildə də övladlarımızı bu ruhda böyütmüşdük ki, torpaqlarımızı azad etmək sizin ən böyük vəzifənizdir. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə üzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün biz qələbədən ürəkdolusu danışa bilirik. Amma bilirsiz ki, qonşularımız mənfurdur, onlar öz əsassız iddialarını dayandırmayıblar, hələ də təxribata əl atırlar. Amma müzəffər Ordumuz düşməni yerində oturtmağa hər an hazırdır”.

  • Afaq Bəşirqızı: “27 sentyabrda bütün Azərbaycan ayağa qalxdı”

Xalq artisti Afaq Bəşirqızı da bizimlə söhbətində bildirdi ki, xalqımız 27 sentyabrda birlik nümayiş etdirdi: “Hamımız vətənpərvərik və vətənpərvər olmalıyıq da. Biz bu torpaqları tamamilə azad etməyincə, Qarabağın ermənilər yaşayan hissəsində Azərbaycanın hakimiyyətini bərpa etməyincə rahatlaşa bilmərik. Gecə-gündüz çalışmalıyıq. Sadə vətəndaşdan tutmuş bu işin bilavasitə məsuliyyətini daşıyan hər kəs bu yolda bir olmalıdır. Necə ki, cənab Prezident demişdi ki, biz bir yumruq kimi birləşmişik. Gərək  bu yumruq kimi birləşmək yaddan çıxmasın. Bu Vətən, bu torpaq bizimdir. Müharibə bizə görə gedib. 27 sentybarda biz nəyin necə olacağını bilmirdik, hazır deyildik. Qəfil Ermənistan müharibəni başladı və hücuma keçdi. Hamımız çaşqın idik. Düzdür, ondan əvvəl Tovuz hadisələri baş vermişdi, müharibə gedirdi, generalımızı, polkovniklərimizi itirdik, şəhidlər verdik. Biz o vaxt Tovuzdan nigaran idik, amma Ermənistan başqa tərəfdən hücuma keçdi. 27 sentyabrda bütün Azərbaycan ayağa qalxdı. Mən özüm özümə həsəd apardım və sevindim ki, azərbaycanlıyam. Xalqımızda bu hiss hər gün olmalıdır”.

A.Bəşirqızı bildirdi ki, Birinci Vətən müharibəsində bizim silahımız yox idi, düşmən silahlı idi, 27 sentyabrda isə bizim ordumuzun gücünü dost da, düşmən də gördü. O qeyd etdi ki, 27 sentyabr bizi Zəfərə apardı, bu yolda şəhidlərimiz də, qazilərimiz də var, amma xalq olaraq başımız ucadır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ