“Doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizə özümün və hazırda Ankarada təhsil aldığım "Gülhane" Tibb Universitetinin tələbə və həkim kollektivi adından təbrik edir, həmçinin, minnətdarlığımızı bildirir, uzun ömür və cansağlığı arzu edirəm.
İnanırıq ki, Azərbaycan Ordusu öz gücü və qüdrəti ilə tezliklə hazırkı qələbəni böyük qələbəyə çevirəcək.
Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Ehtiyac olarsa, hamımız cəbhəyə qoşulmağa hazırıq.
...Allah Sizə və ordumuza bu haqq yolunda yardımçı olsun. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!”
Bu fikirləri Türkiyə Respublikasının Ankara şəhərindən Prezident İlham Əliyevə müraciətində Süleyman Vəliyev vurğulayıb.
Baki-xeber.com