Cümə günü, 13 noyabr 2026
     

ABŞ Rusiya sanksiyalarını yumşaldır?..

Image


ABŞ Rusiyaya qarşı sanksiyaların bəzisini ləğv edib. Bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib. Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.

O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb. Əməliyyatlar "SEFE Securing Energy for Europe GmbH" ilə dekabrın 16-dək aparıla bilər. Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi. Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.

ABŞ-ın Rusiyaya qarşı nümayiş etdirdiyi bu addımlardan hansı nəticələri çıxramaq olar?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ -ın Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv etməsi böyük ölçüdə nəyəsə təsir etməyəcək: “Çünki həmin siyahıya baxdıqda görürük ki, söhbət əsasən ABŞ və Avropanın özünə lazım olan sahələrdən gedir. Başqa sözlə desək, kənd təsərrüfatı, energetika kimi sahələrlə bağlı sanksiyaların ləğvi birbaşa Qərbin maraqlarındadır. Tibb sahəsində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar sahəsində ləğv edilən sanksiyalar isə humanitar sahələri əhatə edir və tamamilə əminəm ki, bu məsələ ümumi sövdələşmənin tərkib hissəsidir və biz bu addımın arxasınca Rusiya tərəfindən də müəyyən addımların şahidi olacağıq. Düşünürəm ki, Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının daşınması üçün dəhlizin verilməsi və Rusiyanın bu məsələdə nəhayət ki, geri çəkilməsi də həmin sövdələşmənin tərkib hissəsidir. Sövdələşmənin niyə indi baş tutmasına gəlincə, deməliyəm ki, bunun bir sıra səbəbləri var. Birincisi odur ki, istər ABŞ, istərsə də Avropa əhalisi artıq münaişədən yorulub. Çünki müharibə hər nə qədər Rusiya və Ukrayna arasında getsə də bundan əziyyət çəkən həm də Qərbdir. Belə ki, sanksiyaların təsiri Rusiya üçün nə qədər ağır olsa da, istər ABŞ, istərsə də Avropa İttifaqı dövlətlərindən də yan keçmir. İqtisadi münasibətlərin pozulması, neft-qaz məhsullarındakı qiymət artımı, ərzaq çatışmazlığı səbəbindən qiymətlərin yüksəlməsi, taxıl böhranı və s. insanları sözün əsl mənasında yorub. Buraya Ukraynadan Avropaya üz tutan qaçqın axınını da əlavə etdikdə real mənzərəni daha yaxşı təsəvvür etmək mümkün olur. Belə halda əhali öz hökumətlərindən müharibənin tezliklə başa çatdırılması üçün konkret addımlar atmağı tələb edir. Düzdür, heç kim Rusiya işğalına göz yumulmasını və ya Ukraynanın tək buraxılmasını istəmir, amma bununla belə, müharibənin uzanmasını da istəmir”.

Politoloqun sözlərinə görə, əslində ayrı-ayrı dövlətlərin hökumətləri də artıq müharibənin dayanmasını arzu edirlər: “Çünki Ukraynanı davamlı şəkildə silahlandırmaq və maliyyə yardımı göstərmək onsuz da iqtisadi böhranla üz-üzə qalmış Avropa üçün olduqca çətin görünür. ABŞ və Avropada olan müttəfiqlərinin son bir həftə ərzində apardığı danışıqlara, atdıqları addımlara baxdıqda bunu daha yaxşı görmək mümkün olur. Qərbin son addımları onu göstərir ki, indi Rusiyaya təzyiq əsasən ABŞ və Avropanın maraqlarına toxunmayan sahələrlə bağlı edilir.  Bu prosesə ABŞ-da gözlənilən seçkilər də öz təsirini göstərir. Belə ki, noyabrın 8-də ABŞ Nümayəndələr Palatasına seçkilər keçiriləcək və Ukrayna cəbhəsində müsbət irəliləyişlərin olmaması Respublikaçılar Partiyasına bu kartdan Demokratlara və Baydenə qarşı istifadə etmək imkanı verə bilər. Odur ki, ABŞ Adminstrasiyası sentyabrda seçki kampaniyasına start verilən ərəfədə seçki yarışına əli güclü olaraq qatılması üçün Rusiyaya ciddi zərbə vurulmasını istəyir. Avropanın aparıcı dövlətləri olan Almaniya və Fransanın bu müharibədəki mövqeyi isə onsuz da birmənalı qiymətləndirilə bilməz. Qəbul olunmuş sanksiyalara tam olaraq riayət etməməsinə baxmayaraq, bu iki ölkədə baş verən qiymət artımları, əhalinin narazılığı və get-gedə artan gərginlik onları da konkret addımlar atmağa məcbur edir. Həm Almaniya, həm də Fransa başa düşür ki, qəbul olunmuş sanksiyalara baxmayaraq hələ də Rusiya ilə ticari münasibətləri saxlamaq gec-tez onların da başında çatlaya bilər. Belə ki, bir neçə gün əvvəl ABŞ sanksiyalara riayət etməyən ölkələrlə bağlı ciddi addımların atılacağının anonsunu verdi və sərt şəkildə xəbərdarlıq etdi. Odur ki, Fransa və Almaniya da müharibənin tez bir şəkildə başa çatdırılması üçün Ukraynaya real dəstək vermək məcburiyyətində olduqlarını anlayır.

Avropa ölkələri başa düşür ki, Ukrayna cəbhəsində məğlubiyyətlə üz-üzə qala biləcək Rusiya son anda əlində olan ən böyük təzyiq vasitəsindən istifadə edə bilər. Bu, təbii ki, qaz ixracının dayandırılmasıdır. Odur ki, indi ən vacib məsələ yeni alternativ imkanların əldə edilməsi məsələsidir. İki gün əvvəl Fransanın maliyyə naziri Bruno Le Maire də Rusiya tərəfindən qazın tamamilə dayandırıla biləcəyinin anonsunu verərək buna hazırlaşmağın vacib olduğunu dedi. Bruno Le Maire qeyd etdi ki, ilk növbədə evlərin və müəssisələrin enerji istehlakını azaltmaq, ardınca da xaricdən gətirilən mayeləşdirilmiş təbii qazı yenidən qazlaşdırmaq üçün üzən LNG terminalı layihəsi kimi yeni infrastrukturların tikintisinə dərhal başlamaq lazımdır.

Onu da deyim ki, bu təkcə Fransanın narahatlığı deyil, bütün Avropa İttifaqı ölkələrinin narahatlığıdır. Belə ki, Avropa İttifaqı ölkələri yüksək istilik və enerji tələbatını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmasını təmin etmək məqsədilə iyulun 26-na planlaşdırılan fövqəladə iclasda qış üçün fövqəladə vəziyyət planlarını müzakirə edəcəklər. Göründüyü kimi, böyük ölçüdə dəyişən heç nə yoxdur. Əksinə, son bir həftədir ki, Ukrayna əvvəlki dövrlə müqayisədə daha çox silah-sursatla təmin olunur və belə olan halda hansısa sanksiyaların ləğvi heç nəyi dəyişməyəcək”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ