Cümə axşamı günü, 01 oktyabr 2026
     

Qafqaz Albaniyası adlı iqtisadi rayonumuz niyə olmasın?! - Şəbəkə fəalı Abbas Məmmədov təşəbbüs etdi...

Image


Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmana əsasən respublikamızda 14 iqtisadi rayon təsis edildi. Heç şübhəsiz ki, yeni iqtisadi rayonların yaradılması ilə təkcə bu günün deyil, eyni zamanda sabahın  da hədəflərinin müəyyən edilməsi diqqəti çəkir.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin 8 iyul tarixində rəsmi “Facebook” hesabında yazdığı “Aran və Dağlıq Qarabağın rayonlarını bir adla birləşdirməyin böyük strateji hədəfi...” başlıqlı statusu izləyicilər tərəfindən maraqla qarşılanıb. A.Quliyev statusunda yazır: “14 iqtisadi rayonun təsis edilməsi iqtisadilikdən daha çox siyasi-strateji məsələdir. Əsas hədəf bu günlərdə yox, sabahlardadır. Təbii ki, müəyyən irad və təftiş cəhdləri olacaq. Xüsusən də Qarabağ iqtisadi rayonu ilə bağlı. Məsələn, deyilə biləcək ki, hələ sülhməramlıların nəzarətində olan Xankəndinin, Xocalının , Xocavəndin Bərdə və ya Ağcabədi ilə eyni iqtisadi zonaya salınmasının hansı real məzmunu ola bilər? Və ya soruşula bilər ki, eyni iqtisadi zona olaraq dövlətimizin proqramına daxil ediləcək Xankəndinə də pul ayıracağıqsa bunun hansısa siyasi effekti olacaqmı, Xankəndidə Azərbaycanın siyasi hüquqi iradəsi hakim olacaqmı? Xankəndi və ya Xocalıya büdcəmizdən pul ayrılmayacaqsa eyni zonada olmağın hansı mənası olacaq? Göründüyü kimi "tərs" suallar meydana çıxa bilər.

Əvvəla, Şərqi Zəngəzurun dəqiq strateyi seçim olması birmənalıdır. Tariximiz qayıdır, hamı bilir ki, heç bir erməni olmayan vaxt vahid Zəngəzur quberniyası var idi, sonra onu parçalayıb Qərbini Ermənistana verdilər, Şərqində isə bəd niyyətlə Qırmızı Kürdüstan deyilən qəza yaratdılar, 29-cu ildə buna son qoyulsa da, Zəngəzurumuzu da dilimizdən sildilər. İlham Əliyev qaytardı. Həm də hələlik Şərqi Zəngəzur adı ilə... Bütün dünya aləmə belə bir tutarlı sual üçün yer qoydu - Bəs Qərbi Zəngəzur hanı? Dünya biləcək ki, onu bizdən qoparıblar.

İkinci, Qarabağ iqtisadi rayonu həm keçmiş Dağlıq, həm də Aran Qarabağın 9 rayonunu bir ad altına aldı. Xankəndi ilə  Füzulinin, Xocalı ilə Ağcabədinin, Şuşa ilə Tərtərin eyni çətir altında olmasının başqa adı ola bilməz. Bu əslində Aran və Dağlıq Qarabağın tarixdə ilk dəfə olaraq birləşdirilməsi deməkdir. Şuşanı ermənilərin və sülhməramlıların nəzarətindən kənara çəkmək Ermənistanın çox iddiasında olduğu məlum inzibati ərazi vahidini saxlamaq və orada hansısa status əldə etmək planlarına ilk böyük zərbə idi. Bu gün Aran və Dağlıq Qarabağ rayonlarının bir-birinə qarışdırılması o deməkdir ki, sovet dövrünün "DQMV" deyilən ərazi vahidi bir daha heç vaxt bərpa olunmayacaq, həmin ərazidə hansısa əlahiddə STATUS olmayacaq. Qərarın strateji hədəfi budur.

İndi qalır Xankəndini Azərbaycanın siyasi suverenliyi altına qaytarmaq...”

A.Quliyevin statusuna yazılan maraqlı şərhlərdən biri diqqətimizi daha çox çəkdi. Abbas Məmmədov adlı “Facebook” istifadəçisi diqqətçəkən təşəbbüs irəli sürərək qeyd edir ki, Prezidentin yeni yaradılan iqtisadi zonaların bölgüsü ilə bağlı sərəncamını çox bəyənir və güman edir ki, bu sərəncam yaxın gələcəkdə Azərbaycanımızın inkişafı üçün bir Proqram olacaq. “...Mənim digər iqtisadi zonalar sırasına Azərbaycanımızın iqtisadi-coğrafi siyahısına nə səbəbdənsə daxil edilməyən, “kimlərinsə xoşuna gəlməyəcək” deyə bu günə kimi səslənməyən ərazimiz Qafqaz Albaniyası kimi bir termini niyə leksikonumuza, siyasətimizə, iqtisadiyyatımıza əlavə etməyək. Niyə Qarabağ, Zəngəzur, Mil, Muğan, Şirvan, Abşeron kimi Albaniya deyilən bir bölgəmiz olmasın?... Yüz ildən çoxdur müstəqil dövlət kimi mövcuduq, amma yenə də müstəqil düşüncə tərzimiz formalaşmayıb. Təklifim: Qafqaz Albaniyası termini gündəliyə əlavə olunsun” - deyə A.Məmmədov şərhində qeyd edib.

A.Məmmədovun təklifin maraqlı olduğunu nəzərə alaraq onu tanınmış ziyalılarla müzakirə etdik. Ziyalıların fikirlərinə keçməmişdən əvvəl bir məqamı vurğulamaq istərdik. Faktiki olaraq, bu gün Azərbaycan dövləti Albaniyanın, Qafqaz Albaniyasının şəriksiz varisidir. Bütün alban irsinin, mədəniyyətinin sahibi Azərbaycandır, bu baxımdan sosial şəbəkə fəalının fikirlərində həqiqət var və əsaslandırmasında şübhə doğuracaq hər hansı bir məqam yoxdur.

  • Samir Adıgözəlli: “Bu təklif kifayət qədər həssas, incə bir məsələni əhatə edir”

Qafqaz Albaniyası iqtisadi rayonu ideyasına münasibət bildirən İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli hesab edir ki, məsələyə tarixilik, tarixi-siyasi varislik baxımından yanaşdıqda Qafqaz Albaniyası bütövlükdə Azərbaycan ərazisi olub. Qafqaz Albaniyasının sərhədlərinin yalnız müasir Azərbaycan ərazisi ilə məhdudlaşmadığını qeyd edən S.Adıgözəllinin sözlərinə görə, Azərbaycanla yanaşı indiki Ermənistanın, Gürcüstanın yarısı, Dağıstan və sair ərazilər Qafqaz Albaniyasının ərazisi olub, sonrakı dönəmlərdə parçalanıb, bölünüb: “Heç şübhəsiz ki, vətəndaşın irəli sürdüyü təklifin tarixi əsasları var. Qafqaz Albaniyası, Albaniya bütövlükdə tarixi Azərbaycan ərazisidir. Bu gün Albaniyanın ərazisində bir deyil, iki-üç dövlət yerləşir. Bilirsiz ki, indiki Ermənistan da Azərbaycan torpağı olan Albaniya ərazisində yaradılıb, Gürcüstanın bir hissəsi Albaniya torpağıdır. Demək istəyirəm ki, bizim eradan əvvəl yaradılan və varlığını VIII əsrə qədər davam etdirən Albaniya dövlətinin ərazisi çox geniş olub. Əlbəttə, Qarabağ və Şərqi Zəngəzur  iqtisadi rayonlarının yaradılması insanlarımızda böyük ümidlər oyadıb ki, biz itirdiyimiz, bizdən qoparılan digər tarixi ərazilərimizi də qaytara bilərik. Odur ki, Qafqaz Albaniyası iqtisadi rayonun yaradılması təklifi ilə çıxış edən vətənpərvərlərimiz meydana çıxır. Bu təklif kifayət qədər həssas, incə bir məsələni əhatə edir”.

  • Faiq Ələkbərli: “...Üzərində düşünmək olar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, bu kifayət qədər incə bir məsələdir ki, ona çox həssaslıqla, ehtiyatla yanaşmaq lazımdır. F.Ələkbərlinin sözlərinə görə, Qafqaz Albaniyası, yaxud Albaniya dövlətinin ərazisi yalnız müasir Azərbaycanı əhatə etmir, bu gün o ərazidə başqa dövlətlər də qurulub. “Sözün açığı, Qafqaz Albaniyası iqtisadi rayonu adı altında hansı rayonlar nəzərdə tutulur və bunu nə cür həyata keçirmək mümkündür, bunun üzərində düşünmək olar. Çünki məlum olduğu kimi ən azı miladdan əvvəl IV əsrdə yaradılan  və bizim eranın VIII əsrin əvvəllərinə qədər mövcud olan Albaniya dövləti müstəqil bir dövlət idi. Albaniya dövlətinin ərazisi də indiki Azərbaycan Respublikasının ərazisindən çox-çox böyük olmuşdu. Onun tərkib hissəsi böyük idi. İberiyanın (Gürcüstan), indiki Ermənistanın, Dağıstan Respublikasının ərazisi də daxil olmaqla Albaniya böyük bir dövlət kimi tarixə düşüb. Demək istədiyimiz odur ki, əvvəla, indiki anlamda Qafqaz Albaniyası adı altında bir neçə iqtisadi rayonun necə yerləşdirilməsinin mümkünlüyünü müəyyən etmək lazımdır. Onun üzərində bəlkə də düşünmək olar. Gördüyümüz kimi Albaniya özü təxminən ən azı 10 əsrə yaxın mövcud olmuş bir dövlət olub.  Qafqaz Albaniyasını iqtisadi rayonda ehtiva etdirmək indiki şərtlərlə mümkün olmazdı, bəlkə o hansısa başqa bir formada nəzərdə tutula bilər”.

F.Ələkbərli hesab edir ki, Prezident fərmanı ilə yaradılan 14 iqtisadi rayonun hamısı elə qədim Albaniya ərazisini əhatə edir.

  • Məhərrəm Zülfüqarlı: “Səmimi təklif olsa da, amma reallığı əks etdirmir”

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlının sözlərinə görə də, Qafqaz Albaniyası iqtisadi rayonun yaradılması təklifi çox səmimi bir təklifdir, istəkdir, amma bunun gerçəkləşdirilməsi indiki şərtlərlə mümkün deyil. “Təbii ki, Azərbaycan dövləti Albaniyanın, Qafqaz Albaniyasının varisidir. Bu öz yerində, bu tarixi gerçəklikdir. Prezidentin fərmanı ilə Azərbaycan ərazisinin 14 iqtisadi rayona bölünməsi müsbət haldır. Bunu mütəxəssislər də, xalq da, xarici ekspertlər də alqışlayır.

Oxucunun təklif etdiyi Qafqaz Albaniyası iqtisadi rayonu məsələsi bir təşəbbüs kimi, vətəndaşın qəlbindən gələn səmimi bir arzu kimi yaxşıdır. Amma bir tarixçi kimi bildirməliyəm ki, Qafqaz Albaniyasının ərazisi Şimali Azərbaycanın, Qərbi Azərbaycanın (indiki Ermənistan), indiki Gürcüstanın və Dağıstanın bir hissələrini əhatə edir. Yaradılan 14 iqtisadi rayon da oxucunun təklif etdiyi Qafqaz Albaniyasının içində gedir, həmçinin də dediyim kimi indiki Ermənistan da, Gürcüstanın və Dağıstanın bir hissəsi də. Səmimi təklif olsa da, amma reallığı əks etdirmir. 

Prezidentin fərmanında bütün məsələlər incəliyinə qədər öz əksini tapıb. Elə bu 14 iqtisadi rayonla da Azərbaycanın inkişafı təmin olunarsa bu ölkəmizin gələcəyində böyük rol oynaya bilər. Amma mənə belə gəlir ki, bizim vətəndaşlarımız tariximizi yaxşı öyrənməlidir, Qafqaz Albaniyası, Atropatena, Manna dövlətlərinin hansı ərazilərdə olduğunu dəqiq bilməlidirlər ki, gələcəkdə də Azərbaycanı sevərəkdən təkliflər verdikdə reallıqlara söykənsinlər” - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ