Cümə axşamı günü, 12 noyabr 2026
     

İrəvan Bakının xarici siyasəti qarşısında yenidən məğlub durumda...

Image


Rusiya-Ukrayna müharibəsi, bunun dünya iqtisadiyyatına, geosiyasi mənzərəsinə təsiri hələ də beynəlxalq gündəmin ən aktual mövzusudur. Belə görünür ki, bu müharibə ilk növbədə qlobal iqtisadiyyata ciddi zərər vurmaqda davam edəcək. Bunun əsas səbəblərindən biri odur ki, Qərb iqtisadi sanksiyalarla Rusiyanı çökdürməyə çalışır, Kreml də adekvat qaydada cavab verməyə can atır. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin açıqlamaları belə qənaətə gəlməyə əsas verir ki, iqtisadi savaş davam edəcək.

Borrel Rusiyaya qarşı sanksiyaların təsirli olması üçün Avropa xalqını strateji təmkin göstərməyə çağırıb. Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər artıq Rusiya prezidenti Vladimir Putinə güclü təsir edib. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bu məhdudlaşdırıcı tədbirlərin təsiri ancaq artacaq: “Rusiya təcavüzünü dayandırana və Ukrayna öz suverenliyini tam bərpa edə bilənə qədər bizə strateji təmkin lazımdır”. Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Rusiyanın Ukrayna müharibəsində qələbə qazanması demokratiyanın və “qaydalara əsaslanan beynəlxalq nizamın özülünün məhvi” demək olacaq. Böyük Britaniyanın “Guardian” qəzeti isə yazır ki, Rusiyaya qarşı sanksiayalardan Avropanın özü də ciddi zərər görür: “Buna görə də ayılmaq və barıtı qoxulamaq zamanı yetişib. Vladimir Putinin Avropanın ətrafında törətdiyi müharibə raket partlayşının zərbə dalğası kimi sürətlə Qərbə doğru irəliləməkdədir. O, evlərin, şirkətlərin qapılarını yerindən qoparır, Berlindən Birminqemədək bütün qitə boyu iş yerlərinə zərbə vurur. Müharibə Avropaya zəhərli sabitsizlik, bədbəxtlik və qorxu yağışı yağdırır. Qərbin sanksiyaları və silah tədarükünün rusiyalıları dayandırması barədə inam cəfəngiyatdır. İndi Kiyevin inadkar müqavimətindən qəzəblənən və onu təcavüzə görə cəzalandıranlara ağrı verməyə köklənən Putin Avropanı ələ salmağa hazırlaşır. Rusiyalı avtokrat energetikanı, ərzağı, milyonlarla ukraynalı qaçqını silaha çevirərək iqtisadi və siyasi ağrı törədir, hamı üçün hərbi həyat şəraiti yaradır. Avropa üzərinə uzun və təlatümlərlə dolu qış gələcək və enerjidaşıyıcıları kifayət etməyəcək. Qazın kubmetr qiyməti kimi, Qərb liderlərinin qorxaqlığı və uzağı görməməsi də hər saat artmaqdadır. Rusiyanın sabitliyi pozan əməliyyatları, sosial şəbəkələrdəki manipulyasiyaları, kiberhücumları, ikili diplomatik standartları, nüvə şantajı, Ukraynanın dinc sakinlərini yorulmadan qətlə yetirməsi - bütün bunlar yaxın aylarda Avropanın mühasirəsini yalnız gücləndirəcək. Qərbin bütün qitə miqyasında eskalasiyadan yan keçiləcəyinə qəribə inamı tezliklə yoxa çıxacaq.  Rusiyadan qaz tədarükünün dayandırılması barədə proqnozlar özünü doğruldarsa və “Avropada işıq sönərsə”, o zaman problem təkcə zavodların dayanması, iş yerlərinin itirilməsində deyil, bazarların depressiyaya düşməsində olacaq. Əmək haqları dəyərdən düşəcək, tətillər və küçə etirazları elə bir nöqtəyə çata bilər ki, Şri-Lanka ruhunda iflas təkrarlana bilər”. Bu şəraitdə artıq Avropanın Rusiya ilə müharibəyə başlaması istisnalıq təşkil etmir. Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Maykl Uiqston da bunu istisna etmir: “Rusiya ilə mümkün birbaşa münaqişəyə hazır olmalıyıq. Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsi London və Avropa üçün təhlükədir. Heç bir şübhəm yoxdur ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir. Onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətlərinə baxın. Mən şübhə etmirəm ki, biz məhz bu aydın və ani təhlükəyə hazır olmaq üçün məşq edirik. Biz, əlbəttə, ümid edirik ki, vəziyyət gəlib buna çıxmayacaq”.

Bütün bunlar Avropa ilə yanaşı, postsovet ölkələri üçün də ciddi narahatlıq yaradır. Xüsusən də Ermənistanın baş verənlər fonunda tam tənəzzülü qaçılmaz sayılır. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Avropa diplomatiyasının rəhbəri Josep Borrel əmin edib ki, Rusiyaya qarşı sanksiyalar işləyir, lakin tammiqyaslı effekt əldə etmək üçün vaxt lazımdır. Ümumiyyətlə, uzun müddətdir hər kəs üçün çətin günlər başlayıb. O cümlədən də Ermənistan üçün. Gəlin özümüzü aldatmayaq və etiraf edək ki, ölkəmiz baş verənlərin mənfi nəticələrindən qaça bilməyəcək. Avropa iqtisadiyyatı onsuz da tənəzzülə uğrayırsa, o zaman həddən artıq çox amillərdən asılı olan Ermənistan iqtisadiyyatı ən ağır dövrlərlə üzləşməli olacaq. Bəli, Rusiya hələ də bizə təbii qazı kifayət qədər ucuz qiymətə satır. Amma bu sonsuza qədər davam edə bilməz. Xüsusən də Rusiya iqtisadiyyatındakı problemlər fonunda. Kreml hər an qərar verə bilər ki, Ermənistan üçün qazın qiymətini qaldırmağın vaxtı çatıb. Əslində, bununla Ermənistan da Ukraynada Rusiya müharibəsinin pulunu ödəməyə məcbur olacaq. İkincisi, hamı çoxdan bilir ki, təbii qaz və neft Rusiya üçün heç vaxt sadəcə əmtəə olmayıb. Bu onun dünyanın müəyyən ölkələrinə siyasi təzyiq rıçaqı idi və indi də belədir. Bu isə o deməkdir ki, Kremldən yeni siyasi ultimatumlar gözləmək lazımdır. Onlar nə olacaq? Bu sualın dəqiq cavabı yoxdur. İndi hər şey Ukrayna uğrunda gedən döyüşün nəticəsindən çox asılıdır. Bu döyüşdə Ermənistanın Rusiyanın tərəfində olmağa məcbur olması da üzücüdür. Buna görə də Ermənistan artıq itkilər verir. ABŞ-ın Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Agentliyi və Maliyyə Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun Ermənistanı Amerikanın sanksiyalarına məruz qalan malların keçə biləcəyi ölkələr sırasına daxil etməsilə ilk həyəcan siqnalı verilib. Aydındır ki, bu, ABŞ-dan ölkəmizə qarşı ən sərt sanksiyaların tətbiq oluna biləcəyinə dair konkret siqnaldır. Bəs o zaman hökumətimiz nə edəcək? Axı o özünü və bizi uzun müddət inandırıb ki, guya demokratik Qərbin sevimlisidir. Üstəlik, uzun müddətdir ki, Azərbaycanın sanksiyalar altında qalacağı ilə bağlı mesajlar verir. Ancaq hamımız tamamilə fərqli bir şey görürük.

Azərbaycan Qərblə dialoq qurmaq üçün Ukraynadakı müharibədən ağıllı şəkildə istifadə edir. Vaşinqtonda və Brüsseldə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı barədə indi daha çox eşitmək olar. Azərbaycandan Avropaya logistika qurulduğu üçün yeganə sual qiymət və həcmdir. Azərbaycan bəlkə də Avropanın aparıcı qaz tədarükçüsü olmayacaq. Amma rəsmi Bakı Avropaya təbii qazın tədarükündə istənilən iştirakından maraqlarının təmini üçün məharətlə istifadə edir, lazımı uğur da qazanır. Ermənistan onu da görür ki, Rusiya da Bakının hərəkətlərinə göz yumur. Buna bir səbəb də Türkiyənin artıq  Azərbaycanın strateji müttəfiqi olmasıdır. Bu isə o deməkdir ki, ümumi vəziyyət Ermənistana qarşı inkişaf edir. Təəssüf ki, onu dəyişdirmək Ermənistanın imkanı xaricindədir”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ