Cümə axşamı günü, 12 noyabr 2026
     

Qərb Ukraynanı yarı yolda qoyur…

Image


Rusiyanın Qərb ölkələrinə qarşı enerji şantajı Kremlin istədiyi nəticələri verməyə başlayıb. Qərb enerji ilə təminat sahəsində üzləşdiyi çətinliklərdən xilas olmaq üçün Ukrayna məsələsində əvvəlki qətiyyətindən imtina dir. Bu, xüsusən də Avropaya aid edilir. Amma ABŞ-da da vəziyyət ürəkaçan deyil. “American Thinker” nəşri yazır ki, ABŞ-ın təşəbbüsü ilə Rusiya neftinə tətbiq edilən sanksiyalar hazırda Qərbin özünə qarşı çevrilib. 

Qeyd edilir ki, Qərb ölkələri Rusiyadan neft alınmasına embarqo qoyub. Nəticədə resursun maya dəyəri artıb və qıtlıq yaranıb: “Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını və səmərəli olmadığını nümayiş etdiriblər. Çünki Rusiya nefti anbarlarda yığılmır, əksinə, məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl olduğu vaxtdan xeyli baha qiymətə Səudiyyə Ərəbistanına satılır. Ər-Riyad elektrik enerjisi istehsal etmək üçün Moskvadan xammal alır. Öz dərinliklərindən hasil edilən resursu isə o, Qərbə daha yüksək qiymətə ixrac edir. Bu vəziyyətdə qalib məhz Rusiyadır. O, ABŞ və Avropa sanksiyalarını incə bir şəkildə aşır və əhəmiyyətli gəlirlər əldə edir. ABŞ və Avropa isə bahalaşmış Səudiyyə neftini idxal etmək məcburiyyətində qaldıqları üçün yanacaq müharibəsində uduzur. Əsas kim uduzur? Qərb və bütün dünyada, xüsusilə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər təqdim edən ölkələrdəki istehlakçılar. Sanksiyalar, əslində Baydenin bir çox xarici siyasət təşəbbüsləri kimi səmərəsiz və axmaqdır”.  Belə bir vaxtda diqqət çəkən daha bir məqam budur ki, Almaniyada “Şimal axını-2” qaz kəmərinin işə salınması barədə fikir ayrılığı yaranıb. Ölkənin iqtisadiyyat naziri Robert Habek bu ideyanın əleyhinə çıxış edib. Nazirin fikrincə, “Şimal axını-2” layihəsinin işə salınması Avropa İttifaqının son yarım ildə çəkdiyi zəhməti heçə endirəcək. Almaniyalı ekspertlər hesab edirlər ki, ölkənin siyasi elitasında yaranmış panikanın əsas səbəbi “Şimal axını-1” kəməri üzrə qaz nəqlinin azalmasıdır. Dərhal ölkənin donması barədə müxtəlif ssenarilər meydana çıxıb və siyasətçilər “Şimal axını-2” qaz kəməri barədə danışmağa başlayıblar. Belə siyasətçilər arasında “Almaniya üçün alternativ” partiyasından Bundestaqın deputatı Şteffen Kotre də var. O hesab edir ki, əks halda Almaniya qazsız qalacaq. İqtisadiyyat naziri Robert Habek isə dünən Brüsseldə keçirilən iclasda kəskin çıxış edərək, bu kəmərin işə salınmasının qeyri-mümkün olmasını bəyan edib. O bildirib ki, Avropa İttifaqı və Almaniya bu boru kəmərinin işə salınmasını qeyri-mümkün hesab edir: “Əgər avropalı tənzimləyicilər bu layihəyə razılıq versələr, Aİ-nin Rusiyadan asılılığı daha da güclənəcək. Bu isə Avropa İttifaqının son yarım ildə çəkdiyi əziyyətə ziddir”. Habekin fikrincə, “Şimal axını-2” layihəsinin işə salınması Aİ-nin və sanksiyaların kapitulyasiyası demək olacaq. Ancaq ölkədə mövcud bahalaşma fonunda sadə almanlar bununla razılaşmır.

Fransanın “Le Figaro” nəşri də Avropa İttifaqının qaz istehlakını azaltmaq qərarını tənqid edib. Blokun energetika nazirləri Avropa İttifaqının təbii qaz istehlakını əvvəlki beş ildəki orta istehlakla müqayisədə könüllü olaraq ən azı 15 faiz azaltmaq üçün yeni tənzimləmə ilə bağlı razılığa gəliblər. Anbarlarda ciddi qaz çatışmazlığı və ya qaza həddindən artıq yüksək tələbat zamanı 15 faizlik məcburi azalma hədəfi təyin etməklə işə salına bilən Avropa İttifaqının xəbərdarlıq mexanizmi razılaşdırılıb. Amma qəzet yazır ki, bu, istehlakçıların istəyi ilə uzlaşmır: “Avropadan olduqca yeni qəşəng üçüncü dünya çıxır. Nə qədər ki, planetin qalan hissəsi özünü normal yanacaqla təmin etməyə davam edir, biz ağılsız hərəkətlər edirik. Avropalılar üçün uyğun bir ifadə var: “xoşbəxt axmaqlar”. Qoy Almaniya və Aİ öz səhvlərini düzəltmək üçün əsl istək nümayiş etdirməyə başlasınlar, çünki onlar bizim üzləşdiyimiz enerji böhranına görə birbaşa məsuliyyət daşıyırlar. Sonra isə Fransa Berlinlə həmrəylik nümayiş etdirməyi düşünə bilər”. "Bloomberg” agentliyi də yazır ki, Avropa İttifaqının  27 ölkəsi qaza qənaətlə bağlı razılığa gəlib, lakin bu özündə çoxlu boşluqlar və razılaşmadan yayınma imkanlarını ehtiva edir: “Qaza haradasa birtəhər qənaət etmək olar, amma bir çox ölkələrdə yayınma, boşluqlar və istisnalar üçün o qədər çox imkanlar olacaq ki, həmrəyliyi görmək üçün lupa lazım olacaq. İttifaq daxilində ixtilafın olmasından iştirakçı ölkələrin, eləcə də Rusiya, Çin və ABŞ-ın liderləri xəbərdardır”. İspaniyanın “El Pais” nəşri də qeyd edir ki, qaz istehlakının normallaşdırılması və azaldılması Aİ-nin parçalanmasına gətirib çıxaracaq: “Aİ-nin qaz istehlakını 15 faiz azaltmaq təklifi 27 üzv dövlət arasında dərin fikir ayrılıqlarını ortaya qoyub. Bununla belə, son həftələrdəki ziddiyyətlər enerji sahəsindən də kənara çıxır: “şimal” və “cənub” arasındakı fərq fiskal və pul siyasəti məsələlərində göz qabağındadır. Avropa İttifaqı son 10 ildən artıq müddətdə üçüncü dəfədir ki, tərəfdaşların birliyini və illər ərzində zəhmətlə yaradılmış vahid sosial, iqtisadi və pul məkanını saxlamaq qabiliyyətini sınağa çəkəcək ekzistensial böhranla üzləşir”. Belə vəziyyətdə maraqlı bir açılama Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan gəlib. O qeyd edib ki, Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olur: “Enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir. Biz Rusiyanın konstruktiv mövqeyinin reallığa uyğun olmadığını çox sakit şəkildə izah etməyə çalışırıq”.O, həmçinin əlavə edib ki, hazırda Ukrayna Moskvanın danışıqlara hazır olduğunu göstərən siqnallar görmür. Lakin buna rəğmən, Qərb artıq Kiyevin Moskva ilə danışıqlar masası arxasında əyləşməsində israr edir. Əks halda Ukraynaya Qərb yardımları dayana bilər. Kremlin də istədiyi elə budur.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ