Cümə axşamı günü, 12 noyabr 2026
     

Rusiya Qərbə qarşı Afrika ölkələrindən ibarət ittifaq yaradır

Image


Qərblə münasibətləri Ukrayna müharibəsinə görə kəskinləşən Rusiya diqqətini daha çox Hindistan, Çin, Afrika ölkələri və ərəb dünyası üzərində cəmləşdirməyə başlayıb. Latın Amerikası ilə də Rusiyanın münasibətləri bu fonda genişlənir. Hazırda Rusiyanın Afrika istiqamətində səylərinin genişlənməsi də özünü qabarıq şəkildə büruzə verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrika turnesi qeyd edilənlər fonunda təsadüf hesab edilmir. Lavrov bildirir ki, Rusiya SSRİ dövründən bəri Afrika ilə uzunmüddətli və yaxşı münasibətlərə malikdir: “Son illərdə Moskva bu məsələdə öz mövqeyini fəal şəkildə bərpa edir və afrikalılar da buna qarşılıqlı cavab verirlər”. Lavrovun Afrika turnesi region üçün əlamətdar hadisə fonunda baş tutub. Belə səfərdən əvvəl İstanbulda çoxdan gözlənilən “taxıl sazişi” əldə olunub. Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Rusiyanın Ukrayna taxılının ixracına yardımı ilə bağlı sənədlər imzalanıb. Bundan başqa, Lavrovun Afrika turnesinin başlamasına bir neçə gün qalmış ikinci Rusiya-Afrika sammitinin tarixi və yeri də müəyyənləşib. Sammit 2023-cü ildə baş tutacaq. Artıq Rusiyada sammitə hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə prezidentin sərəncamı dərc olunub. Təşkilat komitəsinə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov rəhbərlik edəcək. Forumun keçirilmə yeri və dəqiq tarixləri üzərində hələ də iş aparılır. Sammitə hazırlıq çərçivəsində Rusiya-Afrika formatında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Lavrov onu da bildirib ki, sammitlə paralel olaraq iqtisadi forum da keçiriləcək - ticarət, enerji, kibertəhlükəsizlik, kənd təsərrüfatı, kosmos, nüvə enerjisi üzrə dəyirmi masalar təşkil olunacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, qitə ilə əlaqələrin bərpasına baxmayaraq, Moskva əməkdaşlığın həcmini artırmağa davam etməlidir: “Afrika bir milyard 400 milyon insan deməkdir... Və yəqin ki, ən perspektivli bazardır. Ona görə də uzaqgörən şirkətlər, uzaqgörən dövlətlər, təbii ki, Afrikanın gələcəyin qitəsi olduğuna əsaslanaraq bura üçün uzunmüddətli strategiya qururlar”. Lavrov Moskvanın qida böhranına səbəb olması iddialarını isə rədd edib. O, Misirdə Ərəb Dövlətləri Liqasının diplomatik nümayəndəlikləri qarşısında çıxış edərkən bildirib ki, Qərb ölkələri tətbiq etdikləri sanksiyaların qlobal qida təhlükəsizliyinə təsirləri barədə həqiqətləri gizlətməyə çalışır. Lavrov qeyd edib ki, Qərb ölkələrinin Rusiyaya qarşı “aqressivliyi”nin bir səbəbi var: “Məsələ Ukrayna deyil, məsələ dünya nizamının gələcəyidir. Onlar deyirlər ki, hər kəs qanun əsaslı dünya nizamını dəstəkləməlidir. Lakin həmin qanunlar Qərb ölkələrinin xüsusi hallarda müəyyən maraqlarından asılı olaraq yazılır”.

Rusiyalı rəsmi Afrika ölkələrinin Ukrayna müharibəsində göstərdiyi “balanslı mövqeyi” yüksək qiymətləndirdiyini bildirib. Rusiyaya dəstək qazanmaq məqsədilə Lavrovun Misirdən sonra Efiopiya, Uqanda və Konqo Respublikasına səfəri başlayıb. O, Afrika turu çərçivəsində ziyarət edəcəyi ölkələri Rusiyanın yanında olmağa çağırır. Lavrov bildirib ki, Rusiya Afrika ölkələrinə Qərbin koloniyasından tam azad olmaqda köməklik göstərəcək. Afrika dövlətlərinin illik taxıla olan ehtiyacının 40 faizi Ukrayna və Rusiyadan idxal hesabına ödənilir. Afrikalı liderlər də yaxşı anlayır ki, ərzaq qıtlığı dərinlşədiyi halda onların vəzifədə qalma ehtimalı aşağı düşür. Elə bu fonda Rusiya Qərblə mübarizəsində Afrika ölkələrinin yanında olmasını təmin edə biləcək. Xatırladaq ki, Rusiya dünyada ən böyük buğda ixracatçısıdır və Ukrayna bu bazarda beşinci yeri tutur. Son illərdə onlar birlikdə dünya üzrə arpa ehtiyatının 19%-ni, buğdanın 14%-ni və qarğıdalının 4%-ni təmin edirdilər. Nəticədə dünya taxıl ixracının üçdə birindən çoxu Rusiya və Ukraynanın payına düşür. Günəbaxan yağının dünya ixracında onların payı 52%-ə çatır. Rusiya həm də dünyanın ən böyük kənd təsərrüfatı gübrələri istehsalçısı və ixracatçısıdır. Rusiya və Ukraynadan buğda idxal edən bir çox Afrika ölkələrinin səlahiyyətliləri artıq bəyan ediblər ki, Qərbin Rusiyaya qarşı sanksiyaları davam edərsə, buğda və buğda məhsullarının qiymətində artımla yanaşı, qıtlıq da gözlənilir. Nəticədə gəlirlərinin əhəmiyyətli hissəsini ərzağa xərcləyən əhalinin ən yoxsul təbəqəsi əziyyət çəkəcək. BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspan isə vurğulayıb ki, baş verən hadisələr fonunda Afrikada aclıq problemi artacaq. Bu şəraitdə Rusiya taxıl faktorundan istifadə edərək Afrika ölkələrini öz yanına alır. Bundan başqa, Rusiya İranı da artıq Ukrayna müharibəsində, dolayı yolla olsa da, iştirakçıya çevirə bilib. Belə ki, İran Rusiyanı “Şahid-129” zərbə və kəşfiyyat PUA-ları ilə təmin edib. PUA-ların bir hissəsi Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır. Məlumata görə, yükün əsasını ağır “Shahed 129” dronları təşkil edir. Bu PUA-nın işlənib hazırlanmasında İsrailin “Hermes 450” və Amerikanın “MQ-1 Predator”ları əsas götürülüb. İstehsalçılar iddia edir ki, PUA havada 24 saatadək qala bilər. Əlavə edək ki, İranın PUA-ları tammiqyaslı müharinədə sınaqdan keçməyib. Bu səbəbdən Ukrayna həmin PUA-lar üçün sınaq meydanı olacaq.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ