Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanın 30 ildə Qarabağda dağıtdığı xristian abidələri - onlar təkcə İslam irsinə düşmən deyillər ki...

Image


Qafqaz Albaniyasının şəksiz-şəriksiz varisi müasir Azərbaycan dövlətidir. Paytaxtı Qəbələ, sonra isə Bərdə şəhəri olan Qafqaz Albaniyası IV əsrdə xristian dinini rəsmi dövlət dini olaraq qəbul edib, süqutuna qədər bu dini mümkün dərəcədə qoruyub, saxlayıb.

Bilirik ki, Azərbaycan dövlətinin ərazisi indiki kimi 86,6 min kvadratkilomert olmayıb, qat-qat çox olub, böyük bir coğrafi məkanı əhatə edib. Bu öz yerində. Söhbət ondan gedir ki, Qafqaz Albaniyası dövründə Azərbaycan ərazisində xristian mədəniyyətini əks etdirən saysız abidə, çoxlu kilsə və monastır yaradılıb. Alban xristianlıq dövrünün bu örnəkləri Azərbaycanın müxtəlif bölgələrində mövcuddur, dövlət tərəfindən qorunur, mühafizə edilir.

  • Ermənilər xristian abidələrinə də divan tutublar

Məlum olduğu kimi, vaxtilə Qafqaz Albaniyasının əsas özəklərindən biri də Qarabağ, Kəlbəcər və sair rayonlarımız, ərazilərimiz olub. Qarabağda, xüsusən də Kəlbəcərdə, Laçında alban xristianlıq dövrü abidələri kifayət qədər olub. Amma bu tarixi ərazilərimiz 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalı altında olduğu müddətdə buradakı müsəlman abidələri ilə yanaşı, xristian abidələri, kilsələr, monastırlar, tarix mədəniyyət irsi də erməni vandalizminə məruz qalıb.     

  • Ermənilərin Qarabağda dağıtdıqları xristian abidələri…

Hər bir xalqın formalaşmasında tarixi keçmişinin xüsusi rolu var. Keçmişi zəngin olmayan, dövlət yaratmayan, dövlətçilik, milli mədəniyyət, mənəvi dəyərlər sisteminə sahib olmayan toplumlar bütün bəşər mədəniyyətinə, tarixi-maddi mədəni irsinə qənim kəsilirlər, ermənilər kimi. Tarixi keçmişi olmayan, özünü o xalqa, bu xalqa yamaq edən, başqalarının mədəniyyətini mənimsəyən, mənimsəyə bilməyəndə isə talayıb dağıdan toplumdur ermənilər.

Qarabağın xristian abidələri ilə zəngin olması təsadüfi deyil, çünki bu ərazinin qədim sakinləri sonradan müsəlmanlığı qəbul etmiş qədim türklər olublar. Türklərin də hələ qədim çağlardan xristianlığı qəbul etdiyi məlumdur. Bizim ulularımızın Qarabağda yaratdığı, tikib qurduğu xristian abidələri işğal dövründə ermənilər tərəfindən dağıdıldı, məhv edildi.

Ekspertlər qeyd edirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərimizdə ermənilərin abidələrimizə qarşı vandalizm aktları törətməsi faktını beynəlxalq aləmə yaymağa başladı, ayrı-ayrı beynəlxalq təşkilatlara erməni vəhşiliyi haqda geniş məlumatlar, faktlar təqdim etdi. Əlbəttə, erməni vandalizminə məruz qalan abidələr arasında xristian dövrü abidələri də var ki, onlar da Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Azərbaycanın UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətinin ardınca Ermənistan hökuməti və xaricdəki havadarları dərhal əl-ayağa düşüb Qarabağdakı xristian abidələrinin taleyini gündəmə gətirmək istədilər. Əlbəttə, Ermənistanın məqsədi tamamilə aydındır, Qarabağ cəbhəsində düçar olduğu məğlubiyyətin əvəzini Azərbaycana şər atmaqla çıxmağa cəhd göstərir, amma, faktiki olaraq, özünü pis vəziyyətə qoyur. Qarabağdakı xristian abidələrini Ermənistan dağıdıb, Azərbaycan isə hazırda müsəlman abidələri ilə yanaşı, o abidələrin də bərpasını planlaşdırır. 

  • Ermənistanın tarixi irsimizə qarşı qanunsuz fəaliyyətləri...

2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarixi və mədəni abidələrin monitorinqini aparan Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü olmuş mədəni dəyərlər üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bizimlə söhbətində bildirdi ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməklə, faktiki olaraq, 28 il ərzində Azərbaycanı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi. F.İsmayılovun sözlərinə görə, Ermənistan xristianlıq abidələrini də dağıdıb, məhv edib, qalanlarını isə mənimsəyib.

F.İsmayılovun dediyinə görə, Qarabağ və ona bitişik ətraf ərazilərin “qədim erməni torpaqları” olması iddiasında olan Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək və ya erməniləşdirmək kimi qanunsuz fəaliyyət həyata keçirib.

  • İşğal dövründə xristian abidələrinin bir çoxunun quruluşu dəyişdirilib

Bilirik ki, F.İsmayılov torpaqlarımız erməni işğalında olduğu dövrdə ermənilərin Azərbaycan ərazilərindəki Alban dövrü abidələrin əzəli görkəmlərini dəyişdirərək erməniləşdirməyə çalışdıqlarını üzə çıxarmışdı. F.İsmayılov qeyd edir ki, bu abidələrin çoxunun siması, quruluşu dəyişdirilib.

O bildirib ki, Rusiyanın görkəmli Qafqazşünas tarixçi-alimi Y.İ.Krupnov Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə bunları yazırdı: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

  • “Ermənilərin alban abidələrinə də iddiaları əsassızdır”

“Ermənilərin alban abidələrinə də iddiaları əsassızdır. Bu abidələr Azərbaycan dövlətinin tarixi-mədəni irsidir. Bilirsiniz ki, Albaniyada xristianlıq memarlığı daha geniş yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Dünyada bir çox tədqiqatçı da təsdiq edir ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki dövr alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlərə başqa millət və xalqların daş kitabələrində rast gəlinmir.

İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır”.

F.İsmayılov dedi ki, Azərbaycanda ermənilər tərəfindən xristianlıq abidələrinin erməniləşdirilməsi, erməni vandalizmi nəticəsində dağıdılmasına dair saysız fotoşəkil var və onlar dövri mətbuatda işıq üzü görüb.

  • “Qafqaz Albaniyası dövrünə aid olan XII-XIII əsr abidəsi də erməni vandalizminin qurbanı olub”

“Xocavənd rayonunun Dağyurd kəndindəki abidə inşa edilərkən dini ibadət üçün nəzərdə tutulmayıb. Yəni abidə nə kilsə, nə də monastır olub. Abidənin görkəmi erməniləri “qane” etmədiyindən, onlar abidənin ümumi görünüşünü dəyişdiriblər.

Təmir zamanı abidənin üst hissəsi hündürləşdirilib. Çardağı dəmirlə örtülüb. Binanın üzərinə zəng qülləsi əlavə edilərək abidəyə kilsə forması verilib.

Dağyurd kəndində Qafqaz Albaniyası dövrünə aid olan XII-XIII əsr abidəsi də erməni vandalizminin qurbanı olub” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, Hadrut istiqamətində Ziyarət dağındakı sovmənin əzəli görkəmi də erməni saxtakarlığına məruz qalıb, bu abidə də əzəli görkəmindən məhrum edilib.

Ağdərə ərazisindəki Xotavəng monastırı da eyni aqibətlə üzləşib. Belə ki, kompleksin həyətində aparılan tikinti və “abadlıq” işləri monastırın əzəli görkəminə zərər vurur. Belə ki, kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək erməni memarlığına uyğunlaşdırılıb.

F.İsmayılov qeyd etdi ki, Xudavəng monastırının giriş qapısının da əzəli görkəmi işğal dövründə dəyişdirilib,  monastırın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər. Ermənistanın işğalı altında olmuş Gəncəsər monastırnın əzəli forması da dəyişikliyə məruz qalıb və Gəncəsər monastırının divarları mərmərlə bağlanıb, bu, bərpada yolverilməz haldır.

Erməni vandalizminə uğradılan abidələrdən biri də Ağoğlan monastırıdır. İşğaldan sonra abidənin mühafizə divarı belə dağıdıldı. Laçın rayonunun Hoçaz kəndində yerləşən məbəd düşmən saxtakarlığı ilə üzləşib.

  • Erməni vandalizmi Mirik abidələrindən də yan keçməyib

Həkəri çayının Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə, dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşən Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. İşğal dövründə ermənilər abidəni öz əzəli görkəmindən məhrum ediblər.

Ermənilər işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurublar.

  • İşğal dövründə uçurdulan abidələr...

Qeyd edək ki, Tuğ kəndindəki abidə də eyni aqibətlə üzləşib. Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsinin yerləşdiyi Tuğda da ermənilər vandalizm törədiblər. İşğala qədər abidə kompleksinin bu hissəsi ikimərtəbəli olub, üst mərtəbə uçurdulub, birinci mərtəbə isə orijinal görkəmindən məhrum edilib. İşğal dövrü abidədən muzey kimi istifadə edilirdi.

Tuğ kəndinin mərkəzində yerləşən bu bazilikanın 1197-ci ildə inşa edildiyi güman edilir. Binadan müxtəlif illərdə kəndin ərzaq anbarı kimi istifadə edilib. 2014-cü ildə abidəni kilsəyə çevirmək istəyən ermənilər abidəni əzəli görünüşündən məhrum etdilər. Abidənin qarşısına qəbir daşları düzərək burada hansısa övliyyaların yaşadığını iddia edən yalan məlumatlar yaydılar.

  • Müqəddəs vəftiz İohan rus-pravoslav kilsəsi necə  erməni qriqoryan kilsəsinə çevrildi?

Qubadlı rayonunun Başarat kənd ərazisində ermənilər Qafqaz Albaniyası memarlığına aid bu abidənin əzəli görünüşünü 2019-cu ilin yay aylarında dəyişiblər.

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindəki abidənin memarlıq quruluşu dəyişdirilib.

Köçərili məhəlləsi. 1847-ci ildə Şuşada tikilmiş müqəddəs vəftiz İohan rus-pravoslav kilsəsini ermənilər erməni qriqoryan kilsəsinə çevirdilər

Şuşada Qazançı adlandırılan rus pravoslav kilsəsi də ermənilər tərəfindən erməni qriqoryan kilsəsinə çevrilib. Ermənilərin cinayətləri bununla bitmir.

F.İsmayılov qeyd edir ki, bütün bunlar əsas verir ki, Ermənistan nəinki müsəlman, eləcə də xristian aləmi tərəfindən ittiham kürsüsündə əyləşdirilsin. Çünki Ermənistan müsəlman abidələri ilə yanaşı, xristian abidələrini də tarimar edib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ