Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Avropa ilə ideal enerji razılaşması tapdı...

Image


Avropa İttifaqına üzv dövlətlərin bir çoxunu undi narahat edən başlıca məsələ evləri qızdırmaq və zavodları elektrik enerjisi ilə təmin etmək üçün təbii qazın haradan alınacağıdır. Çünki Avropaya axan Rusiyanın təbii qazının nəqlinin istənilən an dayandırılma ehtimalı yüksəkdir.

Yaranmış vəziyyətdə Avropa Komissiyası yaydığı bəyanatda quruma üzv ölkələri könüllü olaraq qaz istehlakını azaltmağa çağırıb. Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Lyeyen bu xüsusda bildirib: “Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Ona görə də, istənilən halda, istər Rusiya qazının qismən, istərsə də tamamilə kəsilə biləcəyinə Avropa hazır olmalıdır”. Bu fonda “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” yenidən xüsusi diqqət mərkəzində yer alır. Milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman qeyd edir ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Bakının beynəlxalq aləmdə, xüsusilə enerji təhlükəsizliyi məsələlərində artan əhəmiyyətindən xəbər verir. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan kimi enerji tədarükçüləri daha mühüm rol oynamağa başlayır: “Çünki onlar, nəinki enerji mənbələrinə çıxışa zəmanət verir, həm də həddindən artıq yüksək qiymət artımlarını tarazlaşdırmağa və bazarın çöküşünə mane olmağa kömək edir”. Zukerman vurğulayıb ki, Aİ ilə imzalanmış memorandum göstərir ki, Bakı hazırda dünya bazarlarında iri enerji təchizatçılarının artan nəzarəti zamanı sui-istifadə hallarının qarşısını almaq məsələsində Avropanın güclü müttəfiqidir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta isə məsələnin digər mühüm tərəflərinə diqqət edir. O hesab edir ki, Azərbaycan Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqda mühüm rol oynaya bilər, özü də Kremli narazı salmadan: “Azərbaycan hazırda burada çox vacib rol oynaya bilər. Avropaya nəql edilə bilən hər bir qaz molekulu çox vacibdir. Azərbaycanın əlavə təbii qaz nəql edə bilməsi həm yaxın gələcəkdə Avropanın hazırkı enerji təhlükəsizliyi baxımından, həm də Avropanın istədiyi “yaşıl enerjiyə” keçid üçün mühümdür. Ancaq reallıq budur ki, qazı yerdən çıxarmaq və onu nəql etmək vaxt alır. Məncə, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu iki səbəblə çox vacibdir. Birincisi, Azərbaycanın Avropa və dünyanın enerji təhlükəsizliyinə yardım etməkdəki davamlı rolunu, ikincisi isə, bunun zaman alacağını dərk etmək lazımdır. Razılıqdakı müddəalardan biri “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin maliyyələşdirilməsi ilə bağlıdır. Və bəli, Azərbaycan və Avropa İttifaqının bunun üzərində birlikdə işləməsi mühüm bir məqamdır. Ancaq razılıqda başqa vacib məqamlar da var, xüsusilə də “yaşıl enerji” üçün. Məncə bu, irəliyə doğru atılan çox mühüm bir addımdır”.

Robert Sekuta bildirir ki, bu sövdələşməyə daxil edilməyən, amma nəzərə alınmalı başqa məsələ geniş Xəzər regionudur: “Son həfətələrdə Rusiya Qazaxıstanın enerji ixraclarını kəsib. İrəlidə Türkmənistandan böyük həcmdə təbii qazın çıxarılması potensialı var. Bunlar da bizim nəzərə almalı olduğumuz məsələlərdir. Ona görə də, Azərbaycanın və regiondakı başqa ölkələrin oynaya biləcəyi rol çox böyükdür. Və əhəmiyyətli olan da məhz budur. Adi Azərbaycan vətəndaşı üçün isə bunun əhəmiyyəti Avropa ilə davamlı əlaqə və bunun ölkəyə gətirəcəyi gəlirdir”. Bu cür sövdələşmələrin Azərbaycan üçün Rusiya tərəfindən hər hansı risq yaradıb-yaratmamasına gəlincə, sabiq səfir bildirir ki, Azərbaycan burada çox uğurlu gedişlər edib: “Sən azərbaycanlı olub, regionda Rusiya, İran və Çinin ambisiyaları, Ermənistanla və regiondakı digərləri ilə olan vəziyyət baxımından nələrin baş verdiyini izləməyə bilməzsən. Ona görə də, Azərbaycan tərəfi bunu aydınlaşdırıb. Ruslar bunun baş verdiyini bilir və açıqlamaladakı sözlərdən aydındır ki, razılığa gətirib çıxaran amillərdən biri Rusiyanın Ukraynadakı əməlləridir. Ancaq məsələ ondadır ki, Azərbaycan son 30 ildə alternativ olaraq mühüm rol oynayıb. Azərbaycanın cooğrafiyasını, İran və Rusiya ilə sərhəd bölüşən yeganə ölkə olduğunu nəzərə almaq lazımdır. Amma bu halda belə Azərbaycanın boru kəmərləri nə ruslar, nə də iranlılar tərəfindən bloklanmadan Avropaya enerjinin axdığı yeganə alternativdir. Mən bilirəm ki, ruslar keçmişdə heç də bu boru kəmərlərindən məmnun olmayıblar, amma onları qəbul edib, bəzi hallarda hətta onlardan istifadə ediblər. Ona görə də, mən müəyyən dərəcədə inanıram ki, Azərbaycan rəhbərliyi, xarici işlər naziri və başqaları yeni razılaşmalarda bunları nəzərə alıb, bu barədə düşünüblər. Mən həm də demək istəyirəm ki, bu, Birləşmiş Ştatların da Azərbaycanla əlaqə qurduğu sahədir. Və bu da vacibdir. Ona görə ki, ABŞ-la Azərbaycan arasında illərdir mövcud olan diplomatiya və əməkdaşlıq uğurla işləyib.  Aİ ilə Azərbaycan arasında da bu əməkdaşlıq öz bəhrəsini verməyə davam edəcək”. Bütün bunlar  Avropa İttifaqı ilə imzalanan Anlaşma Memorandumunun ölkəmziin növbəti uğuru olduğunu təsdiq edir. Sənəddə üç istiqamət xüsusilə diqqət çəkir. Birincisi, Avropa İttifaqına nəql edilən qazın həcminin ikiqat artırılması nəzərdə tutulur. İkinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Üçüncü məqam isə qaz sahəsindəki əməkdaşlığın iqlimlə bağlı məsələlərdə də uzlaşmasıdır. Belə ki, imzalanmış Anlaşma Memorandumu bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəliyi nəzərdə tutur.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ