Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya sülhməramlıları və ermənilər Qarabağı birdəfəlik tərk edir...

Image


Qarabağda qalan Ermənistan ordusunun qalıqlarının bu ilin sentyabr ayına kimi buranı tərk edəcəyini artıq rəsmi İrəvan bəyan edib və sözügedən vədin yerinə yetrilməməsi Azərbaycanın antiterror əməliyyatına başlaması üçün bütün lazımi əsasları yaradır. Azərbaycanın bu xüsusda qətiyyətli mövqeyi fonunda Ermənistanın manevrlər etməsi, ordunun qalıqlarını Qarabağda saxlamaq müddətini uzatması mümkünsüz hesab edilir.

Elə Ermənistanın özündə etiraf edilir ki, Azərbaycanla yeni toqquşma İrəvan üçün yeni sarsıdıcı zərbələr deməkdir. Buna tab gətirmək isə Ermənistanın imkanları xaricindədir. Erməni ekspert Artur Mosiyan bildirir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamaları bu mənada təsadüf hesab edilməməlidir: “Armen Qriqoryanın bəyanatı bir şeyi nəzərdə tutur ki, Ermənistan Qarabağdan əlini çəkib. Hər baxımdan nə baş verdiyi və nə olacağı artıq bəllidir. 10 noyabr kapitulyasiya sənədindən indiyə kimi Ermənistanın güzəştə getmədiyi gün olmayıb, mürəkkəblə yazılmış güzəştlərdən başqa, onların şifahi razılaşmalar əsasında nələr etdiyini görmüşük. Qoşunların çıxarılması İlham Əliyevin tələbidir. Üçtərəfli bəyanatın kiçik ermənipərəst bəndləri belə İlham Əliyevin tələbi ilə dəyişdirilir”. Məsələ ilə bağlı Ermənistanın “Qraparak” nəşri yazır ki, Ermənistan İkinci Qarabağ müharibəsindn sonra yaranan yeni reallıqlarla barışmaq məcburiyyətindədir: “Biz, həmçinin, müharibədəki məğlubiyyətlə, torpaq təhvil verməklə, qurbanlarla barışdıq. Bir gün Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə verilməsi faktı ilə barışdıq, ertəsi gün Qaragölün Azərbaycan tərəfindən nəzarətə götürlüməsi adi bir hadisəyə çevrildi. İki ildən artıqdır ki, Ermənistanın yüksək rütbəli məmurları Qarabağa səfər etmir. Və son akkord - Ermənistan Təhlükəsizlik Şurasının katibi ötən günlərdə elan etdi ki, Qarabağda artıq erməni ordusu olmayacaq. Hələ bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistan müharibədə məğlub tərəf kimi 10 noyabr bəyanatında açıq-aydın qeyd olunan öhdəlikləri öz üzərinə götürüb. İlham Əliyev deyib: “Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bugünə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir”. İndi bu tələbə Ermənistan əməl edir. Ermənistanda Qarabağa göndərilən sonuncu hərbi çağırış 2020-ci ilin yayında baş tutub. Avqustun sonuna qədər isə göndərilənlər qulluğu başa vuracaq. Artıq Qarabağda Ermənistandan olan məcburi müddətli hərbi qulluqçular olmayacaq. Üç ildən sonra İlham Əliyev Rusiya sülhməramlı kontingentinin çıxarılmasını tələb edəndə rus əsgərlərlə birlikdə qalan ermənilər də Qarabağı tərk edəcəklər. Və bunun son müddəti 2024-cü ildir”.

Politoloq Tiqran Qriqoryan hesab edir ki, hadisələrin bu səpkidə inkişafı qaçılmazdır. Eyni zamanda politoloq bildirir ki, Ermənistandan Qarabağa daha hərbi xidmətə çağırış olmayacağı da heç kim üçün yeni xəbər deyil: “Təhlükəsizlik Şurasının katibi isə sentyabrda qoşunların çıxarılmasını elan etməklə Ermənistan tərəfinin müharibə başa çatdıqdan sonra Qarabağda Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin olmaması barədə iddialarını təkzib edir. O iddia edir ki, həqiqətən də Qarabağda Ermənistan Silahlı Qüvvələrinin bölmələri yoxdur və Ermənistandan çağırılan çağırışçılar tezliklə tərxis olunacaqlar. Bu mənada, Təhlükəsizlik Şurası katibinin bəyanatı son dərəcə problemli və təhlükəlidir. Armen Qriqoryan, faktiki olaraq, Azərbaycanın davranışını qanuniləşdirir. Bu, Azərbaycan üçün əsl hədiyyədir. Bu bəyanat nəinki müharibə təhlükəsini azaltmır, hətta Nikol Paşinyanın dediyi kimi, müharibəni qanuniləşdirir. Bu ifadə əslində deyir ki, Əliyev bütün bu müddət ərzində haqlı idi, biz isə yanılmışıq. Yeri gəlmişkən, Ermənistan tərəfinin bu iddiaları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapıb”. Tiqran Qriqoryan vurğulayıb ki, həqiqətən də Qarabağda Ermənistan Silahlı Qüvvələrinin bölmələri yoxdur və Ermənistandan çağırılan çağırışçılar tezliklə tərxis olunacaqlar. “Qraparak” nəşri isə yazır ki, Laçın dəhlizinin marşrutunun dəyişməsi də prosesə təsir edir: “İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin” ajiotajı da getdi. Lakin reallıq budur ki, Laçın, Zabux və Ermənistanı Qarabağa birləşdirən yeganə yolun təhvil verilməsi prosesi indi də davam edir. Alternativ yolun tikintisi həyata keçirilir, üstəlik həmin yolun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunub. Məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır. Mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı srateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək. Şuşa-Xankəndi yolu üzərində Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ