Cümə axşamı günü, 12 noyabr 2026
     

Cənubi Azərbaycanda başlayan etiraz aksiyaları artıq bütün İranı silkələyir

Image


İranda son günlərdə miqyası daha da genişlənən etiraz aksiyaları, gözlənildiyi kimi, Cənubi Azərbaycan şəhərlərinə də sıçrayıb. Burada keçirilən aksiyalarda diqqət çəkən xüsusi məqamlardan biri isə artıq hakimiyyətin də dəyişməsinin vacibliyi barədə şüarlardır.

Azərbaycanın şəhərlərində keçirilən mitinqlərdə etirazçılar tərəfindən “Diktatora ölüm”, “Azadlıq, ədalət, milli hökumət” kimi şüarlar səsləndirilib. Belə aksiyalar Cənubi Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Məlikkəndi, Meşginşəhr və Zəncan kimi şəhərlərində qeydə alınıb.

Cənubi Azərbaycanın İran parlamentindəki təmsilçiləri də hökumətin siyasətini, əxlaq polisinin addımlarını sərt tənqid edir. Təbrizin İran parlamentindəki nümayəndələri Məsud Pezeşkiyan və Əhməd Əlirza Beygi ölkədə əxlaq polisinin qadınların hicabına münasibəti ilə bağlı hökumətin hərəkətlərini tənqid edərək, hicab qanunlarına yenidən baxılmasını tələb ediblər. İranın dövlət televiziyası ilə söhbətində Təbrizin İran parlamentindəki islahatçı nümayəndəsi Məsud Pezeşkiyan aksiyalara səbəb olan Məhsa Əmininin ölümünə aydınlıq gətirilməsini istəyib: “Mən yüksək ixtisaslı ürək cərrahıyam və təhsil həyatımda tapşırıqlar üzərindən irəliləməmişəm. Bir insanın, indiki halda Məhsa Əmininin belə öz-özünə tələf olması elmi baxımdan mümkün deyil. Mən nazir olanda Kanadadan gəlmiş bir jurnalist həbsxanada öldü. Hökumət mənə bu hadisəni araşdırmağı tapşırdı. Biz isə gedib dəyərləndirdik və bildik ki, bu adam həbsxanada döyülüb”. Məsud Pezeşkiyanın nəzərdə tutduğu jurnalist Kanada-İran vətəndaşı olmuş Zəhra Kazemidir. O, İranda reportaj hazırlamaq üçün səfərdə olarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 18 gündən sonra, 20 iyun 2003-cü ildə həbsxanada ölüb. Təbrizin parlamentdəki digər nümayəndəsi və fundamentalistlərə yaxınlığı ilə bilinən Əhməd Əlireza Beygi isə parlamentdə daxili işlər nazirinin impiçment təklifini ortaya qoyub və bildirib ki, parlament impiçmentə müsbət yanaşsa, bunu ilk imzalayanlardan biri olacaq. Əlirza Beygi məcburi hicab qanununu və əxlaq polisini tənqid edib və bildirib ki, hökumət insanların geyiminə qarışmamalıdır: “İnsanlara nəyi geyinib nəyi geyinməməyi, necə yeriməyi, necə yeriməməyi və nə yeyib-yeməməyi diqtə edə bilmərik”. Təbriz millət vəkili hökumətin vətəndaşların şəxsi işlərinə qarışmasının və gənclərin əxlaq polisi tərəfindən həbs edilməsinin yanlış olduğunu bəyan edərək deyib ki, bizim vətəndaşlarımızla davranışımızın nəticəsində gənclərimiz İranı öz xoşbəxtliklərini axtaracaqları yer kimi görmürlər: “Ərbil kimi şəhərləri və İstanbulun küçələrini İrandan üstün tuturlar, xoşbəxtliyi, həyatı bu yerlərdə axtarırlar”. Beygi, həmçinin, hakimiyyətin bu şəkildə insanların şəxsi yaşamına müdaxilə etməsinin gənclərin dindən uzaqlaşmasına gətirib çıxardığını söyləyib. İranın əsas islahatçı partiyası olan İslami İran Xalq Partiyası isə bu fonda günlərdir davam edən etiraz aksiyalarından sonra 1983-cü ildən qüvvədə olan qadınlar üçün məcburi İslami geyim koduna son qoymağa çağırıb. Xatırladaq ki, 1983-cü ildə, İran İslam İnqilabından dörd il sonra qəbul edilən qanuna əsasən, inancından və milliyyətindən asılı olmayaraq, bütün qadınlar ictimai yerlərdə saçlarını çadra ilə gizlətməli və paltolarının altına geniş şalvar geyinməlidirlər. İndi İslami İran Xalq Partiyası əxlaq polisinin fəaliyyətini dayandırmağa səsləyib. 1997-2005-ci illər arasında islahatçı eks-prezident Məhəmməd Hatəminin keçmiş köməkçilərinin rəhbərlik etdiyi partiya hakimiyyəti məcburi hicab haqqında qanunun ləğvi üçün zəruri olan hüquqi elementləri hazırlamağa çağırıb. Partiya bildirib ki, İran əxlaq polisinin fəaliyyətinə rəsmən son qoyduğunu elan etməli və dinc nümayişlərə icazə verməlidir. Partiya Əmininin ölüm səbəblərini araşdırmaq üçün qərəzsiz komissiyanın yaradılmasının vacibliyini bildirib və bu yaxınlarda saxlanılan insanların dərhal azad edilməsinə çağırıb. Onu da qeyd edək ki, İranda bir həftədən çoxdur davam edən iğtişaşlarda 50-yə yaxın adamın həlak olduğu bildirilir. Eyni zamanda, ölkə xaricində mənzillənən iranlı hüquq müdafiəçiləri çoxlu həbslərin olduğunu deyirlər. İranın Xoy şəhərində yaşayan fəal Elnaz Şiri etiraz aksiyalarının Təbrizdə daha geniş vüsət aldığını bildirir: “ Xalq məcburi hicaba qarşıdır. Hicab geyinib-geyinməmək hər kəsin öz ixtiyarına buraxılmalıdır. Rejim hicabı insanlara qarşı təhqir və silah kimi istifadə edir. Ona görə insanlarımız arasında din və hicaba qarşı həssaslıq və hətta nifrət çoxalıb. Bir gənc kimi ölkənin dini qayda-qanunlarla yox, dünyəvi qanunlarla idarə olunmasını istəyirik və ümid edirik ki, hazırkı hakim sistem bir gün dəyişəcək və burda qadınların rolu böyük olacaq”. Baş verənlər barədə Təbriz sakini Məryəm Səlatini qeyd edir: “Mollalar vəziyyətlərini təhlükədə görsələr, heç İmam Hüseynə belə rəhm eləməzlər. İnsan özünü böyük zindanda hiss edir. Ölkədə vəziyyətin ağırlaşdığını hamı görür. Kaş bu rejim gedə, amma bunlar milləti qırmadan getməzlər. Ancaq mən şəxsən istərdim hamı necə istəyir, elə olsun. Bakıda, Türkiyədə xanımların başı açıqdır, nolur ki? Bu mollaların fikri xarabdır". İstanbulda yaşayan İran azərbaycanlısı, tarixçi Məhəmməd Rəhmanifər hesab edir ki, ölkədə baş verənlər pərakəndədir və hər hansı vahid mərkəzdən idarə olunmur. O bunu İranda yaşayan etnik xalqların bir-birilə ixtilafları səbəbilə izah edir. Ölkədə vəziyyətin həssas olduğunu deyən Məhəmməd Rəhmanifər hesab edir ki, gənc bir qızın hicabı İslami qaydada taxmaması bəhanəsi ilə həbs edilməsi və ölümü sadəcə bir qığılcım oldu: “Düzdür, buna görə də qadınlara qarşı zorakılığa və hörmətsizliyə son verilməsi üçün etirazlar başlandı, lakin unutmaq lazım deyil ki, bu çoxmillətli ölkədə yaşayan millətlərin fərqli meylləri və tələbləri var. Başqa sözlə, İranın daxili məsələlərinə yanaşmada ona bütünlük mahiyyəti daşıyan bir vahid kimi baxmaq olmaz. Daha doğrusu, qeyd etmək lazımdır ki, bu ölkədə yaşayan millətlər hər fürsətdən istifadə edərək mərkəzi hakimiyyətin mütləqiyyətinə etiraz edirlər. Son hadisələrdə İran Azərbaycanında etiraza çıxanlar qadın hüquqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulamaqla yanaşı, həm də öz milli şüarlarını səsləndirdi. Məsələn, bütün etirazlar İran boyu eyni zamanda başlamış olsa da, “Azadlıq, ədalət, milli hökumət” şüarı yalnız Cənubi Azərbaycanda səsləndi”. O, bunun səbəbini insanların 1945-1946-cı illərdə mövcud olmuş milli hökuməti unutmamaları ilə izah edir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 11:31
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ