Cümə axşamı günü, 12 noyabr 2026
     

Media islahatlarının inkişaf tarixi, bir ideyadan başlayaraq təkmilləşən dövlət institutu... - Aydın QULİYEV yazır...

Image


Azərbaycan dövlətçiliyinin inkişaf tarixi boyu özünü parlaq göstərən təzahürlərdən biri də bu olub ki, dövlət gücləndikcə media sahəsində islahatların, yeniliklərin  tempi və miqyası da genişlənir. Media islahatlarının dövlətçilik iradəsinə bağlılığının kökü buradadır, aydındır, dəyişməzdir və əsaslıdır.

Hələ mərhum Prezident Heydər Əliyevin dövründən başlayaraq islahatların artan templə və geniş miqyasda aparılmasının mühüm uğur şərti bu olmuşdu ki, islahat mərhələləri novatorluq prinsipinə birmənalı söykənməklə bərabər onların arasında varislik də lazımı səviyyədə təmin olundu, hər bir islahat addımı özündən əvvəlkini inkar etmədi, özündən sonrakı islahatların daha möhkəm bazasına çevrildi. Heç təsadüfi deyil ki, Heydər Əliyevin hələ o zaman zəif dövlət imkanlarının bazası üzərində mətbuata dəstək addımları bu gün də aktuallığını saxlayır və mediaya dövlətin dəstək konsepsiyasının əsas mahiyyətini təşkil edir. Dəyişən dövrdür, Azərbaycan dövlətinin imkanlarıdır, çap mediadan başqa yeni media seqmentlərinin hesabına media məkanının genişlənməsidir, mediaya dövlətin dəstəyinin miqyasının böyüməsidir, medianın və jurnalistlərin dövlətçiliyə və cəmiyyətə töhfələrinin genişlənməsidir.

Şərti olaraq müstəqillik tariximizdə media islahatlarını üç mərhələ boyunca nəzərdən keçirə bilərik. 1990-cı illərdəki dövr, 2003-2020-ci illər və mediaya dövlət dəstəyi institutunun yeni form və məzmunlar aldığı 2021-ci ildən sonrakı dövr. Hər üç mərhələni bir-birindən fərqləndirən və ya oxşadan məqamlardan çox danışmaq olar. Lakin təbii ki, fundamental mənada fərqliliklər axtarmağa dəyməz. Çünki artıq deyildiyi kimi, media islahatlarının başlanğıc bazası olaraq Heydər Əliyevin qərar və addımları götürülüb, sonrakı proseslər bunun üzərində qurulub. İslahat mərhələləri arasında ən böyük oxşarlıq isə ikinci və üçüncü mərhələlərdə Prezident İlham Əliyevin öz islahatlar strategiyasını Heydər Əliyevin yaratdığı əsaslara tam uyğunlaşdıra bilməsidir. Təbii ki, Prezident İlham Əliyevin media islahatlarını və mediaya dövlətin dəstəyini Azərbaycan dövlətinin sürətlə güclənməkdə olan imkanlarına, müasir çağırış və trendlərə uyğun qura bilməsi özünün böyük nəticələrini göstərir.

Hələ 44 günlük müharibədə İlham Əliyevin dünya mediasına iri həcmli saysız müsahibələri həm media institutunun dövlətçilikdə və qalibiyyətli müharibədə nə qədər vacib faktor olduğunu sübut etdi, həm Azərbaycanın həqiqətlərini bütün dünya üçün informativ dəyər halına gətirdi, həm Azərbaycana qarşı səfərbər olmuş qlobal informasiya savaşçılarını gücsüzləşdirdi, həm də milli media və jurnalist ordumuz üçün nümunə yaratdı. Təsadüfi deyil ki, məhz Prezidentin açdığı bu yol minlərlə Azərbaycan jurnalistini və media qurumunu Zəfərə aparan yolun şərəfli və fədakar zəvvarlarına çevirdi. Azərbaycan mediası müharibə günlərində və ondan sonrakı dövrdə dövlətimizin sadiq zərbə qüvvələrindən birinə çevrildi, ictimai birliyimizi pozmağa çalışan kənar ideoloji diversiyalar zərərsizləşdirildi, dövlətin qəbul etdiyi ən mühüm qərarları məzmun etibarilə böyük qələbəmizə aparan siyasətin vacib detalları kimi ictimaiyyətə çatdırdı, erməni vandalizminin iç üzünün dünyaya çatdırılmasında da öz missiyasını şərəflə davam etdirməkdədir.

Media sahəsində islahatların davamlı xarakterdə olması həm medianın gücünə və missiyasına dövlət başçısının yüksək etimadının nəticəsidir, həm də Prezidentin media islahatlarına nə qədər ardıcıl və diqqətli yanaşdığını göstərir.

Mediaya dövlətin dəstəyinin bir ideyadan dinamik dövlət institutuna çevrilməsi məhz Prezident İlham Əliyevin nailiyyətidir və nəticələri də ortadadır. Media islahatlarının şərti ikinci mərhələsində intişar tapmış bu proses 2021-ci ilin əvvəllərindən başlayaraq forma və məzmunca yeni görkəm almağa başladı. Mediada islahatların dərinləşdirilməsi barədə yeni sərəncam imzalandı, ötən əsrin sonlarına aid media qanunvericiliyi dəyişdirildi, Medianın İnkişafına dövlət dəstəyi Agentliyi yaradıldı, çap media üçün çox önəmli olan vergi güzəştləri edildi, onlayn medianın şəffaf maliyyələşdirilməsinin mexanizmləri tətbiq edildi, çap medianın Azərbaycanda milli-sivilizasion nailiyyət kimi həmişə qorunub saxlanacağına dövlət təminatı yaradılır. Yeni media qanunu redaksiyaların baza və müstəqilliyinə, jurnalistlərin hüquq və rifahına yeni təminat mexanizmləri açır. Prezidentin ötən ilin dekabrında çap kağızı və çap məhsullarının ƏDV-dən azad olunmasına yönəlmiş sərəncamı praktik məzmun daşıyan islahat addımıdır. Bu ilin fevralında Prezidentin ipoteka qanunvericiliyində etdiyi dəyişiklik jurnalistlərin bu sosial layihənin imkanlarından bəhrələnməsinə birbaşa yol açdı. Eləcə də Media reyestri və jurnalist kartları layihələri medianın inkişafına və jurnalistlərin təminatlılığına təsir göstərə bilən islahatlar sayılmalıdır.

Həyata keçirilən davamlı islahatların nəticələri bütün istiqamətlərdə özünü göstərməkdədir. Dövlət orqanları ilə medianın kommunikasiyasının səmərəliliyi artır, obyektiv və tənqidi medianın ictimai nəzarət funksionallığı güclənir, Media Agentliyi xətti ilə dövlət qurumlarının media ilə rəngarəng əməkdaşlıq formaları tətbiq edilir, təlim və seminarların əhatəsi genişlənir, jurnalistlərin ixtisaslaşdırılması yönümündə konkret addımlar atılır.

Ümumi təhlillər göstərir ki, media islahatlarının dönməzliyi və fasiləsizliyi dəyişməz şəkil almaqla bu sahədə uğurların əsas şərtinə çevrilməkdədir.

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ