Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın iki PKK-çını verməklə yüzlərcə terrorçunu himayə etmək taktikası...

Image


Ermənistan iki PKK terrorçusunu Türkiyəyə təhvil verib. Bu barədə Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Qaxam Manukyan məlumat verib. O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Kürdüstan Fəhlə Partiyasının iki terrorçusunu saxlayıb Türkiyə kəşfiyyatı “MİT”ə təhvil verməsi barədə şok məlumat yayıb.

Bu arada PKK bəyanat yayaraq Ermənistanı tənqid edib: “Bizim üzvlərimizi Türkiyəyə təslim etmək Ermənistan üçün ayıbdır”. Məlumata görə, Ermənistanın Kürdüstan Fəhlə Partiyasının (PKK) iki üzvünü Türkiyəyə ekstradisiya etməsi İrəvanda və terror təşkilatında narazılıqla qarşılanıb. PKK bu təşkilatın iki üzvünün Türkiyəyə ekstradisiyasına görə Ermənistanı beynəlxalq qanunları pozmaqda ittiham edib.

Atilla Çiçək və Hüseyn Yıldırım adlı terrorçular artıq Türkiyəyə təhvil verilib.

Mətbuatın yaydığı məlumata görə, “Lehenk” və “Əlişir” kod adlı PKK döyüşçüləri 2021-ci ilin avqustunda Ermənistan sərhədində saxlanılıb. Onlara qarşı ittiham irəli sürülüb. 2022-ci il fevralın 23-də onlar Ermənistanın Apellyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılıb. Amma erməni xüsusi xidmət orqanları kürdləri yenidən saxlayıblar. Onlara lazımi tədbirlər görüldükdən sonra azadlığa buraxılacağı vəd edilsə də, təxminən bir ay əvvəl onların Türkiyəyə ekstradisiya ediləcəyi bəlli olub.

Datalex.am məhkəmə-informasiya sistemində dərc olunan məlumata görə, 2021-ci ildə Ermənistanda Çiçək və Yıldırım 2021-ci il avqustun 16-da Ermənistan sərhədini qanunsuz keçməkdə və ölkəyə qaçaqmalçılıq yolu ilə silah və sursat keçirməkdə ittiham olunublar. Zəngəzur vilayətinin birinci instansiya məhkəməsi 2022-ci ilin yanvarında hər ikisini pulları müsadirə olunmaqla 7 il müddətinə azadlıqdan məhrum edib. Daha sonra Apellyasiya Məhkəməsi PKK-nın hər iki üzvünün həbs cəzasını azaldaraq, 3 il sınaq müddəti ilə şərti cəza ilə əvəz edib.

Türkiyə mənbələri də iki terrorçunun tutularaq ölkəyə gətirildiyini bildirir. Lakin Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadən Ermənistanın adını çəkməyib. Bu barədə Azərbaycan mətbuatı yazıb.

Maraqlıdır, PKK üzvləri Ermənistanda nə gəzirdi? Sualın cavabı, təbii ki, sadədir, bu gün Ermənistanda xeyli sayda PKK terrorçusu var və onlar bu ölkə tərəfindən himayə olunur. Ermənistan bu iki nəfər PKK-çını  təhvil verməklə əslində izi itirmək, iz azdırmaq istəyir. Guya Ermənistanda cəmi 2 PKK-çı vardı, onu da Türkiyəyə təhvil veriblər.

“Ermənistanın PKK ilə əməkdaşlığı, bu terror qrupunun üzvlərini himayə etməsi məlumdur”

Siyasi ekspert Rövşən Rəsulov “Bakı-Xəbər”ə bildirdi ki, bu gün Ermənistan terroru himayə edən dövlət kimi də tanınır: “Ermənistan terrorçu dövlət olmaqla yanaşı, həm də beynəlxalq axtarışa verilən bir sıra terrorçuları himayə edən ölkə kimi tanınır. Məhz sonuncu məsələ deyilənləri bir daha təsdiqlədi. İki PKK-çının Türkiyəyə təhvil verilməsi məsələsinə gəlincə, hazırda Ermənistan hakimiyyətinin içində ikitirəlik yaranıb. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir tərəfdən bəyan edib ki, onlar PKK terrorçularını Türkiyənin Milli İstihbarat Təşkilatına təhvil verməyib, Ermənistanın digər güc strukturları, eləcə də Ədliyyə Nazirliyi Türkiyə ilə heç bir əməkdaşlığa getmədiklərini bəyan ediblər, terrorçuları Türkiyəyə təhvil verməyiblər. Bu zaman erməni cəmiyyətində sual yaranır ki, bu iki terrorçunu Türkiyəyə kim təhvil verib? Əslində, biz digər tərəfdən ehtimal edə bilərik ki, Ermənistanın kəşfiyyat xidməti və yaxud xüsusi xidmət orqanları gizli yolla bu terrorçuları Türkiyəyə təhvil verib, bu da qeyri-rəsmi şəkildə baş tutub. Sadəcə, bunu açıq-aydın bəyan etməkdən çəkinirlər. Yəni bəyan etsələr, bu artıq Ermənistanla Türkiyənin müəyyən mənada münasibət qurmasına dəlalət edər. Digər tərəfdən, hesab edə bilərik ki, Türkiyə faktiki olaraq yalnız Ermənistana qarşı deyil, PKK terrorçularını himayə edən digər ölkələrə qarşı da sərt mövqeyini ifadə edir. Məsələn, Finlandiya və İsveçin NATO-ya üzv olmları üçün Türkiyə həmin ölkələrdə gizlənən PKK terrorçularının təhvil verilməsini tələb edib. Yalnız bu halda hən Finlandiya, həm də İsveçə NATO-ya daxil olmaq üçün vetonu aradan qaldıracağını vəd edib. Bu baxımdan, Türkiyənin PKK terrorçuları ilə bağlı sərt mövqeyi bu gün də davam edir”.

R.Rəsulov ehtimal edir ki, Türkiyə istihbaratı Ermənistana qarşı təzyiq siyasəti aparıb və siyasətin fonunda Ermənistanda gizlənən PKK terrorçularından ikisini geri almağa müvəffəq olub. Onun sözlərinə görə, bu kimi hallar həm də belə deməyə əsas verir ki, Ermənistan bundan sonra heç bir PKK terrorçusuna öz ölkəsində sığınacaq verməyəcək. “Ermənistanın PKK ilə əməkdaşlığı, bu terror qrupunun üzvlərini himayə etməsi məlumdur. O bunu davam etdirsə və belə fikri olsa da, bundan çəkinməli olacaq, çəkinməsə, qarşısında Türkiyənin sərt üzünü görəcək. Bu baxımdan, Kürd Fəhlə Partiyasının da Ermənistanı hədəfə alması və xəyanətdə ittiham etməsi belə deməyə zəmin yaradır ki, əslində Ermənistan düşdüyü çətin və böhranlı vəziyyətində başqa əlac da tapa bilmir. Ermənistanın xəyanət etməkdən başqa yolu yoxdur. Faktiki olaraq PKK hər zaman Ermənistana dəstəyini ifadə edib. Hətta müxtəlif Yaxın Şərq ölkələrində PKK terror təşkilatının düşərgələrində erməni terror təşkilatları da fəaliyyət göstərib. Bu baxımdan, hər iki cinahın bir-birinə yaxınlığı mövcuddur. Məhz Ermənistanın Türkiyə qarşısında əyilməsi, qorxması PKK-nın da Ermənistana qarşı sərt bəyanatlar verməsinə və onu xəyanətdə ittiham etməsinə şərait yaradıb.  Bu baxımdan hesab edə bilərik ki, Türkiyə bundan sonra da nəinki Ermənistana, PKK terror qruplaşmasının üzvlərini himayə edən digər dövlətlərə qarşı da qətiyyətini nümayiş etdirəcək və öz istəyinə nail olacaq”-deyə R.Rəsulov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ