26/10/2020 02:50
728 x 90

Hətta beynəlxalq iqtisadi platformada da Ermənistanın müharibə və bənzəri cinayətləri ittiham olunur...

Asif İbrahimov: “Həmin bəyanatda diqqətçəkən məqam budur ki, Ermənistan lənətlənməklə yanaşı, həm də bizim haqq işimizə dəstək ifadə edilir”

img

23-cü Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Ermənistanın müharibə cinayətlərinə  kəskin etiraz edib. Tədbir iştirakçıları Azərbaycan İlham Əliyevə məktub da ünvanlayıblar:

“Hörmətli cənab Prezident, Biz - XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları Dağlıq Qarabağda baş verən hadisələri narahatlıqla izləyirik. Azərbaycan ərazisi olan Dağlıq Qarabağın işğalı cinayətdir, qanunsuzluqdur, zülmdür. İşğalçı Ermənistan müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət törətməkdədir. Ermənistanın dünyanın gözü qarşısında beynəlxalq hüququ pozaraq müharibə və bəşəriyyət əleyhinə cinayət törətməkdə davam etməsini qınayırıq. Əvvəlcə Dağlıq Qarabağın işğalı, sonra Xocalı soyqırımı, daha sonra Tovuza hücum, indi isə Azərbaycanın digər bölgələrinə qarşı törətdiyi hərbi təxribatlar Ermənistanın tarixində qara ləkə kimi qalacaq. Siz legitim olaraq özünümüdafiə hüququnuzdan istifadə edirsiniz. Birləşmiş Millətlər Təşkilatının qərarlarına əsasən, hər hansısa ölkənin ərazisi işğal edilərsə, həmin ərazilərin geri qaytarılması üçün mübarizə aparması onun legitim haqqıdır.

Eyni zamanda, Siz həm də vətəndaşlarınızın yaşamaq hüququnu qoruyursunuz. Buna görə də Ermənistanın işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi zəruridir. İnsan haqlarının pozulması davam etdikcə, mübarizəniz haqlıdır. XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün iştirakçıları olaraq əminik ki, Siz sülh və ədalət uğrunda mübarizə aparırsınız. Haqlı mübarizənizdə daim Sizin yanınızdayıq”.

Göründüyü kimi, hətta dünyanın iqtisadi yönümlü təşkilatı da erməni cinayətlərini pisləyir. Bundan hansı nəticəni çıxar bilərik?

Beynəlxalq qiymətləndirmə üzrə ekspert Asif İbrahimov qəzetimizə bildirdi ki, Ermənistanın etdiyi əməllər bəşəri cinayət sayıldığı üçün bütün dünyanı narahat edir: “Məhz buna görə də, təmayülündən asılı olmayaraq, bütün təşkilatlar bu əməlləri pisləyir. Ermənistanın etdiyi əməllər anoloqu olmayan müharibə cinayətləridir. Bununla onlar həm də bizə iqtisadi ziyanlar vurublar.  Uzun illər işğal altında saxladıqları ərazilərin bütün təbii sərvətlərindən talançı kimi istifadə ediblər. İşğaldan azad olunan bəzi kəndlərimizin görüntülərindən bəlli olur ki, bütün evlərin daşını belə söküb aparıblar. İndiki məqamda onlar dinc əhalini nişan alır. Sərhadyanı ərazilərdə  hazırda  dinc əhalinin bütün mülkləri  dağıdılır, mal-qarası tələf olur. Kəndçilər əkin-tikini ilə məşğul ola bilmir. Ermənistanın işğalçı siyasəti həm də bizə iqtisadi ziyan vurub. Bu baxımdan da, iqtisadi yönümlü təşkilatın da Ermənistanın cinayətərinə belə qiymət verməsi normaldır. Həmin bəyanatda diqqətçəkən məqam budur ki, Ermənistan lənətlənməklə yanaşı, həm də bizim haqq işimizə dəstək ifadə edilir. Eyni zamanda ermənilərin indiyə qədər etdiyi vəhşiliklər xronoloji olaraq sadalanır. Bu bəyanatı çox obyektiv sayıram”.

Ermənistanın bütün əməlləri əndazəni aşdığı üçün artıq siyasi olmayan təşkilatlar da buna kəskin etirazını bildirir.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər