Cümə günü, 13 noyabr 2026
     

Rusiya Avropanın qazını kəsməyə başladı - Qərbdə gözlər yenidən Azərbaycana dikildi

Image


Rusiya və Avropa arasında enerji müstəvisində yaşanan ziddiyyətlərin miqyası genişlənir. Belə görünür ki, bu qış Avropa təbii qaz sarıdan daha ciddi problem yaşamalı olacaq. Təbii ki, əsas səbəb yenə Ukraynada gedən müharibədir.

Qərbin Ukraynaya köməyinə, tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiya Avropaya qarşı qaz təzyiqlərinni genişləndirir. Artlq iyulun 11-dən etibarən Rusiya Avropaya qaz tədarükünü tarixi minimuma endirib. Belə ki, “Qazprom” əsas marşrutu – Baltik dənizinin dibi ilə Almaniyaya gedən “Şimal axını” boru kəmərini bağlayıb. Səbəb 10 günlük profilaktikadır, lakin Avropa bunun həmişəlik olacağından qorxur və ən pisinə hazırlaşır. Almaniya artıq isti suya və işığa qənaət edir. Ümumiyyətlə,  indi bütün Avropa fövqəladə tədbirlər elan etməyə hazırlaşır, özü də  ayrı-ayrı ölkələr səviyyəsində deyil, birlikdə. Avropa Enerji komissarı Kadri Simson məsələ ilə bağlı bildirib:  "Vəziyyət çox ciddidir və böhran daha da güclənə bilər. Ola bilsin ki, Rusiya qaz tədarükünü azaltmağa davam edəcək". Ekspertlər xatlrladır ki, üç il əvvəl “Qazprom” Avropaya sutkada 500 milyon kubmetrə qədər qaz verirdi. Bu ilin may ayında bu rəqəm 250 milyon kubmetrə, iyulun əvvəlində isə 140 milyona enib və bu rəqəm azalmaqda davam edir. İyulun 21-nə kimi Avropaya cəmi 75 milyon kubmetr rus qazı vəd edilib. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu fonda  Avropa Parlamentinə xəbərdarlıq edib: "Qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın onu tamamilə bağlamasına hazırlaşmalıyıq". Vəziyyətdən indiki halda çıxış yolu kimi Avropa mövcud ehtiyatların bölüşdürülməsində həmrəylik nümayiş etdirəcəyini bildirib. Bu, böhran qarşısında hamının bərabər olması, varlı ölkələrin kasıblara kömək etməsi üçündür. İkincisi, tələbin azalması həmrəyliyidir: hamı üçün kifayət qədər qaz yoxdursa, nəyə qənaət etmək və ilk olaraq kimin qaz tədarükünün söndürülməsinə razılaşmaq ön plandadır. Çünki Kremlin qaz təqzyiqi artır. Ümumiyyətlə, Rusiya artıq bir ildir ki, Avropaya doğru qaz klapanını tədricən qapadır. Ötən qışda tədarükün azalması Avropada qıtlığa və qiymətlərdə rekord sıçrayışa səbəb oldu - əvvəlcə qaz, sonra isə hər şey üçün. Bu, Ukraynaya hücumdan əvvəl idi.

İşğalın başlaması ilə Kreml Avropa İttifaqına qarşı enerji müharibəsinin əsas silahı kimi qazı seçdi. Kreml görür ki, Avropa hələlik Rusiya qazından tamamilə imtina edə bilmir, çünki son illərdə iqlim dəyişikliyi ilə mübarizə üçün “çirkli” kömürü və Almaniyada populyar olmayan nüvə enerjisini daha təmiz yanacaqla əvəzləmək ümidi ilə qaz alışını artırıb. Obrazlı deyilsə, Kremlin Avropa İttifaqının “boynuna taxdığı qaz ilgəyi” Avropa qaz bazarının çökməsinə səbəb olub, burada qiymətlər ötən ilin əvvəlindən səkkiz dəfəyə qədər bahalaşıb. Rusiya boru kəməri qazına yeganə real alternativ dəniz yolu ilə tankerlərlə daşınan mayeləşdirilmiş təbii qazdır. Əsas təchizatçılar ABŞ və Qətərdir, lakin tədarük məhduddur. “Bloomberg Intelligence” hesab edir ki, Avropa 2026-cı ilə qədər onun idxalını iki dəfə artıra və ehtiyaclarının 40%-ni ödəyə bilər, lakin bu da hələ kifayət etməyəcək: “Rusiya qazının mayeləşdirilmiş qazla əvəzlənməsi potensialı, demək olar ki, tükənib”. “Bruegel” tədqiqat mərkəzinin analitikləri də eyni fikirdədir: “Yalnız qaz istehlakının azalması Avropa İttifaqına  Rusiyadan tədarükün daha da azalmasının öhdəsindən gəlməyə imkan verəcək”. Onlar hesab edirlər ki, yaxın 10 ayda istehlak 2019-2021-ci illərin orta göstəricisi ilə müqayisədə 15% azalsa, o zaman Avropa “Qazprom”suz da keçinə bilər. Eyni zamanda, bəzi ölkələr (əsasən qərb və cənubda) ümumiyyətlə qənaət etməli olmayacaq, digərləri isə (əsasən şərq və şimalda) qaza tələbatın 50%-ə qədərini hansısa yolla azaltmalı olacaqlar. “Bruegel” ekspertləri yazır ki, bu balanssızlıq problemə ümumavropa yanaşmasını tələb edir. Digər tərəfdən, kənar mənbələrdən qaz idxalı üçün də Avropa aktiv fəaliyyətə keçib. Bu xüsusda Azərbaycanın imkanları Avropada daha çox diqqət mərkəzində yer alır. Elə bu günlərdə Yunanıstanın Komotini bölgəsində Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun  açılış mərasimi baş tutub. Bu layihənin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, “Cənub Qaz Dəhlizi”nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun  açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir. Azərbaycan Bolqarıstan, Yunanıstan da daxil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Bir ildən artıq müddətdə Avropaya 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub. Bunun 1,4 milyard kubmetri Yunanıstanın, 440 milyon kubmetri isə Bolqarıstanın payına düşüb. Bolqarıstana ilk 6 ayda 160 milyon kubmetr olan qaz ixracının ilin sonuna 600 milyon kubmetrə çatacağı planlaşdırılır. İyulun 1-dən Bolqarıstana tam həcmdə, gündəlik 2,6 milyon kubmetr qaz ixrac edilir ki, bu da gündəlik tədarükdə 1,7 milyon kubmetr artım deməkdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun  qarşıdakı illərdə “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi istiqamətində yeni layihələrin müjdəsi olduğu da məlumdur. Buna paralel olaraq Azvropa indi Azərbaycandan və ölkəmiz üzərindən daha çox qaz nəqli istiqamətində də fəal danışıqlar aparır.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ