Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan yükləri Ermənistan üzərindən Türkiyəyə daşınacaq?!

Image


Hələ 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu ölkənin müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Ancaq iki il sonra Türkiyə Ermənistanla sərhədini bağladı və buna səbəb Ermənistanın Azərbaycanın ərazilərini  işğal etməsi idi. Ardınca Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər də kəsildi.

Işğal müddətində İrəvan və Ankara arasında bəzi yaxınlaşma cəhdləri olsa da, Azərbaycanın sərt reaksiyası və qarşılıqlı istənilən güzəştlərə razılıq verilməməsi hər dəfə bu prosesi əngəllədi. Ermənistanın bu şəraitdə Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanması ölkə iqtisadiyyatı üçün böyük zərbə idi. 1990-cı illərdə prezident Levon Ter-Petrosyan ölkənin Türkiyə ilə münasibətlərdə realizm prinsiplərindən çıxış etməli olduğunu bildirirdi. O, qonşularla, ilk növbədə Türkiyə ilə əlaqələrin bərpa olunması tərəfdarı kimi çıxış edir və Türkiyəni Ermənistanın Qərbə açılan yolu hesab edirdi. Hələ 1992-ci ildə Ter-Petrosyan İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının görüşünə qatılmışdı. 1995-96-cı illərdə Ter-Petrosyanın Türkiyə Prezidenti Süleyman Dəmirəllə Kopenhagen, Nyu-York və Moskvada görüşləri baş tutdu. Bu görüşlərdə Türkiyənin rəsmi mövqeyi ondan ibarət idi ki, Qarabağ məsələsi həll edildikdən sonra Türkiyə-Ermənistan sərhədi açıla bilər. O dövrdə məsələnin həlli ətrafında müzakirə Ermənistan qoşunlarının işğal edilmiş ətraf ərazilərdən çıxarılmasını, Azərbaycanın isə Dağlıq Qarabağa muxtariyyət statusu verməsini ehtiva edirdi. Ermənistan bunlarla razılaşmadı.  Beləliklə, 27 il ərzində masa arxasında əldə edilə bilməyən razılıq Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbə və regionda yaratdığı yeni reallıqlar nəticəsində mümkün olub. Elə bundan sonra sərhədlərin açılması üçün Türkiyə və Ermənistan dilomatik nümayəndələr təyin etdilər. Azərbaycan da ən yüksək səviyyədə bu prosesə öz razılığını verdi. Beləliklə, müharibə sonrası Qarabağ məsələsinin Azərbaycan tərəfini qane edən nəticəsi və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması Türkiyə-Ermənistan münasibətlərində bir əngəlin aradan qalxmasına və iki ölkənin öz münasibətlərini Qarabağ məsələsi olmadan düzəltməsinə imkan verir.

Qeyd edək ki, parlamentin sədr müavini Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir. Nümayəndələr arasında artıq dörd dəfə, yəni bu ilin yanvarın 14-də Moskvada, fevralın 24-də, mayın 3-də və iyulun 1-də Vyanada görüş olub. Qeyd edək ki, Vyanada baş tutan dördüncü görüş nəticəsində iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımlar da müzakirə edilib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı konsensus əldə olunub. Sonuncu görüş çərçivəsində tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar verilib. Həmçinin nümayəndələr arasında Türkiyə və Ermənistanın havadan yük daşınmalarının mümkün qədər tez başlaması barədə razılıq əldə olunub. Bunun ardınca Nikol Paşinyan Ermənistandan Türkiyəyə və geriyə yüklərin daşınması məsələsini tezliklə həll etməyi öz hökumətinə tapşırıb. Baş nazir Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların tezliklə həyata keçirilməsini istəyir. Paşinyan qeyd edib ki, idarələr bütün məsələləri Türkiyə tərəfi ilə birgə işləməlidir. Sazişlərin praktikada həyata keçirilməsi də bundan asılıdır. Gürcü ekspert Amiran Xevsuriani bütün bunları təsadüf hesab etmir: “Belə bir addım Ermənistanın xarici siyasətinə daha çox çeviklik gətirə bilər. Xüsusilə də ölkənin Moskvadan birtərəfli asılılığından xilas olmasına şərait yaratmaqla. Bu baxımdan hesab edirəm ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Erməni xalqı reallıqları dərk etməlidir. Nikol Paşinyan hökuməti də anlayır ki, Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması Rusiyanın Ermənistan üzərində təsirinin azalmasına səbəb olacaq. Ermənistan Türkiyənin şərtlərini qəbul edib münasibətlərin normallaşmasına getməlidir. Yəni Ermənistan konstitusiyasının 8-ci maddəsində Türkiyəyə qarşı ərazi iddiaları qarşıdan gələn referendumda aradan qaldırılmalıdır. Bundan başqa, Ermənistan qondarma “erməni soyqırımı”nın tanınması siyasətindən imtina etməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır”. Yuxarıda qeyd edildiyi kimji son Vyana görüşündə Türkiyə ilə Ermənistan arasında 3-cü ölkə vətəndaşları və yüklər üçün sərhədlərin açılması barədə razılıq əldə edilib. Erməni ekspertlər “3-cü ölkə” deyərkən Azərbaycanın nəzərdə tutulduğunu bildiriblər. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan və Ermənistan baş naziri Paşinyan arasında məlum telefon danışığından sonra aktuallaşan bu iddiaları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “fərziyyə janrı” adlandırmaqla kifayətlənib. Amma reallıq belədir ki, Zəngəzur dəhlizinin işə düşməsi fonunda Azərbaycan bu dəhliz vasitəsilə, eləcə də birbaşa Türkiyə-Ermənistan sərhədindən istifadə etməklə Türkiyə ilə quru əlaqəsi yarada biləcək. Türkiyə-Ermənistan arasında əldə edilən razılıq da buna imkan verir. Ermənistanın “Qraparak” nəşri də yazır ki, Bakı bu məsələdə məqsədinə çatacaq, çünki regionda yeni reallıqalr var: “27 sentyabr 2020-ci il tarixindən bir neçə gün əvvəl Qarabağ və Ermənistanın belə faciəvi, ağlasığmaz vəziyyətə düşə biləcəyini təsəvvür etmək çətin idi. İndi Qarabağın tam şəkildə Azərbaycanın tərkibində olması tükdən asılıdır, Ermənistan Azərbaycana qarşı müharibədə Qarabağı itirib, ölkə 4000-dən artıq canlı itki verib, 10000-dən çox insan itkin düşüb və ya yaralanıb, yaxud da diversant kimi Bakıda saxlanılır. Bunlardan başqa, psixoloji vəziyyətə, yəni Azərbaycanın qarşısında alçalmış və məğlub olmuş vəziyyətinə sahibik və erməni bütün dünyada utandığından başını aşağı sallayaraq gəzəcək. Biz Azərbaycanın istədiyi formada ayaqlarını silə bildiyi əski parçasına bənzəyirik. Bakı və Ankaranın şərtləri bu səbəbdən tədricən qəbul edilir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ