Cümə günü, 13 noyabr 2026
     

Ermənistan Qərb və Rusiya arasında əzilir...

Image


Qərb və Rusiya arasında Ermənistana nəzarət uğrunda rəqabətin son dövrlərdə daha da şiddətlənməsi müşahidə edilir. İrəvan isə bu mübarizədə heç bir rola malik deyil. Elə bu səbəbdən Ermənistanın Qərb-Rusiya toqquşmasının yeni məkanına çevrilmə ehtimalı artır.

Qeyd edilənlərin növbəti təsdiqi Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı cərəyan edənlər fonunda özünü qabarıq büruzə verdi. Bu günlərdə Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ölkəsi Ermənistanda diplomatik korpus açır: “Bu, ölkələrimiz arasında əlaqələri gücləndirəcək və Kanadadan Ermənistana demokratiya dəstəyini artıracaq”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məsələ ilə bağlı bildirib: “Biz Kanadanın Ermənistanda daimi səfirlik açmaq qərarını alqışlayırıq. Bu, ümumi dəyərlərə əsaslanan ikitərəfli əməkdaşlığımızı daha da gücləndirəcək Ermənistan-Kanada münasibətlərinin mütərəqqi inkişafında növbəti mərhələdir”. Qeyd edək ki, bu, Kanadanın Cənubi Qafqazda ilk rezident səfirliyidir. Amma səfirliyin açıllması ilə bağlı proseslər və verilən açıqlamalar Rusiyanın narazılığına yol açıb. Belə ki, Rusiyanın Ermənistandakı səfirliyi Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı açıqlamaya sərt münasibət bildirib. Bu xüsusda verilən açıqlama Rusiya səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib və orada deyilir: “Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı mətbuatda gedən xəbərə diqqət yetirdik. Hər şey yaxşı olardı, amma təəccüblüdür ki, bu addım, mediaya görə, Kanada Xarici İşlər Nazirliyi tərəfindən vicdanla, o cümlədən “Rusiya təsirinə qarşı mübarizə” kontekstində təqdim edilib. Dövlətə qarşı bu cür açıq-aydın təkəbbürlü və nifrətli münasibət təəccüb doğurur. İstər-istəməz fikirləşirsən ki, belə bir xətt erməni xalqının rifahına, təhlükəsizliyinə necə təsir edəcək. Bu süjet özünü “qızıl milyardlar” sırasına daxil edən həmin dövlətlərin hakim dairələrinin dünyanın qalan hissəsini qavramasının göstəricisidir. Müasir dünyada baş verən bir çox faciəli hadisələrin kökündə başqa ölkələrə və xalqlara qarşı bu təkəbbürlü münasibət dayanır”.

Beləliklə, Kanadanın Ermənistanda səfirliyinin açılmasının əsas məqsədlərindən biri burada Rusiya təsirinə qarşı mübarizədir. ABŞ-ın, Avropanın diqqəti fonunda erməni cəmiyyəti daha çox Qərbə inteqrasiyadan bəhs edir. Hətta İrəvanda keçirilən bir sıra aksiyalarda Rusiya əleyhinə çıxışlar edilir və şüarlar səslənir. Xatırladılır ki, Ermənistanın indiki baş naziri Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl parlamentdə müxalif deputat kimi dəfələrlə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edib, İrəvanın bu qurumlardan çıxmasının parlamentdə müzakirə olunması təklifini irəli sürüb. Ermənistan cəmiyyəti Rusiyadan çox Qərbə üstünlük verir. 44 günlük müharibədən sonra Nikol Paşinyanın partiyasının yenidən üstünlük qazanması onu da göstərdi ki, Qarabağ Ermənistan cəmiyyətinə lazım deyil. Deməli, Rusiyanın Qarabağ kartı ilə Ermənistana təsir imkanları azalıb. Bu şəraitdə Kreml Rusiyayönlü qüvvələrdən faydalanmağa çalışır. Rusiyayönümlü qüvvələrin Avropa İttifaqının Ermənistandakı ofisi qarşısında etiraz aksiyası keçirməsini Ermənistan cəmiyyəti Kremlin sifarişi hesab edir. Ermənilər bunu onunla izah edirlər ki, əks halda Serj Sarkisyanın Respublikaçılar Partiyası, Robert Köçəryana bağlı qüvvələr ön sıralarda olmazdı. Qeyd edək ki, Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının tərəfdarları yenidən Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin fəaliyyətini tənqid ediblər. Müxalifət nümayəndələri Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinin Paşinyan hakimiyyətinin antidemokratik hərəkətlərini ört-basdır etdiyini bəyan edib, Avropa İttifaqının Ermənistandakı ofisi yaxınlığında keçirilən etiraz aksiyası zamanı qurumun fəaliyyətini sərt şəkildə tənqid ediblər. Nümayişçilər İrəvandakı etirazlar zamanı həbs olunan fəalların fotoşəkilləri, həmçinin Viktorinin Ali Məhkəmə Şurasının keçmiş rəhbəri Qaqik Cahangiryanla birgə olan fotosunun əks olunduğu plakatla Avropa İttifaqının ofis binasına gəlib, “Ayıb olsun!” şüarları səsləndiriblər. Erməni deputat Qeqam Manukyan bildirib: “Avropa İttifaqı Ermənistandakı bütün qanunsuz hərəkətlərə və siyasi təqiblərə göz yumur, Viktorinin susması sayəsində bu bina biabırçılıqların tüğyan etdiyi məkana çevrilib. Nümayəndə heyətinin rəhbərliyi təcili dəyişdirilməlidir ki, struktura münasibətdə dəyişikliklər olsun”. Ermənistandakı rusiyapərəst qüvvələr Avropa İttifaqı səfirinə ona görə üz tutublar ki, o, indiki hakimiyyətlə əməkdaşlıq edir və məhz ona görə Andrea Viktorini onlara “xidmət etməkdə” ittiham olunur. Rusiyayönlü qüvvələr qorxu içindədirlər ki, Ermənistan Rusiyanın təsir orbitindən çıxa bilər. Cəmiyyətdə böyük əksəriyyət də bunu istəyir. Beləliklə, Qərblə Rusiya arasında qalan bir ölkə kimi Ermənistan müəmmalı durumdadır və belə görünür, onlar arasında çəkişmə məkanı olaraq əzilməkdə davam edəcək.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşdü

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ