“Bu gün yorulmadan, istirahət etmədən şanlı ordumuza rəhbərlik edir, erməni terrorunu, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, xalqımızı yeni qələbələrə ruhlandırırsınız.
Bu gün cəbhədə mənim dostlarım, yoldaşlarım, tanışlarım döyüşür, şəhid olur. Mən də onlarla bir sırada olmaq, düşmənə qarşı vuruşub şəhidlik məqamına yüksəlmək istəyirəm.
Allah qorusun Sizi. Sizi və xalqımızı ürəkdən təbrik edirəm. İnşallah, bayrağımız Kəlbəcərdə, Xankəndidə, Şuşada dalğalanar”.
Bunu Prezident İlham Əliyevə müraciətində Bakıdan Nizami Qocayev bildirib.
Baki-xeber.com