Cümə axşamı günü, 01 oktyabr 2026
     

İtaliya mətbuatı Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun davam etdiyi barədə materiallar dərc etdi...

Image


İtaliyanın kütləvi informasiya vasitələrində Oxçuçay fəlakəti, Ermənistan tərəfindən Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsinə dair məqalələr dərc olunub.

İtaliyanın balıqçılıq, balıq sənayesi, ətraf mühitin qorunması mövzularına həsr olunan əsas mətbuat orqanlarından olan “Pesceinrete” online qəzetində jurnalist Domeniko Letizia-nın “Eko-terror: Ermənistan qəsdən Oxçuçay çayını çirkləndirir” başlıqlı məqaləsində qeyd olunur: “Azərbaycan və Ermənistan arasında axan Oxçuçay çayının sularına Ermənistan tərəfindən vurulan ciddi ekoloji ziyan Qafqaz çaylarının keyfiyyətinə təsir edir. Balıqçılar, ətraf mühit fəalları, vətəndaş cəmiyyəti və yerli şirkətlər ətraf mühitin davamlılığının, su irsinə hörmətin və yerli balıq faunasının qorunmasının əsas qaydalarına məhəl qoymamağa davam edən və əsas sərmayədarı Almaniyanın "Cronimet" şirkəti olan “Zəngəzur mis-mobilden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu”nun fəaliyyəti səbəbindən ciddi şəkildə çirklənmiş Oxçuçay çayının Ermənistan ərazisindən keçən hissəsində baş verənləri qınayırlar”.

Jurnalist qeyd edir ki, 83 kilometr uzunluğunda olan Oxçuçay çayının əhəmiyyətli hissəsi  Ermənistan ərazisindən, Sünik vilayətindən və bu yaxınlarda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazisi olan Zəngilan rayonundan axır. “Ermənistanla Azərbaycan arasındakı münaqişənin sona çatması və beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan ərazilərinin azad edilməsi həm də Ermənistanın və onun hərbi qoşunlarının səbəb olduğu ətraf mühitin məhv edilməsi prosesinin fərqinə varılmasına və izlənməsinə imkan verdi. Bu çay Cənubi Qafqazın ən böyük çaylarından biri olan Araz çayına töküldüyü üçün Azərbaycan üçün son dərəcə vacibdir. Araz çayı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən çoxsaylı layihələrin mərkəzindədir, onun suları əkinçilik sahələrinin suvarılması, daxili və şəhər ehtiyacları üçün istifadə olunur və onun axınında yaranan çoxsaylı alabalıq təsərrüfatları mövcuddur. Bölgədə, həmçinin Oxçuçay çayının çirklənməsi səbəbindən əbədi olaraq dayandırılma təhlükəsi ilə üzləşən xeyli akvakultura layihələri mövcuddur”, deyə məqalədə vurğulanır.

D.Letizia bildirir ki, Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsindən sonra çoxsaylı ekoloji təşkilatlar ətraf mühitin vəziyyətinin ciddiliyini anlamaq və yerli su irsini bərpa etmək üçün konkret planın necə həyata keçiriləcəyini başa düşmək üçün bu ərazilərə, xüsusən də Zəngilan rayonuna üz tutdular. “Oxçuçay çayının sularında 2021-ci ilin yanvar-mart ayları arasında aparılan kimyəvi analizlər yüksək miqdarda ağır metalların, mis, manqan, dəmir, sink və xromun mövcudluğunu aşkar etdi. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son hesabatına görə burada mis, dəmir və nikelin miqdarı beynəlxalq səviyyədə müəyyən edilmiş standartlardan hətta yeddi dəfə çoxdur. Oxçuçay çayının suları ağ və sarı rəngə çevrilir və balıqçıların çoxunun da 2021-ci ilin mart ayında verdiyi ifadələrdə qeyd edildiyi kimi, yerli alabalıqların ölümü müşahidə edilir”, deyə məqalədə qeyd olunur.

Jurnalist yazır ki, ağır metalların yüksək miqdarı yerli çay faunasına xələl gətirir, insan sağlamlığı və çay boyunca çox sayda balıqçı icması üçün problemlər yaradır, çirklənmiş suyun istifadəsi yerli əhalidə mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur və onların davamlı olaraq böyrək, sümük və ürək problemlərindən şikayət etdiyi qeydə alınır.

“Ekoloqlar beynəlxalq instansiyalara müraciət edərək Oxçuçay çayının yuxarısında yerləşən Syünik vilayətinə diqqəti yönəldir, Ermənistandakı mədən şirkətlərinin fəaliyyətinin ciddi şəkildə nəzarət edilməsini təmin etməyə nail olmağa çalışırlar. Bu şirkətlər sənaye istehsalından qalan tullantıları heç bir təmizlik və filtrasiya  aparmadan çay sularına atır, ətraf mühitin mühafizəsi və ekoloji qaydalara hörmətin əsas standartlarını pozaraq ətraf mühitə ziyan vururlar. Oxçuçay çayının sularındakı narahatlıq doğuran vəziyyət artıq təsərrüfatlarını idarə edə bilməyən, balıq faunasında çoxsaylı ölüm halları qeydə alan, yerli müəssisələrini bağlayıb iflas elan etməyə məcbur olan azərbaycanlı alabalıq istehsalçıları üçün də böyük iqtisadi problemlər yaradır”, deyə jurnalist bildirir.

“Ermənistan 30 il ərzində  Azərbaycan ərazilərini işğal etməklə yanaşı, həm də işğal olunmuş ərazilərdəki təbii sərvətləri də talan edib. Azərbaycan əraziləri işğaldan azad olmasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr, hətta ətraf mühitin qorunması üzrə ixtisaslaşmış QHT-lər də Oxçuçay çayı məsələsinə münasibət bildirməlidirlər. Çünki bu, yalnız Azərbaycanın deyil, bölgənin və bütün dünyanın ekoloji təhlükəsizliyinə ciddi zərbədir”, deyə jurnalist məqaləsini tamamlayır.

Nüfuzlu “il Giornale” qəzetinin “Insideover” analitik portalında jurnalist Emanuele Pietrobon-un “Oxçuçay, nifaq və zəhərli tullantılar çayı” başlıqlı məqaləsində qeyd olunur ki, Azərbaycanın Zəngilan rayonundan keçən və Ermənistanla Azərbaycan arasında uzun və qəliz bir mübahisənin mərkəzində olan 83 kilometr uzunluğu olan Oxçuçayın Ermənistandakı  iki zavodun, əsas səhmdarı Almaniyanın “Cronimet” şirkəti olan “Zangezur mis-mobilden zavodu” və “Chaarat Kapan” adını daşıyan “Qafan dağ-mədən və emal zavodu”nun fəaliyyətinə görə zəhərli tullantıları, zibilləri və ətraf mühitə və istifadəçilərə ciddi ziyan vuran digər materialları nəql edir.

“2003-cü ildə Birləşmiş Millətlər Təşkilatına edilən müraciət və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2008-ci ildə Ermənistana qarşı başladılan ekoloji terror ittihamlarının göstərdiyi kimi, Oxçuçayın zəhərlənməsi ilə əlaqəli bu məsələnin kökləri müstəqillikdən sonrakı dövrə gedib çıxır. Azərbaycan hökuməti tərəfindən bildirilən və sənədləşdirilən və iyulun əvvəlində hətta Ümumdünya Təbiəti Mühafizə Fondunu (WWF) da hərəkətə gətirən rəqəmlər insanı dəhşətə gətirir: çay hər gün 2100 kubmetr çirklənmiş su nəql edir və beləliklə suyun tərkibində nikel (7 qat daha yüksək), dəmir (4 dəfə çox), mis (2 dəfə çox), molibden (2 dəfə çox) və digər ağır metallar üzrə göstəricilərdə normadan artıq səviyyə qeydə alınır”, deyə jurnalist bildirir.

Məqalədə qeyd olunur ki, yuxarıda göstərilən elmi sübutlar və sənədli dəlillərlə təsdiqlənən rəqəmlər, xüsusilə də Azərbaycan Respublikasının Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən 2 iyul tarixində twitterdə paylaşılan video davam edən ekoloji fəlakəti göstərir. Məqalədə müvafiq twitt də yerləşdirilmişdir.

Jurnalist bildirir ki, qeyd olunanlar suların ciddi şəkildə çirkləndiyini göstərir və bunun səbəbi Ermənistanda yerləşən iki mədən zavodunun, biri Qacarandakı mis və molibden, digəri isə Qafandakı mis emalı zavodunun tullantılarıdır. “Bu gün iyirmi illik fasiləsiz zəhərli tullantılardan sonra Oxçuçay "ölü", yəni flora və faunadan məhrum olmaq ərəfəsindədir, çünki çirklənmənin davam etməsi əvvəllər burada yaşayan canlıların demək olar ki, hər növünü tədricən öldürmüşdür”, deyə E.Pietrobon bildirir.

Habelə məqalədə qeyd olunur ki, Azərbaycanın su həssaslığı problemi mövcuddur, çünki ərazisindən keçən çayların 67%-inin mənbəyi başqa ölkələrdədir. Bildirilir ki, Ermənistan 1992-ci il “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyanı” imzalamadığına görə onunla su qaynaqlarının birgə istismarı və ekoloji cinayətlərə görə məsuliyyəti öz üzərinə götürmək barədə konstruktiv bir dialoq aparmaq çətindir.

Jurnalist bildirir ki, Ermənistan tərəfi Azərbaycan tərəfindən irəli sürülən rəqəmlərin doğruluğuna etiraz etməmiş və onları inkar etməmişdir. Belə ki, iki il əvvəl Ermənistan rəhbərliyi Qacaranda mis və molibden komplekslərinin fəaliyyətindən qaynaqlanan ciddi bir çirklənmə probleminin olduğunu etiraf etmişdir. “Erməni siyasi çevrələrinin bu etirafı Bakıya görə yox, yerli ətraf mühit müdafiəçilərinin şikayətlərindən irəli gəlirdi”, deyə məqalədə bildirilir.

“Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanan təhlillər ağır metalların, xüsusən mis, molibden, manqan, dəmir, sink və xromun olduqca yüksək miqdarda mənşəyi Ermənistandan olan su yollarından nəql olunduğunu və bunun ətraf mühitə və insan həyatına zərər verdiyini təsbit etdi. Problemə qəti bir həll yolu tapmaq son dərəcədə vacib və əhəmiyyətlidir, çünki Oxçuçay məsələsi ayrılıqda olan bir problem deyil, Azərbaycanda kənd təsərrüfatı və həyat o bölgədəki su yollarının vəziyyətindən asılıdır”, deyə müəllif fikilərini yekunlaşdırır.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ