Cümə axşamı günü, 12 noyabr 2026
     

İranda unikal Urmiyə gölü quruyaraq Urmiyə çölünə çevrilir...

Image


İranın şimal-qərbində, Cənubi Azərbaycan ərazisində yerləşən, dünyanın ən böyük duz göllərindən biri olan Urmiyə gölü artıq yox olmaq təhlükəsi ilə üz-üzədir. Bir vaxtlar İranın tətil cənnətlərindən biri olan göldə suyun çəkilməsi ilə palçıqlı ərazilərin həcmi genişlənir. Suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 48 santimetr azalaraq yox olmaq həddinə çatıb. Bu səbəbdən ona Urmiyə gölü əvəzinə indi Urmiyə çölü deyirlər.

Urmiyə gölünün 2006-cı ildə sahəsi 5 min kvadratkilometr olduğu halda, 2013-cü ildə 500 kvadratkilometrə enib. Bundan sonra da gölün sahəsi sürətlə azalmağa başlayıb. Əvvəllər 30 milyard kubmetr suyu olan gölün tutumu 1 milyard kubmetrə qədər azalıb. Mayami Universitetinin iranlı mütəxəssisləri Urmiyə gölü ilə bağlı apardıqları araşdırmalarda yağışın az olduğu dövrlərdə belə gölün qurumamasına diqqət çəkiblər. Mütəxəssislər bildirib ki, son 20 ildə yaşanan kritik vəziyyət heç də yağıntıların olmaması ilə bağlı deyil və bunda insan amilinin daha çox payı var. Tədqiqatçılar bildirir ki, gölün quruma səbəblərinin 31 faizi yağıntının azalması və temperaturun 1,5 dərəcə artması, 69 faizi isə insan faktorunun payına düşür. Qərbi Azərbaycan Əyalətinin Ətraf Mühit Nazirliyinin yaydığı hesabatda qurumuş göl yatağından qaynaqlanan duz fırtınalarının qonşu rayonlarda kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərəcəyi və insanların sağlamlığını təhdid edəcəyi bildirilib. Təxminən 140 kilometr uzunluğunda, ən geniş yerində 55 kilometr enində olan və 102 qayalı adanı əhatə edən Urmiyə gölü 1976-cı ildə isə YUNESKO-nun Dünya Biosfer Qoruğu siyahısına daxil edilib. Gölün cənub hissəsinin yayın sonuna qədər tamamilə quruması gözlənilir. İranın rəsmi dövlət agentliyi İRNA bugünə qədər Urmiyə gölünü canlandırma layihələri üçün 15 min milyard tümən büdcə ayrıldığını yazıb. İran Azərbaycanında bəzi yerli siyasətçilər və millət vəkilləri Urmiyə gölü adına ayrılan büdcənin necə xərcləndiyinin məlum olmadığını deyir. “Amerikanın səsi”nə danışan milli fəal və iqtisadçı Mehdi Nəimi bildirir ki, İranda rəsmi sənədlərdə müəyyən layihələr üçün ayrılan büdcələrin başqa fəaliyyətlər üçün xərclənilməsi mümkündür. İqtisadçı İran dövlət qurumlarının açıqladığı statistik məlumata etibar edilmədiyini vurğulayır: “İranda, demək olar ki, rəqəmlər və statistik məlumatlara rahat etibar etmək, bunlara istinad etmək olmaz. Büdcə mövzularında səhvlər o qədər təkrarlanıb ki, artıq insanlara təəccüblü gəlmir. İndi bu dəqiqə İranın Mərkəzi Bankının müəyyən dönəmlər üçün verdiyi rəqəmlər statistika mərkəzinin eyni dönəmlər üçün verdiyi rəqəmlərdən fərqli çıxır. Soruşanda deyirlər bizim təriflərimiz fərqlidir”. Nəimi rəsmi olaraq bir daha Urmiyə gölü adına açıqlanan maliyyə vəsaitinin başqa fəaliyyətlər üçün xərclənə bilməsi ehtimalını istisna etmədiyini bildirib: “Misal üçün, Urmiyə gölü adına alıb aparıb Suriyada, İraqda, Əfqanıstanda xərcləyərlər. Yəni pulu rəsmi sənədlərlə sistemdən çıxarmağa ehtiyac olduğu zaman büdcəni başqa layihələr adına ayıra bilirlər. Bu, təəssüf ki, İranın iqtisadi sistemində geniş şəkildə həyata keçirilən bir şeydir”.

Mehdi Nəimi keçən təqribən 10 il ərzində Urmiyə gölünü canlandırmaq üçün açıqlanan layihələrin əsasən siyasi vədlərdən ibarət olduğunu önə çəkir. Onun sözlərinə görə, Güney Azərbaycanda yaşayan türklərin tələblərində ana dilinin yanında bu Urmiyə gölü tələbi də var. İranın Qərbi Azərbaycan vilayətində yaşayan fəal Musa Aşüftə isə qeyd edir ki, keçmiş prezident Həsən Ruhani dövründə yaradılmış “Urmiyə gölünün canlandırılması mərkəzi”nin fəaliyyəti bir il öncə İbrahim Rəisinin vəzifəyə gəlməsi ilə dayandırılıb: “Bəzi işlər görmək istəyirdilər ki, faydalı ola bilərdi. Ancaq onlar da yarımçıq qalıb. Çeşidli nazirliklər və dövlət qurumları arasında uzlaşmalar əsasında ildə təxminən 2 milyard kubmetr suyun bəndlərdən gölə axıdılması Urmiyənin su haqqı olaraq nəzərə alındı. Amma bunu heç zaman təmin etmədilər. Çayların daha az itki ilə gölə doğru axması üçün onun axarını arıtlamaq kimi planları var idi. Bunu yarımçıq gördülər. Ənənəvi əkinçilikdə böyük miqdarda su sərf olunur. Bunlar ilk başda dedilər ki, əkin yerlərinin böyük bölümünü modern suvarma sistemləri ilə təchiz edəcəyik. Deyə bilərik ki, bu xüsusda da əməldə heç bir iş görülməyib. Çox önəmli və çox büdcə aparan bir layihə başlatdılar - Qərbi Azərbaycan vilayətinin Piranşəhr bölgəsində Zab çayından Urmiyə gölünə su kanalı adında bir layihə. Dönəmin məzənnəsilə neçə yüz milyon dollar pul xərclədiklərini dedilər. Biz bunun doğru olub-olmadığını bilmirik. Amma bu kanal da bugünə qədər fəaliyyətə başlamayıb. Önəmli layihələrindən biri də Təbriz və Urmiyə sutəmizləyici qurğuları idi. Tullantı sularını təmizləyib gölə qaytarmağı düşünürdülər. Bu layihə də bugünə qədər bitməyib”. Musa Aşüftə İran hakimiyyətinin Azərbaycan bölgəsinə baxışı, layihələrə nəzarət edə bilən qeyri-hökümət qurumlarının olmaması, ətraf mühiti mühafizə qurumunun kifayət qədər səlahiyyət sahibi olmaması və korrupsiya kimi amillərin Urmiyə gölünü canlandırma layihələrinin nəticəyə çatmasına əngəl olduğunu önə çəkir. Digər siyasi fəal Məcid Araz isə qeyd edir ki, İranda Urmiyə gölünün qurtarılmasına deyil, qurudulmasına dair bir siyasi iradə var. O, İranın mərkəzi bölgələrində həyata keçirilən oxşar layihələrə diqqət çəkərək qeyd edir: “Niyə, misal üçün, İran mərkəzinə çəkilən su kanallarının ən azından üç-dörd dənəsi bitib, amma Urmiyə gölü ilə bağlı belə layihələr bitmir?”. Onu da qeyd edək ki, son günlərdə İran Azərbaycanında ətraf mühit fəalları beynəlxalq ictimaiyyətin və İran rəsmilərinin diqqətini Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə bir daha yönəltmək səyləri çərçivəsində sosial mediada kampaniya aparıb. Ətraf mühit fəalları və milli mədəni fəallar İran Azərbaycanının bir neçə şəhərində gölün qurumasının qarşısının alınması üçün kifayət qədər tədbir görülməməsinə etiraz edərək aksiyalar keçiriblər.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ