Sumqayıt şəhərindən Füzuli rayonu 9 saylı tam orta məktəbin kollektivi də Prezident İlham Əliyevə müraciət ünvanlayıb: “Füzuli rayonu 9 saylı tam orta məktəbin kollektivi olaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda atdığınız addımlara görə Sizə minnətdarıq. Sizin yürütdüyünüz düzgün siyasəti alqışlayır, Sizi dəstəkləyirik. Müəllim ordusu olaraq, daim Sizin və ordumuzun yanındayıq.
Torpaqlarımıza geri dönəcəyimiz, pedaqoji fəaliyyətimizi doğma yurdumuzda davam etdirəcəyimiz günləri səbrsizliklə gözləyirik.
Bizi qələbəyə aparan bu yolda Sizə və fədakar əsgər və zabitlərimizə Uca Tanrıdan cansağlığı arzulayırıq.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
Baki-xeber.com