Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli sazişə sonadək öz prinsipləri ilə getdi, Ermənistan isə tam əksinə...

Image


“Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası, əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq”. Bu fikirləri prezident İlham Əliyev Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen birlikdə mətbuata bəyanatla çıxış edırkən bildirib.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında saziş məsələsi illərdir gündəmdədir. Lakin bir sıra mübahisəli məsələlər onun indiyə kimi razılaşdırılmasına imkan verməyib. Məsələ burasındadır ki, Azərbaycan Avropa İttifaqından bərabərhüquqlu əsasda əməkdaşlıq tələb edir və bu da indiyə kimi Qərbdə bəzi qüvvələr tərəfindən narazılıqla qarşıanıb. Lakin Bakı da dediyindən dönməyib və belə görünür ki, istəyinə nail olur. Bu barədə danışmazdan öncə qeyd edək ki, 1990-cı illərin əvvəllərində Qərblə sıx əlaqələr qurmağa qərar verən Bakı 1996-cı ildə Avropa İttifaqı  ilə Tərəfdaşlıq və Əməkdaşlıq sazişinə imza atıb. Amma Azərbaycan başqa postsovet ölkələrdən fərqli olaraq, İttifaqa üzvlük perspektivini nəzərdən keçirməyib. 2010-cu ildə Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişi üzrə danışıqlara başlasa da, bu sənəddən imtina edərək 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verib. Bu da səbəbsiz deyil. Azərbaycan uzun müddətdir ki, bloklara meylli olmadığını nümayiş etdirir. Bu səbəbdən Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq, o, Avropa İttifaqı  ilə Assosiyasiya sazişindən imtina edib ikitərəfli sazişlərə üstünlük verir. Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi rolunu vurğulayanlar Bakının Aİ ilə enerji təhlükəsizliyinə dair ayrıca sənəd imzalayan yeganə “Şərq Tərəfdaşlığı” ölkəsi olduğunu göstərir. Qeyd edildiyi kimi isə, ölkəmiz 2017-ci ildən bəri müzakirə olunan strateji əməkdaşlıq sazişinə üstünlük verir. Amma bu vaxta qədər sazişin imzalanmasını əngəlləyən başlıca faktor Avropa İttifaqının Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi görmək istəməməsi olub. Bunu da Azərbaycan qəbul etməyib. Hələ ötən ilin mart ayında hakim partiyanın 7-ci qurultayında çıxış edən prezident İlham Əliyev Avropa ilə yaxınlaşmanı nəzərdə tutan əvvəlki sazişi “təlimat kitabçası”adlandırıb: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq Tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb”.Bu açıqlamalar bir daha təsdiq edir ki, Azərbaycan diqtə əsasında hərəkət etmək niyyətində olmadığı üçün Avropa İttifaqı ilə sazişi indiyə kimi razılaşdırmayıb. Sonda Avropa Azərbaycanın mövqeyini nəzərə aldığından ölkəmiz qurumla istədiyi şərtlər əsasında müqavilə ilə bağlı danışıqların tezliklə yekunlaşacağına dair nikbin bəyanatlar verir.

Qeyd edək ki, 2008-ci ildə Bakı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirib və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2009-cu ildə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova ilə ikitərəfli əməkdaşlığı gücləndirmək və Avropa Qonşuluq Siyasəti çərçivəsində çoxtərəfli əməkdaşlığı davam etdirmək üçün Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Təşəbbüsü başlandı. Bu təşəbbüs çərçivəsində Avropa İttifaqı iştirakçı ölkələrə öz şərtləini diqtə etməyə başladı və bir çox ölkələr üzrə də istəyinə nail oldu. Məsələn, Ermənistan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində sırf Avropa İttifaqının təlimatları əsasında hərəkət edir. Hətta bu onun istək və maraqlarına zidd olsa belə. Azərbaycan isə ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Bu əlaqələrdə suverenlik və milli maraqların qorunması başlıca yer tutur. Bu səbəbdəndir ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq təkliflərində müəyyən məqamlar onu qane etmədiyindən özünün əməkdaşlıq modelini irəli sürüb. Burada bütün istiqamətlərdə müstəqil kursun qorunub-saxlanması, milli maraqların təmin edilməsi ön planda yer alır. 2015-ci ildə Riqa sammitində Azərbaycan rəhbərliyi bu barədə açıq və konkret mövqe bildirdi. Brüssel, nəhayət bunu qəbul etdi və 2017-ci ildə Azərbaycanın təklif etdiyi əməkdaşlıq modeli üzrə danışıqlar başladı. 2018-ci ildə “Tərəfdaşlığın prioritetləri” adlı sənəd paraflandı. Beləliklə aydın oldu ki, Azərbaycan iqtisadi, siyasi, geosiyasi, energetik müstəqilliyini qoruyub saxlayaraq Avropa İttifaqı ilə strateji tərəfdaş olmağa hazırdır. Təbii ki, bu asan proses deyildi. Çünki ilk dəfə idi ki, Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaş olan ölkənin özünün təklif etdiyi əməkdaşlıq sənədi üzərində işləyir. Adətən, “Şərq Tərəfdaşlığı”nın digər üzvləri Brüsselin şərtlərindən kənara çıxa bilmirlər. Bu da onları Avropa İttifaqının xarici siyasətinin birbaşa obyektinə çevirir. Yəni söhbət Brüsselin irəli sürdüyü şərtlər daxilində əlaqələrdən gedə bilər. Azərbaycan isə bərabərhüquqlu tərəfdaş kimi Avropa İttifaqı ilə əməkdaşlıq modeli təklif edib və onu qətiyyətlə reallaşdırır. Hərçənd, Brüssel istərdi ki, əlavə şərtlərlə Bakını özündən asılı vəziyyətə salsın, Azərbaycan isə bərabərhüquqluluğu tam qorumağa çalışır və istəyinə də çatıb. Avropa İttifaqı qəbul edir ki, Azərbaycan müstəqil dövlət kimi öz maraqlarını heç nəyə güzəştə gedə bilməz. Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Tərəflər arasında münasibətlər bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ