20/10/2020 13:19
728 x 90

Türkiyə XİN Ordubada raket hücumu ilə bağlı bayanat yaydı - "Ermənistan bu təxribatları dayandırmalıdır"

img

Türkiyə Ermənistan qoşunlarının işğal altındakı Qubadlı rayonundan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket hücumunu qətiyyətlə pisləyir. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan işğal etdiyi ərazilərdəki ard-arda aldığı məğlubiyyətləri ilə əlaqədar hər gün daha da aqressivləşir:

"Ortaq sərhədlərimizin olduğu Naxçıvan Muxtar Respublikasına yönələn hücum Ermənistanın münaqişənin Azərbaycanın işğal olunmuş ərazilərindən kənara yaymaq cəhdlərinin sübutudur. Ermənistan bu təxribatları dayandırmalıdır.

Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücum etməklə hərbi cinayət törədib, indi isə münaqişəni başqa müstəvilərə keçirməyə çalışır. Ermənistan bu hücumların nəticələrini göz önünə almalıdır".

Nazirlik Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bəyan edib.

Son xəbərlər