“Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını geri qaytarmaq üçün başladığı mübarizəni bütün qəlbimizlə dəstəkləyirik.
Ürəyimiz “iki dövlət, bir millət” anlayışı ilə hər mübarizədə Sizin üçün döyünməkdədir. İşğal altındakı torpaqlar mütləq geri alınacaqdır. Başqa bir alternativ fikirləşmirik. Bu mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Qələbə mütləq və mütləq Azərbaycanın olacaqdır. Bu münasibətlə Sizi Ali Baş Komandan kimi təbrik edirik. Azərbaycan varsa, Türkiyə var, Türkiyə varsa, Azərbaycan var.
Bir daha Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçilərinin (TOLEYİS) Həmkarlar İttifaqının Ali Məclisinin üzvləri olaraq haqq mübarizənizi dəstəklədiyimizi bildiririk”.
Bu fikirlər Türkiyə Respublikasının İstanbul şəhərindən TOLEYİS Həmkarlar İttifaqının sədri Cemail Bakındı, TOLEYİS Həmkarlar İttifaqının sədr müavini Yusuf Kutlu, Maliyyə idarəsinin katibi Ali Şahin, TOLEYİS Həmkarlar İttifaqının sədrinin müavini Cemalettin Kelten, Baş katib Yücəl Köksal, Ankara Bölgəsinin sədri Taner Şener, Mərmərə Bölgəsinin sədri Yusuf Erbaş, Mərmərə Bölgəsi sədr müavini Murat Bakındı, Anadolu bölgəsinin sədri Taner Şəkər, İzmir şöbəsinin sədri Mustafa Çəlik, Adana şöbəsinin sədri Mətin Sav, Ankara bölgəsinin katibi Mustafa Öksüz tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə qeyd edilib.
Baki-xeber.com