“Erməni silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Milli Ordumuza verdiyiniz əks-hücum əmri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı və onun döyüş əzmini daha da artırdı. Biz Sizin çıxışlarınızdakı mövqeyinizi və qətiyyətinizi bəyənirik, alqışlayırıq. Bütün varlığımızla inanırıq ki, xalqımız, dövlətimiz və şanlı ordumuz bu haqq savaşında Sizin qətiyyətli mövqeyiniz sayəsində zəfər çalacaq.
Biz C.Qaryağdıoğlu adına Ağdam 1 nömrəli Uşaq Musiqi Məktəbinin rəhbərliyi və kollektivi olaraq bir əlimizdə qaval, bir əlimizdə isə silah tutaraq işğal olunmuş torpaqlarımız uğrunda savaşmağa hazırıq və bu yolda hər zaman Sizin yanınızdayıq. Bu gün hər bir Azərbaycan vətəndaşının düşüncəsində, fikrində və dilində bir şüar var:
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu sözləri isə Prezident İlham Əliyevə müraciətlərində Bakı şəhərinin Nəsimi rayonundan C.Qaryağdıoğlu adına Ağdam 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi yazıb.
Baki-xeber.com