Cümə günü, 13 noyabr 2026
     

ABŞ Azərbaycanla birgə yeni enerji siyasətinə başladı

Image


ABŞ başda olmaqla, Qərb ölkələri Azərbaycanla əməkdaşlığın dərinləşməsinə bu gün xüsusi önəm verir. Xüsusən də o fonda ki, Azərbaycan Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında həlledici rol oynamağa başlayır. Bu proses ABŞ tərəfindən də dəstəklənir.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu ayın əvvəllərində bu və digər xüsusda Amerika rəsmiləri ilə geniş müzakirələr aparıb. O, Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla da görüşüb. Ağ Evin açıqladığı bəyanatda bildirilir ki, tərəflər ikitərəfli əlaqələri daha da dərinləşdirməyə hazır olduqlarını bəyan edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza “Amerikanın Səsi”nə müsahibəsində məsələ ilə bağlı qeyd edir: “Mən bunun çox mühüm olduğunu, dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışıqları və əlbəttə ki, Blinkenin xarici işlər naziri Bayramovla qarşılıqlı əlaqələrinə əlavə olaraq hazırda milli təhlükəsizlik müşavirləri arasında görüşün keçirilməsini olduqca əhəmiyyətli hesab edirəm. Ona görə ki, milli təhlükəsizlik müşavirləri görüşürsə, bu, münasibətlərin artıq dərinləşməsi deməkdir. Çünki bilirsiniz ki, diplomatiya formal şəkildə Xarici İşlər nazirlikləri və xarici işlər nazirləri arasında aparılır, lakin indi milli təhlükəsizlik müşavirlərinin görüşməsi ilə bu, hər iki tərəfin daha strateji bir istiqamətdə razılaşdığını və yəqin ki, hər iki prezident üçün maraqlı olan bəzi konkret təşəbbüslərin nəzərdə tutulduğunu göstərir. Məlumdur ki, prezident Bayden Avropa İttifaqına və ya ABŞ-ın avropalı müttəfiqlərinə 15 milyard kubmetr təbii qazın alınmasına kömək etmək vədi verib. Enerji Avropa üçün əsasən təbii qaz deməkdir. Bayden administrasiyası onun bütün avropalı müttəfiqlərinin Azərbaycanın qapılarını döydüyünü və mümkün olan qazı almaq istədiyini bilir. Onu da deyim ki, hazırda Azərbaycan Avropaya öz ehtiyatlarından əlavə qaz göndərə bilər. Bəs bu qaz haradadır? Mənim qeyd etmək istədiyim digər mühüm məqam da budur: Bu qaz Xəzərin o tayında - Türkmənistandadır. Belə ki, Türkmənistan dünyanın ikinci ən böyük təbii qaz ehtiyatlarına malikdir. Türkmənistan öz qazını Avropaya çatdırmaq istəyir. Problem ondadır ki, Rusiya və İran “Transxəzər” qaz kəmərinə qarşıdır. Buna görə də son vaxtlar Türkmənistanın İranın şimal-şərqinə qaz tədarükü ilə bağlı kifayət qədər intensiv diplomatiya aparılır. İran daha sonra həmin qazın kiçik bir hissəsini ödənişli olaraq götürəcək və daha sonra ekvivalent həcmdə təbii qaz İrandan, İranın qərbindən ayrıca boru kəməri sistemi ilə Azərbaycana, Azərbaycandan Türkiyəyə və oradan da Avropaya ixrac ediləcək. Bu, diplomatiyanın özü kimi mürəkkəbdir.

Bayden administrasiyasının İran vasitəsilə bu cür qaz mübadiləsini dəstəkləyəcəyi və ya qəbul edib-etməyəcəyi ilə bağlı şübhələr və ya suallar var idi. Mənim fikrimcə, Bayden administrasiyası bu cür mübadilələrə razı olacaq və Türkmənistan qazının Azərbaycandan hələlik az həcmdə, 2027-ci ildən sonra isə bəlkə də daha çox həcmdə qaz olmaqla Azərbaycan vasitəsilə Avropaya çatdırılmasını istəyir. Beləliklə, yenə də bütün bu diplomatiya və maliyyə əməliyyatlarının təşkili mürəkkəbdir. Buna görə də mən əminəm ki, təsvir etdiyim hər şey bəlkə də çox təfərrüatlı deyil, amma fikrimcə, strateji mənada gündəmdə olub. İkinci də, qısaca olaraq qeyd edəcəm, Qarabağ və Qarabağın gələcəyi məsələsi Bayden administrasiyası üçün ciddi məsələdir. Güman edirəm ki, Bayden administrasiyası sülhə öz güclü dəstəyini ifadə edir,  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi və Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsinə dair danışıqların asanlaşdırılması üçün mümkün olan hər şeyi etməyə hazırdır və bunu Putin Rusiyasının ixtiyarına buraxmaq istəmir”. Bayden administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsi fonunda Azərbaycanın Avropanın enerji thəlükəsizliyində artan rolu ilə bağlı mövqeyinə gəlincə, ekspert qeyd edir: “Bayden administrasiyası, bundan əvvəl qeyd etdiyim kimi aydındır ki, ABŞ və Azərbaycan arasında strateji münasibətləri Avropanın Rusiyadan olmayan təbii qaza ehtiyacına görə həmişəkindən daha vacib hesab edir. Mən ona da diqqət verdim ki, prezident Bayden və prezident Əliyev arasında çox vaxt rəsmi, əsasən də milli bayramlarla və ya Azərbaycanın Birləşmiş Ştatlar da daxil olmaqla bir çox ölkələrlə diplomatik əlaqələrinin 30-cu ildönümünü ilə əlaqədar yazışmalar şəklində olan məktublar vasitəsilə kommunikasiyalar indi fərqlidir. Onlar daha çox strateji tərəfdaşlığa diqqət yetirir və mənim səfir olduğum dövrdə olduğu kimi Azərbaycanın demokratikləşmə istiqamətində yetərincə irəliləyişə nail olmaması ilə bağlı şikayətlərə daha az diqqət ayrılır, indi bu, azdır və strateji uyğunlaşma arzusunun ifadə olunmasına daha çox yer verilir. Onu da qeyd edim ki, mən bunu Avropa İttifaqının da Azərbaycanla təmaslarında görürəm və bu, dörd-beş ildir ki, davam edir. Rusiyanın Ukraynaya təcavüzü və Avropanın Rusiya qazından, eləcə də qismən embarqo ilə neftdən hər hansı asılılıqdan azad olmaq istəyi Azərbaycanla münasibətləri daha da vacib edir. Bunlar Rusiyanın Ukraynaya təcavüzünün birbaşa nəticələridir. Lakin mən heç bir şəkildə demirəm ki, ABŞ və onun avropalı müttəfiqləri Azərbaycanda daxili islahatların əhəmiyyətini itirdiyini bəyan edirlər. Bu, hələ də çox vacibdir. Düşünürəm ki, Azərbaycan hökumətində prezidentdən başlayaraq çoxları razılaşar ki, əgər öz xalqınıza rifah və azadlıq yaratmırsınızsa, ölkənizdə uzunmüddətli sabitlik və inkişafa nail ola bilməzsiniz və dünyada hörmət qazana bilməzsiniz. Düşünürəm ki, Bakı ilə Vaşinqton arasında fərq həmin demokratik və bazar iqtisadiyyatı dəyişikliklərinin irəliləyiş templərindədir. Beləliklə də əvvəl söylədiyim fikri yenə də qeyd etmək istəyirəm ki, Bayden administrasiyasının Azərbaycanla strateji uyğunlaşmaya daha çox diqqət yetirdiyi görünür və bu da Ukraynada müharibənin nəticəsidir”. O da bəllidir iki, Birləşmiş Ştatlar Avropa İttifaqının vasitəçiyi ilə Azərbaycan və Ermənistan arasında uzun müddətli hərtərəfli sülhə nail olunması üçün diplomatik səylərə dəstəyini ifadə edib.  ABŞ-ın prosesə daha yaxından, daha aktiv necə cəlb oluna biləcəyi ilə bağlı Metyu Brayza qeyd edir: “ Mən uzun illər boyu Bakıda səfir olduğum vaxtlardan düşünmüşəm ki, Avropanın əsas vasitəçisinin təkcə bir ölkə deyil, özü də 10 noyabr 2020-ci ildə münaqişədə bir tərəfi digərinə qarşı dəstəkləməyi seçən ölkə deyil, bütövlükdə Avropa İttifaqının özünün olması daha məqsədəuyğundur. Buna görə də Avropa İttifaqı və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu rolu oynaması çox yaxşıdır. Mən əminəm ki, Mişel Vaşinqtonla koordinasiya aparır və inanıram ki, Vaşinqton Mişelin istədiyi hər cür aktiv və operativ dəstəyi təklif edir. Onu da düşünürəm ki, ABŞ və Azərbaycanın münasibətlərini bu şəkildə dərinləşdirməsi sırf simvolik baxımdan reallıq olaraq Azərbaycana danışıqlarda bəlkə də daha cəsarətli olmaq üçün müəyyən qədər siyasi rahatlıq verir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ