Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı problem çözülür, sülh müqaviləsi həllini tapır...

Image


Məlum olduğu kimi, gələn ay Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, prezident İlham Əliyevin cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında da diqqətə çatdırılıb. Görüşün keçirilməsi dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib: “Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaq. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da yerli İctimai Televiziyanın sorğusuna cavab olaraq bildirib ki, Ermənistan və Azərbaycan arasında demarkasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclası avqustda Moskvada keçiriləcək. Azərbaycan hesab edir ki, sərhədlərin müəyyən edilməsi Ermənistanla sülh razılaşmasının əsas şərtlərindən biridir. Ölkəmizin sərhədlə bağlı tələbləri beynəlxalq hüquqa söykənir və Ermənistandan əlavə heç nə tələb edilmir. Bu səbəbdən İrəvanın prosesə müqaviməti mümkünsüz hesab edilir. Elə erməni mediası da yazır ki, Azərbaycan Ermənistandan istıdiyini alacaq. Məsələ ilə bağlı Ermənistanın “Qraparak” nəşri yazır: “Avqustda Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitələrinin iclası keçiriləcək. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi görüşün Moskvada baş tutacağını bildirib. Hələlik görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur. 2022-ci il mayın 24-də Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədində Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının birgə işi formatında ilk görüşü keçirilib. Ermənistan hakimiyyəti prosesi mümkün qədər sürətləndirmək və Azərbaycanla sülh müqaviləsini avqustun sonunda, siyasi həyatın tam dincəldiyi, Paşinyanın isə çətinlik və müqavimət olmadan başa çatdırmaq istədiyi bir dövrdə imzalamaq istəyir. İndilikdə isə  Ermənistan hakimiyyəti belə təəssürat yaratmaq istəyir ki, sərhədlərin müəyyənləşdirilməsi üçün gərgin iş gedir, komissiya fəaliyyət göstərir, komissiyanın görüşləri barədə ictimaiyyətə məlumat verilir. Bildirirlər ki, guya tezliklə biz sərhədi demarkasiya edəcəyik, azərbaycanlılar isə irəlilədikləri ərazilərdən, yəni Qaragöl, Basarkeçər və Zəngəzurdan uzaqlaşacaq. Hətta iyunun 6-da Paşinyanın Rusiya prezidenti Putinlə telefon danışığında bu komissiyanın fəaliyyətindən danışdığı da bildirilib. Zəngəzur bölgəsinin rəhbəri Robert Qukasyan bir neçə gün əvvəl vəzifədə olmasının 100 gününü yekunlaşdıraraq bildirib: “Hazırda bütün səylərimizin yönəldiyi demarkasiya və delimitasiya prosesinə qədər sərhədin sakit olması vacibdir”. Əslində, bu prosesdən məlumatlı olanlar deyir ki, Zəngəzurun Azərbaycanla sərhədi çoxdan çəkilib, bütün koordinatlarla delimitasiya-demarkasiya başa çatıb. Diqqət etsək müşahidə edəcəyik ki, Paşinyan hətta sərhədlərin delimitasiyası prosesindən danışanda da Zəngəzurun adını çəkmir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da bu barədə 2021-ci ilin noyabrında bəyanat verib. Sabiq baş nazir deyib: “Gorusdan İran sərhədinə qədər demarkasiya və delimitasiya aparılıb, Vağarşak Harutyunyanın 18 dekabr 2020-ci ildə imzaladığı protokolla biz artıq Gorus-Qafan, Qafan-Şvanidzor sərhədini tanımışıq, orada Azərbaycan sərhədin yarısını bizdən alıb”. Adı “Gorus-Davit Bek və Qafan-Çakaten avtomobil yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətinin təşkili haqqında Memorandum” olan həmin sənəd 2021-ci ildə bizim qəzetimizdə də dərc olunub. Memorandumda qeyd olunmuşdu ki, 18 dekabr 2020-ci il tarixində Ermənistan tərəfi öz silahlı dəstələrini Azərbaycan Respublikasının Zəngilan və Qubadlı rayonlarından çıxarır”.

Qəzet onu da yazır ki, iyulun 1-də Ermənistan və Türkiyə nümayəndələrinin iki ölkənin sərhədlərinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılığa gəlməsi də təsadüfi xarakter daşımır: “Bu, sərhədlərin açılması yolunda ilk addımdır, növbəti addım, təbii ki, iki ölkə - Ermənistan və Türkiyə vətəndaşları üçün də sərhədlərin açılması olacaq. Yəni indi Rusiya, Gürcüstan, Fransa, digər dövlətlər və xüsusilə də Azərbaycan vətəndaşları Ermənistandan keçərək Türkiyəyə gedə bilir. Türkiyədən, başqa ölkərə olduğu kimi, digər ölkələrin, xüsusilə də Azərbaycan vətəndaşları da Ermənistan vasitəsilə öz ölkələrinə gedə bilərlər. Beləliklə, Ermənistan Qərblə Şərq, Şimal və Cənub ölkələri arasında əsl dəhlizə çevriləcək. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması tərəfdarları bunu İpək Yolunun bərpası kimi qiymətləndirə və qazanc baxımından ölkəmizin parlaq gələcəyini tranzit yolu kimi təsəvvür edə bilərlər, lakin çoxları bu optimizmi bölüşmür. Ümumiyyətlə, yollar açılmalı, iki qonşu dövlətin münasibətləri tənzimlənməli idisə, niyə üçüncü ölkələr üçün mərhələli şəkildə həyata keçirilir? Bəlkə məna yalnız və yalnız Azərbaycanla Türkiyə arasında əlaqənin yaradılmasıdır və indiki məqamda məqsəd Ermənistanı Azərbaycandan Türkiyəyə keçidi təmin etmək üçün vasitəçi etməkdir? Və indiki mərhələdə həmin alçaldıcı rolu Ermənistana həvalə etmək qərarına gəliblər”. Ermənistanın “Past” nəşri də qeyd edir ki, Azərbaycan sürətlə məqsədlərinə yaxınlaşır: “Ermənistan bu vəziyyətdə  çox ağır dövrlərdən keçir, ölkənin üzləşdiyi daxili və xarici problemlər getdikcə daha da dərinləşir və mürəkkəbləşir. Lakin hakimiyyət özünü elə aparır və elə bir təəssürat yaradır ki, sanki burada xüsusi bir şey yoxdur, hər şey öz yolu ilə gedir. Paşinyan hökumətin iclasları zamanı elə xırda və əhəmiyyətsiz məsələlərə, məsələn, gizli reklamlara, yollarda xaçların qoyulması məsələlərinə diqqət yetirir ki, sanki ermənilər sakit Lüksemburqda yaşayırlar. Halbuki, xarici və daxili problemlərin həlli böyük səylər və tədbirlər tələb edir. Məsələn, xarici çağırışlar arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi çox önəmlidir. Xüsusən də bu kontekstdə maraqlıdır ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Azərbaycan qoşunlarının sərhədyanı rayonlardan çıxarılmasını tələb etdiyini, lakin onların bundan imtina etdiyini açıqlayıb. Əgər Azərbaycan qoşunları ərazidə qalarsa, demarkasiya zamanı onlar təzyiq göstərməyə çalışacaqlar ki, bu ərazilər onların nəzarətində qalsın. Yəni Ermənistanın ərazi itkiləri davamlı olacaq. Digər tərəfdən isə, Paşinyan Laçın şəhəri və ətraf kəndlərin Azərbaycana verilməsini Ermənistanı Qarabağla birləşdirən dəhliz üçün yeni yolun çəkiləcəyi kontekstində əsaslandırır”. Hələlik isə Ermənistanın hərbi-siyasi rəhbərliyi qəbul etməlidir ki, iki ölkənin dövlət sərhədinin müəyyən edilməsi, ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınması  istənilən toqquşma və insidentin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Sərhədlərin müəyyən edilməsinin Ermənistan üçün, təhlükəsizliklə yanaşı, digər mühüm üstünlükləri də var. Bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmağın, maddi vəziyyətin yaxşılaşdırılmasının yeganə yolu, Azərbaycan başda olmaqla, qonşularının ərazi bütövlüyünü tanımaq, onlara qarşı ərazi iddialarından əl çəkməkdir. Yalnız bu halda regionda Ermənistanın da inkişafını təmin edə biləcək yeni əməkdaşlıq əlaqələrinin qurulması mümkün ola bilər. Bununla sərhədyanı ərazilərdəki münaqişələrə də birdəfəlik son qoyulması, istənilən potensial hərbi qarşıdurma risqinin aradan qaldırılması, müharibə səhifəsinin birdəfəlik qapanması mümkündür.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ