Bakı şəhərinın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən məcburi köçkün Əsgərov Kürdoğlu Dilqəm oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“İşğal olunmuş torpaqlarımızın Sizin qüdrətli və yüksək komandanlığınızla müzəffər ordumuz tərəfindən azad olunması və düşmənə sarsıdıcı zərbələr endirilməsi hər bir Vətən övladı kimi, mənim də ürəyimi dağa döndərir.
Biz hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun ailəsi adından yazaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda başlatdığınız əks-hücum əməliyyatına görə Sizi alqışlayırıq və hər zaman Sizinlə həmrəy olduğumuzu bildiririk. Bütün torpaqlarımızın yağı düşmən tapdağından azad olunacağına, əsirlikdə olan bütün həmvətənlərimizin və atamın azad olunaraq öz doğma yurdlarına dönəcəklərinə əminəm. Fürsətdən istifadə edərək bildirirəm ki, biz də Kəlbəcər rayonundan didərgin düşərək məcburi köçkün həyatı yaşayırıq.
Sizin hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağınız barədə dediyiniz fikirlər sadə bir vətəndaş olan bizim də həyatımızın bəzəyi olub. Belə ki, atamın icarəyə götürdüyü ərazidə mülkiyyətə dəymiş zərərə görə kompensasiya ödənilməsi barədə Sizə ünvanladığımız müraciətimizə də həssas yanaşılmış və problem həllini tapıb. Bu, Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğının təzahürüdür.
...Allahdan Sizə cansağlığı və haqq yolunda qələbə arzulayırıq!
Qarabağ Azərbaycandır!” - deyə Kürdoğlu Əsgərov Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com