Cümə günü, 13 noyabr 2026
     

Bəzi beynəlxalq hüquq müdafiə hesabatları və Azərbaycana uyğunsuz rəylərin kökü...

Image


Azərbaycan xalqı öz müstəqilliyini ağır yollarla və böyük çətinliklərlə əldə edib. İlk müstəqil dövlətimiz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan olunub. Müsəlman şərqində ilk demokratik parlamentli respublika olan AXC-nin böyük xidmətlərindən biri də qadınlara kişilərlə bərabər seçmək və seçilmək hüququ verməklə insan hüquqlarının təməl prinsipi olan hüquq bərabərliyini təmin etməsi oldu.

O vaxt Azərbaycan qadınlara seçmək və seçilmək hüququnu Avropa ölkələrindən və ABŞ-dan əvvəl verib. Dünya miqyasında bu hüquq bərabərliyi prinsipi BMT-nin 1948-ci ildə, yəni 30 il sonra qəbul etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsində öz əksini tapdı. Ancaq bir sıra səbəblərdən o vaxt qurulan dövlər 23 ay mövcud oldu. Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi.

  • “Bu istiqamətdə Heydər Əliyev mühüm qərarlar qəbul edib”

İkinci dəfə müstəqilliyimiz 1991-ci ildə Konstitusiya Aktı ilə bəyan edildi. O vaxt ölkədə xaos hökm sürürdü. Hakimiyyətdə olanların səriştəsizliyi üzündən ərazilərimiz işğal olundu. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra vəziyyət stabilləşməyə doğru getdi. Heydər Əliyevin diqqət mərkəzində olan prioritet məsələlərdən biri də insan hüquqları olub. Heydər Əliyevin hakimiyyəti dövründə insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması istiqamətində bir sıra böyük işlər görülüb. Bu istiqamətdə Heydər Əliyev mühüm qərarlar qəbul edib. Onlardan biri ölüm hökmünün ləğv edilməsi idi ki, 1993-cü ildə bu cəza növünə qadağa qoyuldu və ömürlük məhkumluq cəzası ilə əvəz edildi. 1998-ci ildə isə artıq Heydər Əliyevin tövsiyəsi ilə Milli Məclis bu haqda qanun qəbul etdi. Bununla yanaşı, 1998-ci ildə ölkədə senzura aradan qaldırıldı. Mətbuat azadlığı təmin edildi. Güclü siyasətçi, dövlət xadimi və diplomat olan Heydər Əliyev özünün bir qərarı ilə ölkəmizin taleyüklü məsələsini həll etməklə yanaşı, dünya miqyasında Azərbaycanın nüfuzunu dünyada qaldırdı.

  • “Ölkəmizdə insan hüquqlarının gerçək vəziyyəti ilə bağlı reallığa uyğun olmayan hesabatlar verirlər...”

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, inkişaf etdirilməsi ilə bağlı görülən bir sıra işlərə rəğmən, bəzi insan hüquqları təşkilatları Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Azərbaycanda insan hüquqlarının gerçək vəziyyəti ilə bağlı reallığa uyğun olmayan hesabatlar verirlər. Bütün vasitələrlə beynəlxalq müstəvidə Azərbaycanı gözdən salmağa çalışırlar. Ölkəmiz barəsində mənfi rəy yaratmağa səy göstərirlər. Zaman-zaman “Freedom House”, “Amnesty İnternational”, “Sərhədsiz Repartiyorlar” təşkilatlarının Azərbaycana qarşı qaralama kampaniyalar aparması hamıya bəllidir. Bu təşkilatlar yeri gəldi-gəlmədi Azərbaycanı tənqid ediblər. Baxmayaraq ki, bir sıra tənqidlərin əsası olmayıb. Ancaq buna baxmayaraq, istənilən məsələdə siyasi motiv axtaran bu təşkilatlar hər vasitə ilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Sanki ötən illər ərzində ölkədə insan hüquq və azadlıqlarının inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində heç bir iş görülməyib. Belə təəssürat yaratmağa çalışırlar ki, guya Azərbaycan bu sahədə ən geridə qalmış ölkələr sırasındadır.

Maraqlıdır, insan haqları ilə bağlı bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının Azərbaycanda insan hüquq və azadlıqlarının gerçək vəziyəti ilə bağlı bir sıra hallarda reallığa uyğun olmayan hesabatlarla çıxış etməsinin səbəbləri nə ilə bağlıdır?  

  • “Azərbaycanın müstəqil siyasət yeritməsi müəyyən dairələrin xoşuna gəlmir”

Məsələyə münasibət bildirən media eksperti, Demokrat Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin fikrincə, Azərbaycanla bağlı reallığa uyğun olmayan hesabatların verilməsinin bir sıra səbəbləri var: “Bunun başlıca səbəbi onunla bağlıdır ki, insan haqları ilə bağlı təşkilatlar siyasiləşiblər. Əfsuslar olsun ki, bu, belədir. Ona görə də, həmin təşkilatlarda gerçək fəaliyyət, reallığı dəyərləndirmək yoxdur. Çox yaxşı olardı ki, həmin təşkilatlar gerçək monitorinqlər keçirsinlər. Belə olsaydı, o zaman bir sıra məsələlərlə bağlı tutarlı, obyektiv analizlər hazırlanardı. Bu isə öz növbəsində obyektiv rəyin formalaşmasına şərait yaradardı. Ancaq təəssüflər olsun ki, illərdir bir sıra beynəlxalq təşkilatlar ədalətli, obyektiv mövqedən çıxış etmir. Öz konyunktur maraqlarına uyğun bu işləri həyata keçirirlər. Bəzən elə olur ki, insan hüquqları sahəsində Azərbaycanda qeyda alınan müsbət inkişaf meyillərini bilərəkdən nəzərə almaq istəmirlər. Məqsəd odur ki, Azərbaycan barəsində mənfi rəy yaratsınlar. Bu amil də var. Elə olur ki, Azərbaycanın adı bilərəkdən ən geridə qalmış ölkələrlə bir siyahıya salınır. Halbuki, bunun düzgün olmadığını hamı bilir. Bunun başqa bir səbəbi onunla bağlıdır ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar müəyyən mərkəzlərə bağlıdır. Həmin mərkəzlərdən verilən sifarişlər də bunda müəyyən rol oynayır. Yəni, ölkəmizlə bağlı hazırlanan qərəzli hesabatların bir səbəbi də bununla bağlıdır. Buna səbəb odur ki, Azərbaycan müstəqil siyasət yeridir. Bu da müəyyən dairələrin xoşuna gəlmir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ