Goranboy rayonunun Borsunlu kənd sakini Məmmədova Səmayə Əliqara qızı Prezident İlham Əliyevə məktub yazıb.
“İşğal altında olan torpaqlarımız uğrunda gedən qətiyyətli mübarizədə biz analar şəhidlərimizin qanı bahasına azad olunan rayon və kəndlərimizin adlarının Sizin tərəfinizdən bəyan edilməsini qürurla qarşılayırıq.
Biz inanırıq ki, Sizin komandanlığınızla qısa zaman ərzində Qarabağın bütün ərazilərində üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Bütün goranboylular, hər zaman olduğu kimi, bu çətin və həssas dönəmdə də Sizin yanınızdadırlar.
Qarabağ Azərbaycandır!” - deyə S.Məmmədova məktubunda qeyd edir.
Baki-xeber.com