Cümə günü, 13 noyabr 2026
     

Xankəndi erməniləri ödənişlərini manatla edəcəkər…

Image


Yaxın tezlikdə Laçını tərk edəcək ermənilərin hansı ərazilərə köçürüləcəyi xüsusi müzakirə predmetinə çevrilib. Ermənistanın istəyi həmin şəxslərin Qarabağ ərazisinə köçrülməsidir. Lakin reallıq tamam fərqli mənzərəni üzə çıxarır.

Elə erməni mediasının da yazdıqlarından belə bəlli olur ki, Laçında qalan ermənilərin Qarabağa yox, Ermənistana köçürülmə ehtimalı daha yüksəkdir. Əvvəla o baxımdan ki, Qarabağda köç edəcək ermənilərin yerləşməsinə şərait yoxdur. Bunu Ermənistanın “İravunk” qəzeti də xüsusi olaraq vurğulayır. Qeyd edilir ki, Laçın şəhəri, Sus  və Zabux kəndlərində işğal dövründə qanunsuz məskunlaşmış ermənilər hara köçəcəklərini hələ dəqiq bilmir. Qəzetin yazdığına görə, hazırda Laçın və digər yaşayış məntəqələrinin sakinlərinin təxliyyəsi üzrə iş aparılmır. Bu barədə danışan Xankəndidəki separatçı-terrorçu rejimin “ombudsman”ı Geqam Stepanyan bildirib ki, Zabuxun boşaldılması faktı meydana çıxarsa, mümkün variant kimi oradakı ermənilərin Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər.  Onun sözlərinə görə, Laçındakı ermənilərə Ermənistanda mənzillər ayrılması da mümkündür. “İravunk” qəzeti Şuşa rayonunun adıçəkilən kəndlərində ermənilərin yerləşdirilməsi üçün şərait və evlərin olub-olmaması ilə maraqlanıb. Böyük Qaladərəsi kəndinin “başçısı”  David Davtyan bildirib ki, müharibədən əvvəl kənddə 114 sakin olduğu halda, hazırda 75 sakin var: “İtkilərin öhdəsindən gələ bilməyən çoxları müharibədən sonra geri qayıtmadı”. Zabuxdan köçəcək neçə hay ailəsini qəbul edə bilmələri  barədə sualı isə Davtyan belə cavablandırıb: “Hazırkı durumda bizim kənddə köçkünlərin yaşamaları üçün imkan yoxdur. Köhnə qeyri-yaşayış binaları var, amma çox bərbad vəziyyətdədir, sadəcə, gəlib orada yaşamaq işləməyəcəklər. Onları təmir etmək və ya yenilərini tikmək lazımdır. Hazırda ailənin normal yaşayış şəraitinə uyğun ev yoxdur”. Kiçik Qaladərəsi kəndindəki erməni icmasının “rəhbəri” Samvel Sarkisyan isə erməni müxbirin suallarına cavab olaraq bunları deyib: “Müharibədən əvvəl kənddə 187 nəfər  yaşayırdı, indi onlardan yalnız 80 nəfəri qalıb, 26 ailə var. Kənd sakinlərinin qayıdışına və kənddə normal həyatın bərpasına əsas maneə Azərbaycan silahlı qüvvələrinin kəndlə üzbəüz yüksəklikdə olmasıdır. Bu Azərbaycan postu kəndin mülki əhalisinin həyatı, fiziki və mənəvi bütövlüyü üçün birbaşa və danılmaz təhlükədir. Azərbaycan silahlı qüvvələrinin bu ərazilərdə olması təhlükəsizlik baxımından maneələr yaradır və kənd təsərrüfatı işlərinin aparılması, xüsusilə biçənəklərin təşkili, otlaqlardan istifadə və arı pətəklərinin saxlanılması baxımından birbaşa təhlükə yaradır. Boş mənzillər də yaşayış üçün münasib deyil”.

Bütün bunlar fonunda Laçını tərk edən ermənilərin Qarabağa yox, Ermənistana köç edəcəyi gözlənilir. Ermənistanın “Qraparak” nəşri də yazır ki, Laçını tərk edəcək ermənilər özləri məhz Ermənistana köçməyə meyllidirlər. “Qarabağ “parlamentinin” “Ardarutyun” fraksiyasının üzvü Metakse Hakopyan bildirib: "10 noyabr bəyanatına görə, üç il ərzində Laçın dəhlizindən keçən alternativ yolun planı tərəflərlə razılaşdırılmalı idi. Hazırda bizə Laçın dəhlizi boyunca yerləşən və eni 5 km-dən artıq olan yol təqdim olunur, bu səbəbdən Laçın, Zabux və Sus icmalarının əhalisinin boşaldılması məsələsi yaranıb. Ermənistan baş naziri deyir ki, bu marşrutun seçilməsində Qarabağ “səlahiyyətliləri” iştirak edib və biz onların seçimlərini rəhbər tutmuşuq. Həm Azərbaycandan, həm də Rusiyadan marşrutla bağlı bir neçə təklif olub. İndi yol çəkilib. Laçını ermənilər tezliklə tərk edəcək. Amma onların ümumiyyətlə Qarabağda qala biləcəklərinə gümanları olmadığından, Ermənistana köç etmək istəyirlər”. Erməni millət vəkili Tiqran Abramyan isə bildirir ki, Laçından sonra Xankəndi də Azərbaycanın tərkibinə keçəcək: “Ermənistan hökuməti bütün Qarabağı, Xankəndi də daxil olmaqla, Azərbaycanın tərkibində görür və bu faktı artıq heç cür dəyişə bilmərik. Ermənistan rəhbərliyi  bütün Qarabağı Azərbaycanın tərkibində sayır və bununla bağlı artıq heç nə etmək olmaz”. Ermənistanın Milli Demokratik Qütb siyasi təşkilatının şura üzvü Qaregin Çuqaszyan da qeyd edir ki, Qarabağın tam formada Azərbaycanın nəzarətinə keçməsinə bir şey qalmayıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin nümayəndələri Laçının verilməsindən sonra Ermənistanla Qarabağı birləşdirən infrastrukturlardan danışmırlar: “Yeni yolla qaz necə tədarük olunacaq? Bu o deməkdir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olub Azərbaycan manatı ilə satınalmalar həyata keçirəcək. Bütün bunları necə təsəvvür edirsiniz? Qarabağ əhalisini ya ərazini tərk etməyə, ya da özünü Azərbaycan vətəndaşı elan etməyə məcbur edəcəklər”. Erməni politoloq Jirayr Əzizyan da hadisələrin bu səpkidə inkişafını istisna etmir. Onun sözlərinə görə, əslində başa düşmək lazımdır ki, bu hər hansı yeni sazişlər nəticəsində baş vermir, sadəcə olaraq üçtərəfli bəyanatın müddəalarından irəli gəlir: “Üçtərəfli bəyanatın altıncı bəndində yazılıb ki, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Məqsəd adıçəkilən yaşayış məntəqələrindən yan keçməkdir. Biz bilirik ki, sənədlərdə, həmçinin, Laçın rayonunun Azərbaycan tərəfinə keçdiyi göstərilir. Bundan sonra Xankəndinin taleyinə aydınlıq gətiriləcək və o, yəqin ki, Azərbaycanın tərkibində qalacaq”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ