Bazar günü günü, 15 noyabr 2026
     

İrəvan Bakıya indi daha böyük fərqlə uduzur – qarşı tərəf “Ermənistana artıq heç nə kömək edə bilməyəcək” ovqatında...

Image


Ermənistan və erməni xalqına artıq heç nə kömək edə bilməyəcək. Belə bir açıqlama ilə erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib. O hesab edir ki, Ermənistan indi Azərbaycana daha böyük fərqlə uduzmağa başlayıb.

Ekspert, istənilən halda, Azərbaycanın Ermənistandan istədiyini alacağını vurğulayır. O hesab edir ki, İrəvan Bakı qarşısında bütün mühüm parametrlər, o cümlədən insan potensialı baxımından sürətlə zəifləyir: "Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur. Bizim hakimiyyət isə 3 uşağa görə 100 dollar vədi verir. Bu gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uşaq düşündürür. Onları düşündürən əsas məsələ tezliklə Ermənistandan qaçıb getməkdir. Son 4 ay ərzində tanıdığım onlarla ailə Ermənistanı tərk edib. Cavan oğlanlar və qızlar... Azərbaycanla sərhəddə olan bütöv kəndlərimiz boşalıb. Oranın sakinləri qaçıb Rusiyaya gediblər. Gənc ermənilər Rusiyada öz ailələrini quracaqlar. Ermənistanda iş və yaşayış üçün heç bir perspektiv yoxdur. Gənclər buradan başlarını götürüb qaçırlar. Hökumət isə yaxın illər üçün Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması strategiyasından danışır. Bu absurddur". O, həmçinin, Azərbaycanla həmsərhəd erməni kəndlərinin praktiki olaraq boş qaldığına dair sübutlar da təqdim edir: "Hamı evlərini qoyub çıxıb gedir. İnsanlar istəmirlər ki, oğulları müharibədə həlak olsun. Bu kəndlərin sakinləri bizdən çox şey bilirlər və onlar başa düşürlər ki, bütün bu ərazilər Azərbaycan tərəfinə veriləcək". Erməni tarixçi Armen Ayvazyan isə hesab edir ki, bu halda Ermənistanın Azərbaycanla sərhədi sərhəd deyil, cəbhədir: “Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə yaxın gələcəkdə Zəngəzuru və Göyçəni, sonra isə İrəvanı da ələ keçirməyi vəd edir. Lakin bütün bunlar Ermənistan hökuməti üçün hər hansı əhəmiyyətə malik deyil. Kim görüb ki, cəbhəyə yüngül silahlanmış və az sayda olan sərhəd qüvvələri nəzarət etsin?”.

Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan da Ermənistanın Azərbaycana müqavimət göstərmək iqtidarında olmadığını qeyd edir: “İlk növbədə ona görə ki, vəziyyəti qeyri-adekvat qiymətləndirən, müharibənin fəlakətli nəticələrinə baxmayaraq Ermənistanı tam hərbi, diplomatik və iqtisadi tənəzzülə aparmağa davam edən hökumətə sahibik”. Abovyan qeyd edib ki, illər ərzində davamlı olaraq Ermənistan cəmiyyətində nifrət toxumları hərtərəfli şəkildə əkilib, sonunda bu, ermənilərin “vahid milli ocağının” sürünərək məhvinə gətirib çıxarıb: “Bir ildə hakimiyyət Ermənistanın əsas dövlətlərarası yollarına nəzarəti rəqibə verəcək, Türkiyə ilə sərhədi açacaq və türk kapitalı Ermənistana axaraq, Ermənistan iqtisadiyyatının qalıqlarını əlinə alacaq”. Abovyan qeyd edib ki, demarkasiya və sərhədlərin açılması pərdəsi altında Ermənistanın mərhələli parçalanması hazırlanır: “Bu hakimiyyət çirkli kapitulyasiya sənədini imzalayanda türklərə uduzmadıq. Biz, guya ermənilərin bir qismi yüngülləşərək nəfəs aldıqda məğlub olduq, guya nəhayət Qarabağdan qurtulduq. Biz əsgər valideynləri oğullarının Qarabağdan Ermənistana qaytarılmasını tələb edəndə məğlub olduq”. O hesab edir ki, sərhəd məsələsində Azərbaycan tezliklə istəyinə çatacaq. Qeyd edək ki, bu günlərdə Ermənistanın Dilican vilayətinin qubernatoru Ayk Qalumyan Azərbaycanla həmsərhəd rayonlardan əhalinin təxliyyəsi ilə bağlı planın yeni redaksiyasının hazırlanması barədə sərəncam imzalayıb. Sənəddə bu rayonlar yaşayış üçün təhlükəli adlandırılıb. Sənədə görə, əhalinin həmsərhəd zonadan 10 kilometr aralıya, ölkənin iç bölgəsinə təxliyəsi nəzərdə tutulur. Sənədə edilən əlavə və dəyişikliklərdə Dilican rayonunun Azərbaycanla həmsərhəd kəndlərindən təxliyə edilərək köçürüləcək erməni sakinlərin sayı, onların yaş bölgüsü, tibbi dəstək qüvvələrinin hesablanması, yenidən yerləşdirilmə məkanları, müvəqqəti ərzaq təminatı, geyim, alt paltarı və ayaqqabılar verilməsi, Dilican bölgəsinin əhalisinin siyahıyaalınması, bu şəxslərin qəbul məntəqələrinin yaradılması, sonradan Dilicanda müvəqqəti və ya daimi yaşayış yerlərinin müəyyənləşdirilməsi kimi məqamlar qeyd olunub.

Politoloq Qabil Hüseynli isə qeyd edir ki, Ermənistandakı isterikaya rəğmən, Azərbaycan sülh tərəfdarıdır və bölgədə sülhün bərqərar olması üçün əlindən gələni edir: “Ermənistan tərəfi sülh müqaviləsinin bağlanması üçün lazım olan şərtləri yerinə yetirmir. Sərhəddə gərginlik yaradaraq demarkasiya və delimitasiya işlərinin gedişatına mane olur. Ümumiyyətlə, son zamanlar Ermənistan sərhəddə ciddi insidentlər yaradır. Bunun tək bir səbəbi var - bölgədə yeni bir münaqişə ocağı yaratmaq və sülhün təmin olunmasının qarşısını almaq. Azərbaycan dövləti sülh danışıqları üçün çalışır, ancaq Ermənistan hakimiyyəti müxtəlif təxribatlar törədərək buna mane olur”. Q.Hüseynli vurğulayıb ki, Ermənistan tərəfi Qarabağla bağlı xülyalarından əl çəkməlidir: “Ermənistanın Qarabağla bağlı qaldırdığı iddialar əsassızdır. Həmin iddialara Fransa və Rusiya kimi dövlətlərdən də dəstək verilir. Azərbaycan tərəfi müharibədən qalib çıxmış bir ölkə kimi öz mövqeyini bildirib. Ermənistan tərəfi bəzi mənasız təkliflər irəli sürərək danışıqlar prosesini pozmağa çalışır. Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər nə qədər təxribatlar törətsə də, ordumuz onların layiqli cavabını verir. Ermənistan hakimiyyəti işğalçı siyasətinə son qoyarsa, mehriban qonşuluq münasibətlərinin perspektivlərini müzakirə etmək olar”.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 11:43
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ