Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistan Rusiya-Qərb çəkişməsinin növbəti poliqonuna çevrilir...

Image


Məlum olduğu kimi, bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns gözlənilmədən Ermənistana səfər edib. ABŞ-ın Ermənistandakı səfirliyi, başda qurumun direktoru Uilyam Berns olmaqla, Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndə heyətinin İrəvana səfəri ilə bağlı mətbuatda yayılan informasiyaları şərh etməyib.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun İrəvana səfəri ciddi reaksiyalara səbəb olub. Belə ki, bu, son 28 ildə ilk dəfədir. Uilyam Berns  Ermənistanın baş naziri Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Rəsmi məlumatlara əsasən, onun Paşinyanla görüşündə tərəflər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə edib. Paşinyan və Börns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıb. Lakin pərdə arxasında hansı məsələlərin əsas müzakirə mövzusu olmasına dair məlumatlar yoxdur. Erməni ekspert Suren Sarkisyan qeyd edir ki, əslində, ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üzərində işləyir. O bildirib ki, ABŞ-ın regionda siyasəti dəyişməyib və Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tam bərpasına yönəlib. Sarkisyanın fikrincə, məhz buna görə Berns baş nazirdən əlavə Ermənistan MTX-nin deyil, Təhlükəsizlik Şurasının katibi ilə görüşdü, çünki Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində prosesə İrəvan tərəfdən Armen Qriqoryan rəhbərlik edir, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşən də odur: “Mərkəzi Kəşfiyyat İdarəsinin regionda hədəfi Rusiya və İran olaraq qalır. Ancaq hazırda əsas diqqət Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına yönəlib, buna görə də Tehran hələlik sakitliyini qoruyur. ABŞ Rusiyanın Ermənistanda hərbi bazasının və Qarabağda sülhməramlılarının olmasını Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ən ciddi maneə sayır. Buna görə də anlamaq lazımdır ki, Berns İrəvana hardan gəlib və buradan hara gedəcək”. Bu fikirlər erməni politoloq Ruben Safrastyan tərəfindən də bölüşülür. O, Ankara-İrəvan danışıqlarının hazırkı mərhələsində əldə edilən nəticələri də bu mənada təsadüf hesab etmir: ”Mən əldə edilmiş son ikitərəfli razılaşmaları yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu mərhələni kiçik addımlar mərhələsi adlandırmaq lazımdır. İkinci mərhələyə keçmək təşəbbüsü Türkiyədən gəlir”. Onun sözlərinə görə, danışıqlarda Türkiyə iki məqsəd güdür: “Birincisi, Türkiyə kiçik addımlar mərhələsini təklif etməklə, danışıqlar prosesində vacib olduğunu göstərmək naminə Ermənistanın bu prosesdə qalmasını istəyir. İkincisi, Ermənistanla danışıqlara girməklə Türkiyə sərhədlərin açılması və ya diplomatik münasibətlərin qurulması problemini həll etmir, bu ikinci dərəcəli məsələdir. Ankara üçün prioritet olan İrəvana təzyiq göstərməkdir ki, o, Qarabağın Azərbaycan ərazisi olduğuna dair sənədi imzalasın”. Safrastyanın fikrincə, indiki mərhələdə Türkiyə bu problemin həlli ilə məşğuldur: “Hesab edirəm ki, onlar danışıqlar prosesini mümkün qədər uzatmağa çalışacaqlar. Bu, eyni zamanda, Ermənistana daim təzyiq göstərmək üçün Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə üst-üstə düşəcək". Erməni politoloq hesab edir ki, Türkiyənin müəyyən geosiyasi hesablamaları var: “Ankaranın, xüsusən də Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa çalışdığını ABŞ-a göstərməsi vacibdir. Türkiyə bölgəmizdəki geosiyasi mövqeyi ilə bağlı regional problemləri də həll edir. Danışıqlar prosesi Ankaradan ötrü o mənada vacibdir ki, İrəvanı bu prosesə cəlb edir və bununla da Rusiyanın həm regionda, həm də Ermənistanda təsirini tədricən zəiflətməyə başlayır”.

Hesab edilir ki, ABŞ üçün Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə münasibət qurması çox önəmlidir. Bu halda Ermənistan inkişaf yoluna qədəm qoyaraq Rusiyanın təsir dairəsindən çıxa bilər. Amma gözlənilir ki, məhz bu halda Rusiyanın müqaviməti nəticəsində Ermənistan Qərblə Kreml arasında yeni çəkişmə məkanı olacaq. Ermənistanın Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan xatırladır ki, Rusiya Qərbin İrəvanı idarə etmək cəhdlərindən ciddi narahatlıq keçirir: “Ermənistanda Kanada səfirliyinin açılması ilə bağlı Rusiyanın siyasəti bunun sübutlarından biri oldu. Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı yayılan məlumatlarla əlaqədar səsləndirilən belə bir bəyanatla bağlı Rusiyanın siyasəti daha incə ola bilərdi. Mən bilmirəm Kanada səfirliyi başqa səfirlik tərəfindən necə sıxışdırılıb çıxarıla bilər. Əgər Rusiyanın bəyanatından danışsaq, Rusiya hazırda postsovet məkanında Qərbin hər bir fəaliyyətindən hədsiz dərəcədə narahatdır. O səbəbdən Kreml Qərbin Ermənistanda fəallaşmasına qarşı hərəkətə keçəcək. Deməli, Ermənistan Rusiya və Qərb arasında poliqona çevriləcək”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ