Cümə axşamı günü, 01 oktyabr 2026
     

“ABŞ, Rusiya və Fransa səfirlərinin səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir” - Vüqar Rəhimzadə

Image


«Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz,  suverenliyimiz bərpa edildi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Bu heç də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, işğal altında olan torpaqlarımızda həyata keçirdikləri vandalizm aktlarını  unutmaq anlamına gəlmir. Cənab İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, xalqımız  bu vəhşilikləri, Xocalı soyqırımını,  şəhidlərimizi heç zaman unutmayacaq.

Ermənilərin işğal dövründə, eyni zamanda, 10 noyabr üçtərəfli razılaşmasına uyğun olaraq  Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldarkən törətdikləri vəhşiliklər ölçüyəgəlməzdir. Həmçinin 44 günlük müharibə dövründə döyüş meydanında məğlubilyyətlərini həzm edə bilməyən Ermənistan silahlı qüvvələrinin  sərhəddən uzaq  rayonları beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş  raketlərlə  atəşə tutmaları, onlarla  günahsız insanın ölümünə, yaralanmasına, saysız-hesabsız yaşayış binalarının, fərdi evlərin, mülki obyeklərin dağılmasına  səbəb olduqları dünyaya bəllidir və beynəlxalq aləmin gözü qarşısında baş vermiş vandalizm aktlarıdır. Bütün bunlara rəğmən yenə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin- ABŞ, Rusiya və Fransanın səfirlərinin  bugünlərdə Bakıda akreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfərinə qatılmamaları    diqqətdən kənarda qala bilməz.  ATƏT-in Minsk qrupunun, həmçinin BMT Təhlükəsizlik Şurasının  daimi üzvləri kimi ABŞ, Rusiya və Fransa diplomatlarının belə mövqe nümayiş etdirmələri bir daha bu dövlətlərin ermənipərəst siyasətlərinə aydınlıq gətirməklə yanaşı,  Zəfərimizdən sonra  sülh modelinə uyğun olaraq  yeni reallıqlara  dəstək göstərmək əvəzinə, əksinə münasibətlərin gərginləşməsində maraqlı olduqlarını təsdiqlədilər.»

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatının imzalanmasından, yəni Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının təsdiqindən  sonra ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdam rayonlarında olublar: «Bu dəfə isə Qarabğın tacı, mədəniyyət beşiyimiz  Şuşanı ziyarət etdilər. Təbii ki, bu səfərin məqsədi bəllidir. Səfirlərin məramı hər hansı bir dövlətin fəaliyyət göstərdiyi ölkədə elçisi olmaqla bərabər, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına töhfələr vermək olmalıdır.  Erməni vandalizminin izləri ilə əyani tanışlıq, diplomatların  təmsil etdikləri  ölkələri həqiqətlərlə dolğun şəkildə məlumatlandırmaları baxımından belə səfərlər xüsusi əhəmiyyət kəsb edir. Həmçinin bu səfərlər torpaqlarımızın tarixi sahibinə qayıdışının  təsdiqidir. Ümumilikdə 50-yə yaxın dövlət və beynəlxalq təşkilatın 100-dən çox nümayəndəsinin  Şuşaya  səfəri bu baxımdan xüsusi diqqət çəkir.  Şuşaya səfər edənlər arasında Xorvatiya, Bolqarıstan, İtaliya, Latviya, Macarıstan, Niderland, Polşa, Yunanıstan, Türkiyə, Belçika, Estoniya, Litva, eyni zamanda, NATO və Avropa İttifaqına üzv ölkələrin nümayəndələri ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Belarus, Qazaxıstan və Tacikistan kimi ölkələrin diplomatları da olublar. Bu səfərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinin iştirak etməmələri bu dövlətlərin açıq-aşkar torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın yeni reallıqlar yaratması ilə  barışmadıqlarını nümayiş etdirir.»

Baş redaktor bildirib ki, ATƏT-in Minsk qrupunun  həmsədr dövlətlərinin səfərdə iştirak etməmələri bir daha onlara qarşı etimadsızlıq mühtini dərinləşdirir: «Fransanın  həmsədr dövlət  kimi  fəaliyyətsizliyi, ermənipərəst mövqeyi hər kəsə bəlli olan faktdır. ABŞ-ın indiki Administrasiyası «erməni soyqırımı» ifadəsini işlətməklə    ermənilərə dəstəyini ifadə etdiyi halda sonra  atdığı addımları ilə bunu pərdələməyə çalışsa da, artıq reallıq göz önündədir. Rusiyaya gəldikdə isə 10 noyabr razılaşmasında  vasitəçi tərəf, eyni zamanda,  bölgədə sülhün, təhlükəsizliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının burada yerləşdirilməsinə, Rusiya-Türkiyə  Monitorinq Mərkəzinin  fəaliyyət göstərməsinə baxmayaraq, təəssüf ki, şimal qonşumuz hələ də problemə ikili yanaşma nümayiş etdirməkdədir. Dünyanın super güclərinin bölgədə yaranan yeni reallıqların gerçəkləşməsinə mane olmaq  cəhdləri birmənalı qarşılana bilməz. Düşünürdük ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyalarını yerinə yetirməyən, Ermənistana dəstək olan bu dövlətlər postmüharibə dövrünün reallıqlarının həyata keçməsinə vasitəçi olmaqla, Ermənistanı sülh razılaşmasına məcbur etməklə özlərinə qarşı  inamsızlıqda dəyişiklik edə bilərlər. Amma göründüyü kimi, bu dövlətlər üçün  ədalət meyarı yenədə arxa plandadır.  Belə səfərlərin mahiyyəti  hər halda  ABŞ, Rusiya və Fransa diplomatlarına çox yaxşı bəlli olduğu üçün onlar yenə də seyrçi mövqedə dayanmağa üstünlük verdilər. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin səfirləri kamera qarşısına keçib həqiqətləri söyləmək  gücündə olmadıqlarını nümayiş etdirdilər. Bununla da erməni sevgilərini, münaqişənin 30 ilə yaxın dövrdə uzanmasının yardımçı olduqlarını təsdiqlədilər.»

 «ABŞ, Rusiya və Fransa səfirlərinin  səfərə qatılmamaları Azərbaycan üçün nəyisə dəyişmir. Realıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Artıq Dağlıq Qarabağ adlı  ərazi vahidi yoxdur. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanı bunun bir daha təsdiqi, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə ciddi mesaj oldu» söyləyən baş redaktor qeyd edib ki, dövlətimiz postmüharibə dövrü ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözlədiyi halda, onların ölkəmizdəki elçilərinin belə mövqe ortaya qoymaları əksinə,  qurumun tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlərin əməli işdə öz təsdiqini tapmasını qaçılmaz edir.»



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ