Cümə axşamı günü, 12 noyabr 2026
     

Brüsselin enerji təhlükəsizliyinin təminində Bakının mühüm rolu rəsmən bəyan edildi

Image


Avropada enerji sahəsində yaranan çətinliklərin miqyası böyüməkdədir. Hətta iş o yerə çatıb ki, Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birolun sözlərinə əsasən, Avropa uzun və sərt qış mövsümünə hazırlaşmaq üçün yaxın bir neçə ay ərzində qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmalıdır.

Birol qeyd edib ki, Avropa İttifaqı Rusiyadan nəqlin davamlılığına dair ciddi qeyri-müəyyənlik fonunda Rusiya qazının əvəz edilməsi məsələsində müəyyən irəliləyiş qazanıb. Buna misal kimi Azərbaycanla imzalanan yeni razılaşmalar daha çox diqqət mərkəzinə gəlir. İndiki halda isə Birol Rusiyanın Avropaya təbii qaz nəqlini tamamilə dayandırması ehtimalının olduğunu da əlavə edib. Onu da bildirək ki, Avropada müşahidə edilən güclü istilər elektrik stansiyalarında qaza tələbatın artmasına səbəb olub. Avropada elektrik enerjisi təchizatı məhduddur, çünki yüksək hava temperaturu külək enerjisi istehsalını azaldır. Suyun temperaturunun artması atom elektrik stansiyalarında generasiyanı azaldır, çaylarda suyun səviyyəsinin aşağı düşməsi isə elektrik stansiyalarına kömür çatdırılması zəncirini pozur. Bu fonda Birol qeyd edib ki, qarşıdakı üç ay ərzində Avropada təbii qaz ehtiyatlarının artımı 12 milyard kubfut artırılmalıdır ki, bu da 130 tankerdə maye qaz tədarükünün həcminə uyğundur: “Qışa qədər təbii qaz ehtiyatlarının davamlı səviyyəsinin yaradılması istiqamətində ilk addım Avropada hazırkı təbii qaz istehlakının azaldılması və artığının anbarlara göndərilməsidir. Təbii qazın qiymətlərinin çox yüksək olması səbəbindən istehlak artıq bir qədər azalıb, lakin daha böyük azalmalara ehtiyac var. Avropa sərt qışa hazırlaşmaq üçün təbii qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmalıdır”. Lakin ümid yerləri də var. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel bu xüsusda Azərbaycanla imzalanan yeni enerji razılaşmalarının böyük əhəmiyyət kəsb etdiyini bildirir: “Azərbaycanla Avropa İttifaqı arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək. Anlaşma memorandumu ilə 2027-ci ilə qədər Azərbaycanın Avropaya təbii qaz tədarükü iki dəfə artırılacaq”.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson da Azərbaycanla razılaşmanın indiki halda Avropa üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirir: “Qarşılıqlı anlaşma haqqında yeni memorandum bizim şaxələndirmə istiqamətində səylərimizdə “Cənub Qaz Dəhlizi”nin strateji rolunu bir daha vurğulayır”. Onun sözlərinə görə, Azərbaycan artıq Avropa İttifaqına təbii qaz nəqlini artırıb və tendensiya davam edəcək. Bu il əlavə 4 milyard kubmetrədək qaz nəql olunacaq, 2027-ci ilədək isə tədarük həcminin iki dəfəyədək artırılması gözlənilir: “Əməkdaşlığımız bununla məhdudlaşmır, bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsini və metan qazı tullantıları ilə mübarizəni də əhatə edir. Bu addımlar tədarükün təhlükəsizliyini artıracaq və iqlim sahəsində məqsədlərimizə çatmaqda kömək edəcək”. Almaniyanın “Deutsche Welle” nəşri isə yazlr ki, hazırda Brüssel Bakını qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində ən mühüm tərəfdaş kimi görür: “Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı bir neçə il ərzində Azərbaycandan qaz nəqlinin həcmini iki dəfə artırmaq niyyətindədir. Avropa İttifaqı Azərbaycan qazının idxalını iki dəfə artırmaqla Rusiya tədarükünü onunla əvəz etməyi hədəfləyir. Bununla bağlı olaraq Ursula Fon der Lyayen Bakıya səfəri zamanı prezident İlham Əliyevlə birgə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb. Həmin sənədə uyğun olaraq beş il ərzində “Cənub Qaz Dəhlizi” üzrə qaz təchizatı iki dəfə artacaq - 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək. İndi Azərbaycandan hər il 8 milyard kubmetr qaz tədarük edilir. Lakin gələn ildən bu rəqəm 12 milyarda çatmalıdır ki, bu da Rusiya qazının təchizatının azalmasını kompensasiya etməyə kömək edəcək. Avropa Komissiyasının prezidenti bildirib ki, Anlaşma Memorandumu Azərbaycanla “energetika sahəsində əməkdaşlıqda yeni səhifə” açır. Sənədi imzalamazdan bir qədər əvvəl o, “tvitter” hesabında yazıb: “Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir”. Almaniyanın ən nüfuzlu media orqanı olan “Der Spiegel” jurnalı “Rusiya tədarükünə alternativ: Avropa İttifaqıAzərbaycandan qaz idxalını ikiqat artırmaq istəyir” sərlövhəli məqaləsində yazır ki, Qərb indi Azərbaycanı daha etibarlı enerji təchizatçısı hesab edir: “Bu səbəbdən də yaxın illərdə buradan qaz idxalını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir. Avropalılar qorxur ki, Rusiya qazının nəqli tezliklə tamamilə kəsilə bilər. Bu səbəbdən Azərbaycanla işbirliyi genişlənir”. Avropa İttifaqının İqtisadi Modellər İnstitutunun Bərpaolunan Enerji Sektorunun rəhbəri Paula Pallavaçini  isə bildirir ki, Avropa İttifaqının məqsədi Ukraynada müharibə nəticəsində yaranmış mürəkkəbliklər fonunda qazıntı şəklində enerji mənbələrinin qitəyə çatdırılmasının şaxələndirilməsidir: “Müharibə göstərdi ki, öz mövqeyindən istifadə edərək qəflətən vintili bağlaya biləcək etibarsız tərəfdaşlar var, lakin çox etibarlı, proqnozlaşdırıla bilən tərəfdaşlar da var. Azərbaycan sonuncular arasındadır. Bizim belə dostlara böyük ehtiyacımız var və şadıq ki, sizin ölkəniz belə tərəfdaş imici qazanıb. Azərbaycan həm neft və qaz təchizatı sahəsində, həm də Brüsselin yaşıl energetikaya keçid səyləri sahəsində etibarlı və mühüm tərəfdaşdır. Azərbaycan enerji resurslarının fasiləsiz təchizatının təmin edilməsinə verdiyi töhfə ilə Avropanın bütün enerji xəritəsini dəyişib”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ