Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qarabağ müharibəsində qanunsuz vuruşmuş Gürcüstan ermənilərinə abidə qoyulur, gürcü hökuməti susur...

Image


Ermənistan mənşəli Gürcüstan vətəndaşları Azərbaycana qarşı növbəti təxribat törədiblər. Borjomi Bələdiyyəsinin Tabatskuri kəndində İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni işğalçılarının xatirəsinə həsr olunmuş bir xaçkarın açılışı olub.

Bu barədə Azərbaycan mətbuatı erməni KİV-nə istinadən məlumat yayıb. Məlumatlara görə, xaçkar hazırda Ermənistanda yaşayan Tabatskuri kəndinin vətəndaşı Edqar Papikyanın vəsaiti hesabına quraşdırılıb. Papikyan özü deyib ki, xaçkar “Qarabağdakı son müharibə qurbanlarına həsr edilib”.

“Orada ölən igid gənclərin xatirəsinə həsr edilir. Müharibə zamanı Tabatskuridən kömək gedirdi. Müharibədə yaralanan bir kəndçimizə isə hər ay maddi cəhətdən kömək edirik. Bu günü kəndimizin günü kimi qeyd edəcəyik və hər il bu gün kəndimizə toplanacağıq” - deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl 2019-cu ilin yanvarında Axalkalaki bölgəsinin Buxaşeni kəndində Qarabağ müharibəsi iştirakçısı, Xocalı faciəsi qurbanlarının cəlladlarından biri olan Mixail Avaqyanın bərpa edilmiş büstünün açılışı olmuşdu. Mətbuatın yazdığına görə, bu abidə 1997-ci ildən bəri köhnə, qəzalı məktəbin həyətində açılmışdı.

Heç şübhəsiz, bu məsələyə həmin dövrdə Azərbaycan tərəfindən sərt reaksiya verildi, mətbuatımızda bunu pisləyən, tənqid edən məqalələr dərc edildi. Özü də həmin bədnam büstün açılışı Azərbaycanda milli matəm gününə - 20 yanvar tarixinə təsadüf edirdi... Həmin dövrdə də Gürcüstan höküməti səssiz qaldı, indi də sükutu davam etdirir.

Gürcüstan hökümətinin ermənilərə əl-qol açmaq üçün geniş meydan verməsi təəssüf doğurur, hər halda, bu ölkənin Azərbaycandakı səfiri nəhayət ki, bu məsələyə aydınlıq gətirməlidir. Bu gün Gürcüstanda bir nəfər də olsun azərbaycanlı qəhrəmanın heykəlinin, büstünün olmadığı bir dövrdə dalbadal erməni separatçılarına xatirə abidəsi qoyulması heç cür müsbət qarşılana bilməz. Tarixə baxsaq, azərbaycanlılar Gürcüstan dövlətçiliyi üçün can verib, öz tarixi vətənləri uğrunda son damla qanlarına qədər vuruşublar, ermənilər isə xəyanət yolu tutublar. Amma bu xəyanətkarlara, separatçılara “dayan, dur” deyən yoxdur.

Gürcüstan höküməti ermənilərin özbaşnalığına, Azərbaycana qarşı təxribatlarına niyə səssiz qalır?

  • “...Bu da cəzasızlığı görən erməni təxribatçılarının mütəmadi şəkildə daxili sabitliyi pozmasına şərait yaradır”

“Borçalı” İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər hər zaman təxribatlarını davam etdirir. Təşkilatın sədr müavininin sözlərinə görə, ermənilər Gürcüstanın daxilində Azərbaycana qarşı təxribat törətməklə iki ölkə arasında mövcud olan əməkdaşlıq, tərəfdaşlıq, dostluq münasibətlərini hədəfə alıb. “İkinci Qarabağ müharibəsində biabırcasına məğlub olan Ermənistan dövləti və erməni millətçiləri bütün dünyada təxribatları, aqressiyaları daha da gücləndirib. Azərbaycana qarşı təxribat və işğalçılıq niyyətləri dövlət siyasətinin tərkib hissəsi olan ermənilər bu kampaniyanı hər yerdə açıq surətdə aparırlar. O cümlədən Gürcüstanda da bu cür təxribat əməlləri baş verib və bu gün də davam edir. Nəzərə alsaq ki, Gürcüstanda da erməni lobbisinin və diversant qruplarının təsirləri həmişə olub, o zaman bu cür hadisələrin törədilməsi gözləniləndir. Onların qonşu ölkədə belə bir xaçkarın açılışını etməsi özlərinin əzabkeş, əzilmiş obrazına yeni rəng verməklə yanaşı,  Gürcüstan hökumətinin də onlarla həmfikir olduğunu bəyan etmək deməkdir. Ermənistan Qarabağı işğal etmişdi, insanlarımızı vəhşicəsinə qırmış, ərazilərimizi söküb talamışdı, haqlı cəzasını da aldı. Gürcüstan hökumətinin belə bir təxribatçı açılışa izn verməsi, əlbəttə ki, başadüşülən deyil və ölkələrimiz arasındakı dostluq və starateji əməkdaşlıq prinsiplərinə ziddir. O da məlumdur ki, Gürcüstanda yuxarı rəsmi dairələrdə, regional icra orqanlarında millətçi ermənilər çoxdur. Onların bu cür təxribatları törətməkdə məqsədi, şübhəsiz, yerli azərbaycanlılarla gürcülər arasında nifaq salmaq, münasibətləri gərginlikdə saxlamaqdır. Bundan əvvəl də erməni əli ilə bu ölkənin soydaşlarımız yaşayan bölgələrində iğtişaşlar törədilib. Təəssüflər olsun ki, Gürcüstan hökuməti də bunları bilə-bilə vəziyyəti tam nəzarətə almır və bu da cəzasızlığı görən erməni təxribatçılarının mütəmadi şəkildə daxili sabitliyi pozmasına şərait yaradır”-deyə D.Osmanlı vurğuladı.

D.Osmanlı onu da qeyd etdi ki, Gürcüstan höküməti bu təxribatların qarşısını almaq istiqamətində hərəkətə keçməlidir, əks halda erməni separatçıları vəziyyəti gərginlşdirmək üçün əllərindən gələni edəcəklər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ