Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ Zəngəzur dəhlizinə görə İrəvana və Tehrana sərt mesajlar verdi...

Image


Zəngəzur dəhlizi son günlərdə Ermənistanda yenidən xüsusi müzakirə mövzusudur. Burada etiraf edilir ki, əslində, bütün etirazlara baxmayaraq, dəhliz Azərbaycanın istədiyi qaydada açılacaq və fasiləsiz şəkildə də fəaliyyət göstərəcək. Erməni polkovnik, “Tiqran Mets” hərbi məktəbinin təsisçisi Koryun Qumaşyan qeyd edir ki, dəhlizin Ermənistana təhdid yaradacağı ilə bağlı deyilənlərin də əsası yoxdur: “Azərbaycan onsuz da Naxçıvan istiqamətindən İrəvana və Zəngəzura birbaşa nəzarət edir”.

Qumaşyan 1990-cı illərdə müdafiə naziri olan Vazgen Sarkisyanın tapşırığı ilə Naxçıvan istiqamətindəki strateji yüksəklikləri işğal etdiklərini deyir: “Lakin Azərbaycan bu strateji yüksəkliklərə nəzarəti bərpa edib. Bu, Azərbaycana imkan verir ki, Naxçıvan sərhədindən Ermənistanı ovcunun içində hiss etsin. Hazırda strateji liderlik onların əlindədir. Azərbaycan məhz bu istiqamətdən istənilən vaxt Zəngəzurdakı yolları bağlaya, bölgəni Ermənistanın qalan hisəsindən təcrid edə bilər”. Qumaşyan Zəngəzur bölgəsində alternativ yollarının olması ilə bağlı iddianın doğru olmadığını bildirib: “Alternativ yolumuz olduğu iddiası da yalandır, çünki bütün yollar Azərbaycanın nəzarəti altındakı bölgələrdən keçir”. Erməni politoloq Stepan Danielyan isə qeyd edir ki, İran da Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməyəcək: “Məncə, İranın Zəngəzur dəhlizi ilə bağlı bəyanatında ikinci məna və ya gizli məna axtarmağa ehtiyac yoxdur, hər şey çox açıq şəkildə deyilib, deyildiyi kimi də başa düşülməlidir. İran üçün Ermənistanla sərhəd çox vacibdir. İran üçün Ermənistanla sərhəd həlledicidir, digər tərəfdən Ermənistan sərhədi həm də Avrasiya İqtisadi Birliyi ilə sərhəddir. Burada da hər şey aydın olmalıdır, bu bir daha Türkiyəyə birbaşa xəbərdarlıq idi. Zəngəzur dəhlizi Ermənistanın müdaxiləsi olmadan Azərbaycan və Türkiyə arasında birbaşa əlaqə kimi başa düşülməlidir. İran bəzi səbəblərə görə buna qarşıdır. Amma dəhlziin açılmasının qarşısını da ala bilməz”. Ermənistanın “7or.am” nəşri də məsələyə eyni prizmadan yanaşır: “Bu yaxınlarda Tehranda baş tutan “3+3” formatının ilk üçlüyünün görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı maraq toqquşmasının olduğu anlaşıldı. Tehranda Xamneyi, Putin və Ərdoğanın iştirakı ilə regionda və dünyada yeni oyun qaydaları və dünya nizamı mövzusu müzakirə edilib. Ermənistan, Gürcüstan, Azərbaycan və Suriya bunu izləyirdi. Kimə nə çatacağına, kimə nə çatmayacağına və bütün bunların kimin hesabına olacağına qərar verilirdi. Ən pis vəziyyətdə olduğumuzu ağrı ilə qeyd etməliyik. Səbəb təkcə 44 günlük müharibəni uduzmağımız deyil, həm də bu müharibənin və məğlubiyyətin məsul şəxsinin və bir nömrəli günahkarının Ermənistanı təmsil etməkdə davam etməsidir. Nikol Paşinyan Ermənistanın maraqlarını yox, Ermənistanı təmsil edir. Nikolun ümidi və hesablaması ondan ibarətdir ki, Ərdoğanı məmnun etsin, bütün ilkin şərtləri yerinə yetirsin, türklər vasitəsilə Azərbaycanı dayandırsın və kreslosunu saxlasın. Əgər İranın ruhani lideri və faktiki rəhbəri Zəngəzur və Ermənistan-İran sərhədi ilə bağlı şəxsi mənafeyinə uyğun və əlverişli bəyanat verməsəydi, o zaman Ermənistanın tamamilə məhv edildiyini qeyd edə bilərdik. Şuşa Bəyannaməsinə görə, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizini almağa qərar veriblər və bunu Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üçün ilkin şərt hesab ediblər. ABŞ və Avropa  Rusiya ilə İrana qarşı mübarizə aparmağa çalışdıqları üçün Azərbaycan və Türkiyəyönümlü mövqe nümayiş etdirirlər”.

Məhz bu vəziyyətdə dəhlizin açılması üçün Qərbin, o cümlədən ABŞ-ın Ermənistana təzyiqlərinin artması qaçılmaz sayılır. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngi bu mənada təsadüf hesab olunmur. Telefon söhbəti zamanı Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib. Dövlət Departamentinin sözçüsü Ned Prays məsələ ilə bağlı bildurib: “ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla danışıb. Blinken ölkə rəhbərləri ilə danışıqları zamanı Azərbaycan və Ermənistanın sülhə nail olması üçün tarixi fürsəti müzakirə edib. Dövlət katibi regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına yardımçı olmağı təklif edib. Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tiflisdə baş tutmuş görüşü nümunə göstərərək, ikitərəfli dialoqun davam etdirilməsini təşviq edib”. Ekspertlər qeyd edir ki, Blinkenin regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına ABŞ-ın yardımçı olmasını təklif etməsi təsadüf deyil. Bu, həm də Zəngəzur dəhlizinə görə İrəvan və Tehrana xəbərdarlıqdır. Bununla ABŞ bildirir ki, İrana görə regional nəqliyyatın, o cümlədən Zəngəzur dəhlizinin açılmasının əngəllənməsinə qarşıdır. Bu da o deməkdir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ABŞ tərəfindən qəbul edilmir və Ermənistan bunu mütləq nəzərə almalıdır. Əks halda İrəvan da ABŞ-ın qəzəbinə tuş gələcək.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ