Cümə axşamı günü, 12 noyabr 2026
     

Qərb Ukrayna məsələsində “ya, ya da” seçimindədir – ölkəyə azı 50 milyard dollar verilməlidir

Image


2022-ci ilin sonuna qədər Ukraynanın büdcə kəsiri 50 milyard dollara çata bilər. Bu proqnozu Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko səsləndirib: “İlin sonunadək Ukraynanın dövlət büdcəsində təxminən 50 milyard dollarlıq kəsir yarana bilər. Bu, ümumdaxili məhsulun təxminən 30-35 faizinə bərabərdir”.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı yalnız yanvarda və fevral ayının bir hissəsində normal fəaliyyət göstərib, sonra isə büdcədə orta hesabla ayda 5 milyard dollarlıq kəsir yaranmağa başlayıb. Daha əvvəl Ukraynanın maliyyə naziri Sergi Marçenko büdcənin gəlir hissəsinin yalnız üçdəbirinin daxili mənbələrdən əldə edildiyini, üçdə ikisinin isə xarici qrantlar və kreditlər hesabına formalaşdığını bidirmişdi. Baş nazir Denis Şmıqal isə büdcə kəsirinin ayda 5 milyard dollara çatdığını söyləmişdi. Bununla yanaşı, Oleq Ustenko Ukraynanın büdcə kəsirini maliyyələşdirmək üçün ayda 9 milyard dollara ehtiyacı olduğunu bəyan etmişdi. Ukrayna Milli Bankı ilin sonuna qədər ölkədə ümumdaxili məhsulun həcminin 30 faizdən çox azalacağını, inflyasiyanın isə 30 faizdən yuxarı olacağını proqnozlaşdırıb. Bütün bunlar Ukraynanın iqtisadi müstəvidə ciddi çətinliklərlə üzləşdiyini göstərir. Belə vəziyyətdə Ukraynanın Rusiya işğalına qarşı müharibəni davam etdirmsi də ciddi sual altına düşür. İngiltərənin nüfuzlu “Financial Times” qəzeti yazır ki, artıq payızda Ukraynanın maliyyə resursları tükənə və beynəlxalq borcun iki il müddətinə təxirə salınması ilə bağlı razılaşmaya baxmayaraq, iqtisadiyyat kəskin enişlə üzləşə bilər. Bildirilir ki, müharibə səbəbindən aylıq xərclər fevralda 250 milyon dollardan may ayında 3,3 milyard dollara yüksəlib. Nazirlər Kabineti artıq hərbi ehtiyaclarını ödəmək üçün gündəlik xərclərdə kəskin azalma tətbiq edib. Bundan əlavə, səlahiyyətlilər daha sərt tədbirlər görə bilər. Kaliforniya Universitetinin professoru Yuri Qorodniçenko bildirib: “Ölkədə nəsə baş verməlidir - ya vergilər artmalı, ya da xərclər azalmalıdır. Hamı müharibənin tezliklə bitəcəyini düşünürdü. Amma bu, aylar, hətta illər çəkəcək”. İqtisadi Strategiya Mərkəzinin direktor müavini Mariya Repkonun fikrincə, bizneslərə hər hansı əlavə vergilər onların müflisləşməsinə gətirib çıxara bilər ki, bu da humanitar böhranı daha da gücləndirər. Onun sözlərinə görə, hərbi xərclərin irimiqyaslı artımı indiki səviyyədə davam edərsə, payızda ölkədə vəsait tükənəcək. Repko həmçinin qeyd edib ki, xarici dəstək olmasa, Ukrayna iqtisadi baxımdan hərbi əməliyyatları davam etdirə bilməyəcək. Hazırda Ukraynaya xarici dəstək ABŞ və Avropa İttifaqı tərəfindən göstərilir. Amma Qərbdə maliyyə və iqtisadi böhran səbəbindən bu dəstəyin azalması qaçılmaz sayılır. Xüsusən də Avropa İttifaqında vəziyyət sürətlə pisləşir. Macarıstanın baş naziri Viktor Orban bu xüsusda qeyd edir: “Ukraynada baş verən hadisələrdən ən çox ziyan çəkən Avropa olub. Amerika zəifləmir, Çin daha da güclü olur, Avropa isə əziyyət çəkir. Avropaya sülh lazımdır. Ukraynada gedən müharibə və sanksiyalar Avropada enerji daşıyıcılarının dünyanın hər hansı başqa yeri ilə müqayisədə daha çox bahalaşmasına səbəb olub. Bu səbəbdən artıq bir neçə gündür ki, avro dollarla müqayisədə zəifləyir”. Baş nazir daha sonra əlavə edib ki, vəziyyət tədricən dəyişir: enerji daşıyıcılarının qiyməti məsələsi ümumiyyətlə enerjinin, qazın və ya neftin olub-olmayacağı məsələsinə çevrilir. O, bu halda Avropanın daha zəif duruma düşəcəyini istisna etmir. Viktor Orban əlavə edib ki, Avropada baş verən böyük siyasi dəyişikliklər Rusiya-Belarus inteqrasiyasını gücləndirir: “Hələ tam rəsmiləşməyən Moskva, Tehran və Ankara birliyi yaranır. Xüsusi hərbi əməliyyat isə, demək olar ki, ilk günlərdən Ukrayna sərhədlərini aşıb və hazırda dünyada siyasi dəyişikliklərin ən mühüm katalizatorudur. İndi bu sərhədlər qlobal miqyasda böyüyərək ABŞ-ı küncə sıxıb”.

Belə vəziyyətdə Rusiyada fərqli durum müşahidə edilir. “Washington Examiner” nəşri yazır ki, bu ölkənin prezidenti Vladimir Putin Qərbi öz qaydaları ilə oynamağa məcbur edib: “Rusiya prezidenti Vladimir Putin Qara dəniz limanlarından taxıl ixracına və Avropaya qaz nəqlinə nəzarət etməklə Qərbi sözün əsl mənasında Moskvanın qaydaları ilə oynamağa məcbur edir. Rusiya dövlətinin başçısı “təzyiq nöqtələri” kimi Ukraynadan taxıl ixracına və Avropaya “mavi yanacağın” tədarükünə nəzarəti seçib. Rusiya kağız üzərində güzəştə getsə belə, taxıl ehtiyatlarını daim risq altında saxlayacaq. Enerji bazarında da eyni vəziyyət yaşanır. Avropa dövlətləri tükənən ehtiyatlar və artan qaz qiymətləri ilə mübarizə apardıqca böhran böyüyür. Enerji qiymətlərinin dəyişməsi istənilən Qərb liderinin siyasi karyerasına zərbə vurmaq qabiliyyətinə malikdir”. İndiki halda enerjidaşıyıcılarının yüksək qiyməti Rusiyanın daha çox vəsait əldə etməsinə səbəb olur. Bu halda Rusiya Ukrayna ilə müharibəni davam etdirmək imkanları da qazanır. Amma Ukraynanın özündə vəziyyət fərqlidir. Hazırda bu ölkəyə ən çox yardım edən ABŞ-da da iqtisadi problemlər artır. Bu səbəbdən ABŞ-ın da yardımının davamlı xarakter alacağı sual atına düşüb. Elə buna görə də ya Qərb bütün resurslarını Ukraynaya yönəltməlidir, ya da pul çatışmazlığı üzündən Ukraynanın məğlubiyyəti qaçılmazdır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ