Cümə axşamı günü, 12 noyabr 2026
     

“Ukraynadan sonra ən qaynar nöqtə Zəngəzurdur” - İrandan gələn səslər...

Image


Cənubi Qafqazda mövcud vəziyyətin təhlili göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması daha çox İranı narahat edir. Hətta Ermənistanın özündə bu dəhlizə qarşı o qədər etiraz yoxdur, nəinki İranda.   

Bəzi ekspertlər tərəfindən belə fikirlər də səslənir ki, İran Ermənistana təzyiq edərək bu dəhlizin açılmasını əngəlləməyə çalışır. Erməni türkşünas Varujan Geğamyan qeyd edir ki, Zəngəzur ilk növbədə İranın sayəsində Ermənistanın nəzarəti altında qalmağa davam edir. Onun sözlərinə görə, buna görə də Ermənistan-İran münasibətləri yeni strateji səviyyəyə qaldırılmalı və bu, Ermənistanın yeni təhlükəsizlik arxitekturasının əsaslarından birinə çevrilməlidir: “Halbuki, Ermənistan kapitulyantları İranla əməkdaşlığı dərinləşdirmək əvəzinə, ölkəni İrana bağlayan yeganə yolu Azərbaycana təhvil veriblər, yeni yol isə yoxdur, lakin bunun əvəzində həmin bu yolun bağlanmasını təşkil etmiş Türkiyə ilə əlaqə yaradılır və müsbət siqnallar mübadilə edilir”. Ermənistanın Sivilizasiya və Mədəniyyət Araşdırmaları Mərkəzinin eksperti Hayk Köçəryan isə iddia edir ki, bu gün Ukraynadan sonra ən qaynar nöqtə Zəngəzurdur. Onun sözlərinə görə, İrandan gələn bəyanatlardan həyəcanlanmağa ehtiyac yoxdur: “İran, Rusiya və Türkiyə danışmağa toplaşıblar, lakin bu ölkələr arasında inamsızlıq və fikir ayrılıqları var. Zəngəzurdakı kommunikasiya qovşağını öz nəzarətində saxlamaq Rusiyanın marağındadır”. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani isə qeyd edir ki, Tehranın İrəvana güvənib Zəngəzurla bağlı indiki tərzdə siyasət yürütməsi yanlışdır. Çünki İrəvan bu dəhlizi sonda açacaq. “Diplomacy Irani” dərgisində keçmiş səfir yazır: “Rusiya prezidenti Vladimir Putinin Ukraynaya təcavüzündən sonra regional və qlobal hadisələr yeni mərhələyə qədəm qoyub. Beləliklə, Cənubi Qafqazda baş verən proseslər və xüsusilə, sülhün əldə olunması da bu şərtlərdən təsirlənir. Kreml etiraf etməsə belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda mövqeyi zəifləyib, qüvvələr tarazlığı müəyyən qədər pozulub, yaranmış boşluq isə Azərbaycan, Türkiyə və digər ölkələri, o cümlədən Qərbi geniş imkanlarla təmin edib. Qərbin Rusiyaya tətbiq etdiyi embarqo nəticəsində Avropada yaranan enerji böhranı enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın qaz istehlakçıları üçün əhəmiyyətini və enerji təhlükəsizliyinə diqqəti artırıb. Ona görə də Qarabağda sülhün bərqərar olması üçün ABŞ və Avropanın səyləri artırılmalı və bu baxımdan aktor rəqabətinin tərəzisi Azərbaycanın xeyrinə dəyişməlidir.

Bir tərəfdən, Qərb rəsmilərinin Azərbaycan və Ermənistanla, digər tərəfdən isə Rusiya rəsmilərinin hazırda bu iki ölkə liderləri ilə təmaslarının artdığını görürük. Təbii ki, Qərbə qarşı enerji kartını itirməmək və mövqedə zəifləməmək üçün Moskva bu prosesdən qəzəblənir və çox narahatdır. O, Qarabağdakı sülhməramlı qüvvələrini işə salmaqla, daxildə mümkün böhran yaratmaqla Azərbaycanla Ermənistan arasında gərginlik doğurmağa çalışacaq. Moskva, həmçinin, Azərbaycandan Avropaya qaz ixracı prosesinə maneələr yaratmaq üçün Dağlıq Qarabağda sülhün bərqərar olmasına mane olacaq. Amerika və Rusiya təhlükəsizlik xidmətləri rəhbərlərinin Bakı və İrəvana bir-birindən azca zaman fərqi ilə səfəri iki ölkənin Qarabağdakı proseslərə həssaslığının dərinliyini və bu iki ölkədə təsir imkanlarını artırmaq cəhdlərini göstərir. İranla nüvə danışıqlarının dalana dirənmək ərəfəsində olduğunu nəzərə alsaq, çox güman ki, ABŞ təmsilçisi Azərbaycan və Ermənistan liderləri ilə görüşdə İrana məhdudiyyətlərin yaradılmasını da müzakirə edib. Amerikanın təkliflərini qəbul edərək, onlar aşağıdakıları sürətləndirəcəklər: Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq və iki ölkə ilə Türkiyə arasında quru əlaqəsi yaratmaq, Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmaq və iki ölkənin sərhədlərini açmaq. Ermənistanın Azərbaycan və Türkiyənin mühasirəsindən çıxması ölkənin İrana ehtiyacını azaldacaq. Belə olan halda, Ermənistanın Zəngəzur dəhlizinin yaradılmasına razılıq verməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır. İrəvan, İrandan fərqli olaraq, İranla sərhədini itirməyə o qədər də həssaslıq göstərmir. Belə bir qərar veriləcəyi təqdirdə, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə istinad edərək, bu hərəkəti öz milli suverenliyi çərçivəsində nəzərdən keçirəcək və beynəlxalq hüquq normalarına zidd olaraq İranın bu işə müdaxiləsinə imkan yaradacaq. Həmçinin, regionda enerji qovşağına çevrilmək layihəsini həyata keçirən Türkiyə Azərbaycanın tərəfdarı və NATO üzvü kimi qaza olan tələbatının bir hissəsini Azərbaycan hesabına təmin etməklə Qərbin yanaşmasını izləyir. Baxmayaraq ki, Rusiya ilə yaxşı münasibətləri var və qazı bu ölkədən idxal edir. Amma sanksiyalara görə Rusiyanın Türkiyənin yanaşmasını dəyişmək üçün effektiv aləti yoxdur. Digər tərəfdən, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gedişi ilə paralel olaraq, bu ölkə ilə sərhədlərin açılmasını prioritet sayır, Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Əgər bunu bacararsa, Ankara Cənubi Qafqazda mövqeyini daha da gücləndirəcək və İrandakı mövcud vəziyyətə görə Ermənistan ABŞ-ın təzyiqi ilə İrandan uzaqlaşacaq. Odur ki, İranın tarazsız və gərginlik yaradan xarici siyasəti və İranla kritik vəziyyətdə üzləşmiş böhranlı Rusiya ilə əməkdaşlıq İranın qalan imkanlarını əlindən alacaq". Elə Ermənistanın Respublika Naminə Partiyasının sədri Arman Babacanyanın sözlərinə görə də, Ermənistan ciddi sınaq qarşısındadır, ölkənin çoxlu ev tapşırıqları var:
“Azərbaycan, Rusiya və Türkiyə arasında bir çox məsələlərdə sinxron razılaşma var. Rusiya Zəngəzurdan keçən mühüm rabitə yolunu açmağa nail olub. Cənubi Qafqazda təkcə rus mövcudluğu yox, həm də rus-türk tandemi var və Zəngəzur dəhlizi rus-türk planıdır”. Bu fonda Ermənistan dəhlzin açılmasına razı olacaq. İran isə, həmişəki kimi ofsayt vəziyyətə düşüb, regionda mövqeyini daha da zəiflədəcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ