Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ermənistanda yeni Zəngəzur narahatlığı başladı...

Image


İqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Prezidentinin məlum fərmanı Ermənistanda hələ də ciddi narahatlıq predmeti olaraq qalmaqdadır. Bu fərman nəticəsində Dağlıq Qarabağ ifadəsinin tarixə qovuşmasını, tarixi Zəngəzur ifadəsinin rəsmi olaraq yenidən gündəmə gətirilməsini ermənilər qəbul edə bilmir. Burada əsas narahatlıq ondan ibarətdir ki, Azərbaycan Zəngəzur məsələsində də istədiyinə nail olacaq.

Ermənistanın “Vahid Ermənistan” partiyasının rəhbəri Artur Qazinyan baş verənlərlə bağlı bildirir ki, Azərbaycan və Türkiyənin himayədarlığı altında Ermənistanda həyata keçirilən “Gələcək var” proqramı çərçivəsində Zəngəzurda “halqa” əməliyyatı baş verir:  “Əməliyyat proqramın əsas donoru olan Azərbaycan tərəfindən elan edilmiş “Qərbi Zəngəzuru Şərqi Zəngəzura” birləşdirmək məqsədilə həyata keçirilir. Proqramın sifarişçilərinə hesabat təqdim etmək məqsədilə “halqa” əməliyyatı tam şəkildə videoya çəkilir”. Elə erməni politoloq Vahe Ovhannisyan da eyni mövqeni bölüşür: “Beynəlxalq ekspert dairələrinin və analitik mərkəzlərin materiallarını oxuyun və erməni dövlətinin elitalarının hansı səviyyədə olduğunu və nəticədə başqalarının bizim haqqımızda nə düşündüyünü öyrənin. Türkiyə və Azərbaycan Ermənistandan bir şey istəyir: tam və geridönməz kapitulyasiya. Türkiyə və Azərbaycan Ermənistanı institusional iflicə çevirmək istəyir. İstədiklərinə də nail olurlar”.

“Arabo” erməni terrorçu dəstəsinin yaradıcısı Manvel Yegiazaryan da Zəngəzur məsələsindən narahat olanlar sırasındadır. Onun sözlərinə görə, ermənilər Nikol Paşinyana ona görə səs veriblər ki, onlar heç bir halda müharibə istəmirlər: “Ermənistanda çoxları öz şəxsiyyətini və mədəsini istənilən maraqlardan üstün tutur. Erməni xalqı yaranmış vəziyyətdən yalnız Qarabağ və Zəngəzur üzərində nəzarəti itirməklə çıxa bilsə, mən bundan məmnun olacağam. Çünki İlham Əliyev bir neçə dəfə deyib ki, İrəvan qədim Azərbaycan şəhəridir. Sevinin ki, tək Zəngəzur gedir”. Xatırladaq ki, terrorçulardan ibarət “Arabo” dəstəsi 1990-cı ilin əvvəllərində formalaşıb. “Arabo” batalyonu müharibə vaxtı Xocalı şəhərinə hücum və soyqırımda iştirakla ad çıxarıb. “Arabo” terrorçularının dinc əhaliyə qarşı qətllər, talanlar və zorakılıq aktlarında iştirakına dair çoxsaylı sübutlar mövcuddur.

Ermənistanın “Hayeli” nəşri də yazır ki, Paşinyan Zəngəzuru Ermənistandan qoparmağa dair Azərbaycana verdiyi vədi sürətli templərlə həyata keçirmək qərarına gəlib. Bildirilir ki, Zəngəzurda müxalif qüvvələrin zərərsizləşdirilməsi də bununla bağlıdır: “Seçkilərdən sonra hakimiyyət güc qollarını işə salıb və sözün əsl mənasında hakimiyyətə qarşı çıxmış, yaxın keçmişdə Paşinyanın istefasını tələb etmiş sünikli icma başçılarına qarşı siyasi vendetta həyata keçirir. Karahunc inzibati rayonunun rəhbəri həbs edilib, Gorus icmasının başçısına qarşı bir neçə cinayət işi qaldırıblar. Onu nəzarət altına alıblar, daha sonra sərbəst buraxıblar, lakin sabah yenə həbs etməyəcəklərinə zəmanət yoxdur. Kacaran icması başçısının evində axtarış həyata keçiriblər, Gorus icmasının Vorotan inzibati ərazisinin rəhbəri Suren Ohancanyan həbs olunub. Buna qədər hüquq-mühafizə orqanları Suren Ohancanyanın evində axtarış həyata keçirib. O qeyd etmişdi ki, hüquq-mühafizə orqanları onun evində seçkilərlə, guya rüşvətlə əlaqəli olan sənədlər axtarırdı: “Heç nə tapmayıblar, tapmayacaqlar da, nə istəyirlər qoy etsinlər, bütün icma bilir ki, mən bənzər şeylərə qarışmamışam. Sosial dəstəyə gəlincə, xalq həmişə müraciət edib və icma başçısının qərarı ilə verilib, bu nə 1, nə də 3 ilin işidir, müxtəlif sosial məsələlər üzrə həmişə müraciət ediblər, qanunla müəyyənləşdirilmiş qaydada dəstək almışam”.
Nəşr xatırladır ki, noyabrın 9-da Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanat nəticəsində Vorotan icması yaşayış məntəqəsinin bir hissəsi azərbaycanlılara keçdi: “Ötən səkkiz ayda bu icma sakinlərinin həyatı alt-üst olub, onlar üçün gecə və gündüz bir olub, ürəklərində qorxu var, səhəri gözləri açıq vəziyyətdə açırlar, bir neçə metr məsafadə olan rəqibin evlərinə daxil olacağını hər az gözləyirlər. Vorotanlılarla azərbaycanlı əsgərlər arasında sərhəddən heyvanların keçməsi hadisələri də olub və insanlar özünümüdafiə ilə məşğuldurlar. İcma başçısının həbsinə qayıdaq. Bəs Ohancanyan evində bir şey tapılmadığını bildiribsə, onu niyə həbs ediblər? Bu sualın cavabını Nikol Paşinyanın cib İstintaq Komitəsinin yaydığı bəyanatda tapmaq olar. İstintaq Komitəsi Vorotan icması başçısının evində aparılan axtarışla birlikdə icma başçısının evindən nə tapıldığına dair fotolar da paylaşıb. Bildirirlər ki, Vorotan icmasının başçısını sakinlərə icma büdcəsindən verilən, sosial yardım kimi təqdim olunan rüşvət payladığına görə həbs ediblər. Və sübut olaraq zirehli gödəkçə şəkli əlavə edilir. Bəyanatda bunların qanunsuz olduğuna dair heç bir söz yoxdur, hər halda, icma başçısını qanunsuz silah-sursat saxlamaqda ittiham etməmisiniz. Bu o deməkdir ki, Komitəyə, nəyin bahasına olursa-olsun, hətta strukturun nüfuzunun düşməsi, biabır olması hesabına da olsa, onu həbs etmək tapşırılıb. Rəqib Sünikdə mövqe tutub və sərhəd yaşayış məntəqəsinin sakinlərinin özünümüdafiə üçün heç nəyə sahib olmaması ən azından qəribə olardı, hətta bunları dövlət verməli idi. Dövlət nəinki bunu vermir, hətta İstintaq Komitəsinin bəyanatından anlaşıldığı kimi, hələ bir Paşinyan kimi türkü özünə dost hesab etməyən və qonşuluqda, lakin silahsız yaşayan insanları həbs edir. Göründüyü kimi, hakimiyyət bununla həm də bütün sərhəd icmalarının sakinlərinə mesaj göndərir ki, azərbaycanlıların  qarşısında tərksilah edilsinlər və silahsız şəkildə otursunlar”. Ekspertlər isə bildirir ki, əslində, Azərbaycan indiki Ermənistan ərazisinə heç bir iddia irəli sürmür. Sadəcə ərazi bütövlüyü çərçivəsidə sərhədlərini müəyyən edir. Eyni zamanda, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun olaraq Ermənistanın öhdəliklərini yerinə yetirməsini istəyir. Bura Zəngəzur məsələsi, buradan keçəcək dəhliz də daxildir.

Samirə SƏFƏROVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ