Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər bərdəli alban şairi Dəvdəki də erməniləşdirdilər...

Image


Albaniya dövlətinə və alban-xristian irsinə qarşı əsassız iddialar irəli sürən və özlərini Albaniyanın “sahibi” kimi qələmə verməkdən yorulmayan ermənilər - haylar son dövrlər daha bir cəfəngiyyatla gündəmə gəliblər.

Uzun müddətdir ki, erməni tədqiqatçıları Albaniya hökmdarı Cavanşirin ölümünə ağı yazan bərdəli alban şairi Dəvdəkə qarşı da iddia irəli sürürlər və onu əsassız olaraq “erməni şairi” kimi qələmə verirlər. Yalandan yazırlar ki, guya  Dəvdək “erməni şairi” olub və onu Cavanşirin ölümünə ağı yazması üçün Albaniya hökmdarının sarayına aparıblar. Hətta onun əsl adının David olduğu barədə cəfəng iddialar irəli sürürlər. Halbuki, Dəvdəkin Cavanşirin ölümünə yazdığı agı-şeir 52 hərfdən ibarət alban əlifbası (Albaniyada müxtəlif əlifbalardan istifadə olunub, onlardan biri də 52 hərfdən ibarət olan əlifba olub-İ.S) ilə yazılıb. “Qədim erməni əlifbası”nın isə 36 hərfdən ibarət olduğu bildirilir. Çoxlarımız yaxşı xatırlayırıq ki, orta məktəblərin ədəbiyyat dərsliyində Dəvdək qədim Azərbaycan şairi olaraq təqdim edilirdi,  onun Albaniya hökmdarı - sərkərdəsi Cavanşirin ölümünə ağı yazdığı və həmin ağının 52 hərfdən ibarət olan alban əlifbası ilə yazdığı qeyd edilirdi.

Tarixçi Fəxrəddin Məmmədov tələbələr üçün hazırladığı “Azərbaycan tarixi” mühazirələr toplusunda qeyd edir: “...Sa­ray şai­ri Dəv­də­kin Ca­van­şi­rin ölü­münə həsr et­diyi mər­siy­yəsi Azər­bay­can ədə­biy­ya­tı­nın ilk nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Bu mərsiyyə­sin­də Dəv­dək Ca­van­şir şəx­siy­yə­ti­nin bö­yük­lü­yünü tə­cəs­süm et­dir­məyə ça­lış­mış­dır. Azər­bay­ca­nın ən er­kən ərəb­dil­li şair və ədib­lə­rin­dən Musa Şə­hə­vad, Əbül-Ab­bas əl-Əma, İs­ma­yıl ibn Yasar, onun oğlu İb­ra­him, qar­daşı Mə­həm­mə­din ya­ra­dı­cılığı məhz VII-VIII əsr­lərə tə­sa­düf edir. Azər­bay­can ədəbiy­ya­tı­nın gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən Dəvdəkdən bizə yal­nız Ca­van­şi­rin ölü­münə yaz­dığı mərsiy­yə ya­di­gar qal­mış­dır...”

Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,
Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.

Dəvdəkin erməni olmadığını sübut edən onlarla fakt var. Dəvdək sözünün mənşəyini araşdıran tədqiqatçılar yazırlar ki, Dəvdək adı qədim türk sözləri “dev” (div)+ “tau” (dağ) ilə bağlıdır. 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov baki-xeber.com-a bildirdi ki, Dəvdəklə bağlı ermənilərin yazdıqları, ortaya atdıqları iddialar tamamilə əsassızdır. “Ermənilər bütün alban abidələrinə, maddi və mənəvi dəyərlərinə iddia edirlər. Tarix elmi də sübut edir ki, qədim dövrlərdə bizim ərazimizdə - Albaniyada ermənilər yaşamayıb. Tarixi mənbələrdən bilirik ki, onlar bura yalnız XV-XVI əsrlərdən müəyyən kiçik qrup halında gəliblər. Amma kütləvi olaraq məqsədyönlü şəkildə XIX əsrdən bura köçürülüblər. Ermənilərin Qafqazla bağlılığı haqqında heç bir əsas yoxdur. Biz direktorumuz Musa Qasımlının rəhbərliyi ilə “Gürcüstanda erməni təşkilatları” adlı bir kitab yazmışıq. Ermənilər Gürcüstana qarşı da iddialar irəli sürürlər. Gürcüstandakı xristian abidələri yalnız gürcü abidələrindən ibarət deyil, orada alban, qıpçaq abidələri də  var. Amma ermənilər oradakı bütün xristian abidələrinə iddia edirlər. O cümlədən də, qədim Azərbaycan - alban şairi Dəvdəkə də iddia edirlər. Həqiqət budur ki, Dəvdək adlı erməni şairi yoxdur. Tarix də bunu sübut edir ki, VII, VIII, IX əsrlərdə erməni adlı toplum heç Qafqazın üzünü görməyib. Hətta ermənilərin Nikolay Adons adlı bir tədqiqatçıları var, özü də çox məşhurdur, ona da onlar az qala səcdə edirlər. Həmin Adons özü yazır ki, ermənilər Qafqaza gəlmədilər, bunlar Finikiyada yaşamış ermənilərdir. Yəni bunların əsas yeri-yurdu Finikiya olub, onlar indiki Yunanıstan, Bolqarıstan ətrafındakı ərazidə yaşayıblar. Yəni onlar Qafqaza gəlmə olublar. Ermənilər hər şeyi saxtalaşdırıblar.

Bir məsələni də deyim, yəni Cavanşir kimi alban hökmdarı, Alban sərkərdəsi, bizim sərkərdəmiz o qədər əlacsız qalmışdı ki, “erməni şair”inə möhtac olub?  Bu qeyri-əsassız bir iddiadır. Ermənilərin oğurluqları tükənmir, bitmir”.

V.Ömərov deyir ki, ermənilər bütün sahələrdə olduğu kimi alban ədəbiyyatına da əl uzatmaq istəyir. Ermənilərin alban maddi və mənəvi abidələrini mənimsəməklə məşğul olduğunu deyən V.Ömərovun sözlərinə görə, şairlərimizi də mənimsəmək istəyirlər. Şota Rustaveli kimi şairi, Gürcüstan ədəbiyyatının klassikini belə ermənilərin “erməni şair”i saydığını deyən alimin bildirdiyinə görə, nə Şota Rustavelinin, nə də Dəvdəkin yazdığında bir dənə erməni sözü yoxdur. Ermənilərin yazdıqlarının, dediklərinin hamısının əsassız olduğunu deyən V.Ömərov hesab edir ki, bunun heç bir tarixi kökü yoxdur. “Sizə bir məqamı da deyim. Ermənilərin Matendaran bir arxivi var və bu arxivə özlərindən başqa heç kəsi qoymurlar. Kimisə buraxsalar da gəlib həmin tədqiqatçının başının üstündə dururlar ki, onun nə kimi qeydlər etdiyini görsünlər. Çox təsadüf halda kiməsə icazə verərlər. Həmin Matendaran arxivi də başdan-ayağa saxta mənbələrdən ibarətdir. Özü də ki, ermənilər həmişə özlərinin quraşdırdıqları saxta mənbələrə əsaslanırlar. Bir erməni tədqiqatçısı öz yalanını başqa bir erməni tədqiqatçısının yalan, saxta mənbəsi ilə əsaslandırır. Dünya miqyasında ermənilərin yazdıqlarını təsdiqləyən heç bir mənbə yoxdur. Ona görə də, ermənilərin iddiaları tamamilə əsassızdır, Dəvdək birmənalı olaraq alban şairidir, bizim şairimizdir. Albaniya da, alban da bizimdir. Albaniya bizim dövlətçilik tariximizdə mühüm rol oynamış dövlətdir” deyə bildirən V.Ömərov, bu səbəbdən də ermənilərin yazdıqlarını, dediklərini tamamilə əsassız sayır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ