Cümə günü, 13 noyabr 2026
     

Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanıldı

Image


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar özünü getdikcə daha qabarıq formada büruzə verməkdədir. Bu reallıqlardan biri Ermənistan-Türkiyə əlaqələri ilə bağlıdır.

Artıq bu iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində əməli addımlar atılır. Bəlli olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk telefon danışığı olub. Tərəflər ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, bu, regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Ermənistan baş naziri administrasiyasının məlumatına görə, bu kontekstdə liderlər iyulun 1-də iki ölkə xüsusi nümayəndələrinin görüşlərində razılaşdırılmış məsələlərin tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Ekspertlərə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan danışıqlarına da müsbət təsir edəcək. Erməni politoloq Areq Koçinyan bununla bağlı qeyd edir ki, Türkiyə ilə müntəzəm əlaqələr varsa, Azərbaycanla birbaşa danışmaq olar: “Bizim vəzifəmiz Türkiyə ilə birbaşa danışmaq olmalıdır. Bizim əvəzimizə Türkiyə ilə başqası danışsa, ucuz razılığa gələcək”. Erməni iqtisadçı Tadevos Avetisyan  isə bildirir ki, Ermənistanın dərinləşən sosial böhranı fonunda Türkiyədən iqtisadi asılılıq artır. Eyni fikri erməni iqtisadçı Haykaz Fanyan da bölüşür: “2022-ci ilin yanvarında türk mallarının idxalına qoyulan qadağanın götürülməsindən sonra ilk beş ayda Türkiyədən Ermənistana mal idxalı əhəmiyyətli dərəcədə artaraq, demək olar, 2020-ci ilin eyni dövrünün səviyyəsinə çatıb”. Bunlar fonunda “gazeteKars” onlayn nəşri məlumat yayıb ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb. Bildirilir ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkəti həyata keçirir. Qeyd edilir ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür. Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır. Bütün bunlar o deməkdir ki, tezliklə Türkiyə-Ermənistan sərhədinin açılmasını gözləmək olar.

Baş verənlər hazırda erməni revanşist qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ancaq “armenianreport” portalı yazır ki, müxalifət Ermənistandan çox öz maraqlarını güddüyündən narahatlıq keçirir: “ Müxaliflər qorxu içindədir. Elə bu səbəbdən “Erməni cəmiyyəti üçün şok”; “Nikol Türkiyə prezidentini Qurban bayramı münasibətilə şəxsən təbrik edir”, “Hakimiyyət Ankaranın göstərişlərini yerinə yetirir” deyə müxalifət mətbuatı qışqırır. Biz iqtisadçı deyilik ki, Ermənistan-Türkiyə sərhədinin açılmasının iqtisadi faydalarını tam qeyd edək. Baxmayaraq ki, çətin 90-cı illərin nəqliyyat və enerji blokadasının dəhşətini yaşamış hər bir Ermənistan vətəndaşı başa düşür ki, ölkə iqtisadiyyatı boğulur və ona təmiz “hava” lazımdır. Onu içinə çəkmək isə – kiminsə xoşuna gəlməsə də, bunu istəməsə də – ancaq Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması şərtilə mümkündür. Heç kim bizi türklərlə dost olmağa məcbur etmir. Amma iqtisadi cəhətdən biz sırf erməni maraqlarından çıxış edərək əməkdaşlıq etməliyik. Və belə olan halda, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına müsbət təsir edəcəyi ilə bağlı fikirləri ilə razılaşmamaq çətindir. Yəni burada heç bir illüziya yoxdur, sadəcə vəziyyətin obyektiv qavranılması var, blokada aradan qaldırılmadan biz iqtisadiyyatı canlandıra bilmərik. Mövcud hakimiyyəti milli maraqlara xəyanətdə günahlandıran radikal müxaliflər Paşinyanın indi etməyə çalışdıqlarını yaxın keçmişdə necə özlərinin etməyə çalışdıqlarını unudurlar. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın fəal iştirak etdiyi bədnam “Sürix protokolları” və “futbol diplomatiyası”nı heç kim yaddan çıxarmayıb. Bundan başqa, 2010-cu il yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi “Sürix protokolları”nı Ermənistan Konstitusiyasına uyğun hesab edib. Həmin vaxt  Ermənistanının məhkəmələrinin icra hakimiyyətindən tam asılılığını yada salsaq, Konstitusiya Məhkəməsinin bu qənaətinin arxasında Serj Azatoviçin özünün dayandığını təxmin etmək asandır. Yada salaq ki, o, iki ölkə yığmaları arasında keçirilən dünya çempionatının futbol matçında öpüşməkdən belə çəkinmədiyi Türkiyənin o vaxtkı prezidenti Abdulla Gülü İrəvana dəvət etmişdi. Bəli, münasibətlərin sonrakı normallaşması baş vermədi. Sarkisyan daha sonra hətta normallaşma prosesinin uğursuzluğundan təəssüfləndi, lakin bu, Sarkisyanın və onun tərəfdarlarının indiki hakimiyyəti tənqid etməsinə nədənsə mane olmur. Bu gün Ermənistan ağır vəziyyətdədir, dövlətimizin yaşaması məsələsi sual altındadır. Paşinyanı çox şeyə görə tənqid etmək olar və lazımdır, amma şübhəsiz ki, o, ölkəni xilas etməyin zəruriliyini başa düşür. Onu da bilir ki, indiki geosiyasi reallıqda Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan bunu etmək mümkün deyil”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ