Bazar günü günü, 15 noyabr 2026
     

Türkiyə və Azərbaycana gəlmək istəyən əfqanların sayı artır...

Image


Suriyadan sonra Qərb ölkələrinin Əfqanıstanda böyük fiasko ilə nəticələnən fəaliyyətinin fəsadları ilə üzləşəcək ölkələr sırasında qardaş Türkiyənin, qonşumuz İranın, eləcə də Azərbaycanın adı daha çox çəkilir. Məsələ burasındadır ki, sayı hər gün artan əfqan qaçqınların xeyli hissəsi məhz bu ölkələrə üz tutmaq niyyətindədir.

Belə bir vaxtda bəlli olub ki, Avropa İttifaqı və Britaniya Türkiyənin Avropada sığınacaq axtaran əfqanıstanlı qaçqınların yerləşdirilməsi üçün bir mərkəz olmasını istəyir. Amma Türkiyə hökuməti bu yöndə Avropadan gələn çağırışları rədd edir. Hökumət sözçüsü Ömər Çelik bildirib ki, Türkiyə Suriyadan olan beş milyona yaxın qaçqına ev sahibliyi edir və artığını qəbul edə bilməz. Çelik Türkiyənin daha bir qaçqın belə qəbul etmək gücünün olmadığını da vurğulayır. O, Türkiyənin nə qaçqın düşərgəsi olduğunu, nə də bir keçid məntəqəsi olduğunu bildirib. Çelikin şərhləri Britaniyanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi xəbərlərə cavab olaraq gəlib. Həmin açıqlamada Londonun Türkiyə kimi ölkələrin əfqanıstanlı qaçqınlar üçün yerləşdirmə mərkəzləri yaratmasına ümid etdiyi bildirilmişdi. Son bir neçə gündə oxşar təkliflər Almaniya kansleri Angela Merkel və Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən də verilib. Türk analitik Aslı Aydıntaşbaş da qeyd edir ki, Türkiyə ictimaiyyəti Avropa ilə əfqanıstanlı qaçqınlarla bağlı hər hansı yeni razılaşmanın əleyhinədir: “Türkiyə və Avropa İttifaqı arasında qaçqın müqaviləsi olaraq böyük məbləğlər qarşılığında Türkiyəni qaçqınları saxlamaq məcburiyyətinə salan danışıqlar aparılır. Düşünürəm ki, Avropanın Türkiyəni öz sərhədlərində qaçqın düşərgəsi kimi istifadə etməsi ilə bağlı bir növ narazılıq var. İnsanlar bundan narahatdır”. Rəsmi Ankara indi Türkiyəyə daxil olmaq istəyən əfqanlar üçün əsas tranzit yolu olan İran sərhədini qorumaq yönündə səylərini artırır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərhəddə hasarın inşasının sürətləndiriləcəyini açıqlayıb. Təxminən 300 kilometr uzunluğunda İran sərhədində ən son müşahidə cihazları ilə təchiz edilmiş əlavə türk qüvvələri yerləşdirilir. Bu halda İrana cəmləşən qaçqınların bir qisminin məhz Azərbaycana yönəlməsi gözlənilir. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirir ki, əfqanlar yerli hüquq sahəsini, qaçqın statusu almağın şərtlərini öyrənməyə, beynəlxalq təşkilatların bu prosesdə iştirakı və ölkənin özü tərəfindən miqrantlara göstərilən yardım məsələsini araşdırmağa başlayıblar. Son aylar ərzində Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq üçün 10-a yaxın əfqan müraciət edib. Onlar “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gələcəyini və nəticədə baş verəcək hadisələri əvvəlcədən təxmin edən insanlardır: “Taliban” hakimiyyətindən qaçan Əfqanıstan vətəndaşlarının qlobal miqrasiyasını nəzərə alsaq, Azərbaycan üçün belə böyük qaçqın axınını qəbul etmək çətin olar. Hazırda bir vaxtlar erməni işğalı altında olan və İkinci Qarabağ müharibəsi nəticəsindən azad edilən ərazilərimizin yenidən qurulması ilə əlaqədar olaraq Azərbaycanın öz qayğıları kifayət qədərdir”. Bununla belə, ekspert hesab edir ki, ölkə  rəhbərliyi bu məsələnin bütün müsbət və mənfi tərəflərini götür-qoy edəcək, çünki insanlara mövcud imkanlar daxilində kömək etmək lazımdır.

Əfqanıstanda əhalinin müəyyən kateqoriyası var ki, Azərbaycan onların ölkəmizə gəlməsində maraqlıdır. Bu, ilk növbədə, türk kökənli 24 oğuz boyundan biri, azərbaycanlıların subetnosu hesab edilən əfşarlardır. Rəsmi məlumatlara görə, Əfqanıstan ərazisində, xüsusən də Kabil və Heratda 50 min əfşar yaşayır, qeyri-rəsmi məlumatlara görə isə, onların sayı 200 minə yaxındır. On milyon əhalisi olan Azərbaycan üçün bu, kifayət qədər böyük rəqəmdir. Azər Allahverənov  qeyd edir: "Bu yaxınlarda Azərbaycanın Heratdakı diasporunun lideri bəyan edib ki, təkcə bu şəhərdə 16 min etnik azərbaycanlı yaşayır və onlar ölkəmizdə sığınacaq tapmaq arzusundadır. Aydın məsələdir ki, Əfqanıstanda vəziyyət müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. Amma “Taliban” hərəkatı etnik azlıqlarla ümumi dil tapa bilsə, məncə, kəskin miqrasiya sıçrayışı baş verməyəcək". Digər tərəfdən, onun sözlərinə görə, taliblər insanların ölkədən sıxışdırılıb çıxarılmasında maraqlı deyillər. Axı Əfqanıstanı idarə etmək üçün onların mütəxəssislərə ehtiyacı var. Odur ki, ekspertin fikrincə, taliblər danışıqlara getməli olacaqlar.

Xatırladaq ki, iyirmi il bundan əvvəl taliblər Əfqanıstanda hakimiyyətə gələndə təxminən 1000 nəfərə yaxın əfqanıstanlı – əfşarlar, xəzərlər, puştunlar, ölkənin digər türkdilli və farsdilli nümayəndələri Azərbaycanda özünə sığınacaq tapmışdı. Ancaq onların hamısı ölkəmizdə qalmadı. Son 10-15 il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bir neçə yüz insan Azərbaycandan üçüncü ölkələrə yönləndirilib. Bu təşkilatın sayəsində indi onlar ABŞ, Kanada və Avropa ölkələrində yaşayır. Belə bir vaxtda “Taliban”ın sözçüsü Zabihullah Mücahid bildirib ki, təmsil etdiyi hərəkat bütün xarici vətəndaşların 31 avqust tarixinə qədər evakuasiya edilməsini istəyir və əfqanlara ölkəni tərk etmək icazəsinin verilməsi tərəfdarı deyil. O, əfqan vətəndaşlarını evə qayıtmağa çağırır və ABŞ-dan əfqanları ölkəni tərk etməyə təşviq etməməsini xahiş edir.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 11:43
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ