şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycançılıq - etnik sərhəd tanımadan bütün vətəndaşlarımızı birləşdirən ideya, fərqli millətlərdən olan milli qəhrəmanlarımız...

Image


Bu gün Azərbaycanda yaşayan bütün xalqları özündə birləşdirən vahid ideologiya var - azərbaycançılıq.

Azərbaycanı özünün tarixi Vətəni sayan hər bir xalqın övladı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyib. Terrorçu Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə dözməyib, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşub. Qeyd etdiyimiz kimi, onların arasında kifayət qədər başqa xalqların qeyrətli övladları da olub ki, onlar işğalçı ordunun təcavüzünə qarşı əlində silah mübarizə aparıblar, şəhidlik mərtəbəsinə yüksəliblər. Bu gün Azərbaycanın milli qəhrəmanları arasında 10-dan çox qeyri-azərbaycanlı, hətta Azərbaycanda doğulmayanlar da var. Bu o deməkdir ki, qəlbi, nəbzi Azərbaycanla döyünən hər bir insan təcavüzkar Ermənistanın işğalçı siyasətilə barışmayıb və dost, qardaş harayına yetişib.

  • Vətənin oğul dediyi qeyri-azərbaycanlı milli qəhrəmanlar...

Multikultural və tolerant ölkə olan Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın ədalətli, haqlı mövqeyini hər zaman dəstəkləyib və onu müdafiə ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlar arasında milliyyətcə azərbaycanlı olmayanlar da çoxdur. Onlar doğulub boya-başa çatdıqları ana vətənin düşməndən müdafiə olunmasında canlarından, həyatlarından keçiblər. Hətta Qarabağ müharibəsində şəhid olan və ölümündən sonra Milli Qəhrəman adına layiq görülən şəhidlər sırasında keçmiş SSRİ respublikalarında doğulan qeyri-azərbaycanlılar da var. Azərbaycan torpaqları və dövlətçiliyi uğrunda qəhrəmanlıqla həlak olan Aqarunov Albert Aqarunoviçin, Aznaurov İsgəndər Söhrab oğlunun, Davidoviç Anatoli Nikolayeviçin, Karlov Yevgeni Nikolayeviçin, Kovalyov Yuri Petroviçin, Makeyev İqor Vladimiroviçin, Polovinko Ruslan Aleksandroviçin, Senyuşkin Sergey Aleksandroviçin, Seryogin Viktor Vasilyeviçin, Slesaryov Mixail Aleksandroviçin adlarını çox böyük hörmət və ehtiramla xatırlayırıq. Onları bizim torpaqların müdafiəsinə xalqımıza olan böyük sevgi və ehtiram çəkib gətirib.

  • Albert Aqarunov - Azərbaycançılığa bağlı Milli Qəhrəman!

Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda şəhid olan cəsur, qorxmaz vətən övladları arasında qeyri-azərbaycanlıların da olması onların Azərbaycana, azərbaycançılığa qəlbən bağlı olmasının təzahürüdür. Belə cəsur vətən övladlarından biri də Azərbaycanın Milli Qəhrəmanı, yəhidi əsilli Albert Aqarunovdur.

Qeyd edək ki, Aqarunov Albert Aqarunoviç 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən cəbhəyə könüllü gedib. O,  8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı Fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, 2016-cı ildə isə Milli Qəhrəman ölümündən sonra “Həzi Aslanov” ordeni ilə təltif edilib. 2019-cu ildə Albert Aqarunovun Bakıda heykəli qoyulub.

  • Azərbaycanın Milli Qəhrəmanı Davidoviç Anatoli Nikolayeviç...

Taleyini Azərbaycanla, Milli Ordumuzla bağlayan digər bir Milli Qəhrəmanımız Davidoviç Anatoli Nikolayeviçdir.

Davidoviç Anatoli Nikolayeviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kapıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açıb. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Mayor hərbi rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan Ordusu ilə bağlayıb.

Davidoviç Anatoli Nikolayeviç 3 iyun 1992-ci ildə həlak olub, Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli, 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Gəncədə küçələrdən birinə qəhrəmanın adı verilib.

  • “Topçu İsgəndər” - qəhrəman Aznaurov...

“Topçu İsgəndər” kimi adını tariximizə yazan Aznaurov İsgəndər Söhrab oğlu 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində, Axısqa türkü ailəsində dünyaya gəlib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüz minlərlə Axısqa türkü kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb.

Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub.

1993-cü il 18 apreldə döyüşlərin ən qızğın yerinə yollanan Aznaurov orada gedən atışmalar zamanı qəhrəmancasına həlak olub, Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 saylı Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

  • Gəncəli Milli Qəhrəman İqor Makeyev...

Dağlıq Qarabağ cəbhəsində onlarla erməni quldurunu məhv edən İqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində, fəhlə ailəsində anadan olub. 1992-ci il 5 iyun tarixində ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər. İqor burada onlarla erməni yaraqlısını məhv edib, ermənilər kəndi tutsalar da, döyüşçülərimiz əks-hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o, rəşadətlə vuruşub. İqorun son döyüşü 2 avqust 1992-ci ildə oldu. "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, “Nikulin” ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdi. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli, 290 saylı Fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib və Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.

  • Unudulmaz Mixail Slesaryov

8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulan Azərbaycanın Milli Qəhrəmanı Mixail Slesaryov sonradan taleyini Azərbaycanla bağlayıb. Slesaryov 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustaqlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirildi. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli, 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışırdı. M.Slesaryov 12 aprel 2014-cü ildə vəfat edib.

  • Azərbaycanın ukraynalı Milli Qəhrəmanı...

Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində anadan olub. Ruslan 1991-ci ildən Qarabağda erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak etməyə başlayıb. 1992-ci il 6 avqust tarixində şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı Fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.

  • Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında Viktor Seryoginin böyük xidməti olub...

Seryogin Viktor Vasilyeviç 23 mart 1944-cü ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində doğulub. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olub, dəfələrlə ordenlərlə təltif edilib. Hərbi pilot olan Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoyub. O, 28 yanvar 1992-ci ildə dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü isə heyətlə birlikdə qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli, 337 saylı Fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

  • Göyçaylı Kovalyov...

Yuri Petroviç Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda, rus ailəsində anadan olub.

1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilən Yuri Kovalyov Azərbaycanın bir çox döyüş bölgəsində mərdliklə vuruşub. 1991-ci ildə həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb Milli Qəhrəmanın adını daşıyır.

  • O, Azərbaycanın müdafiəsinə Tula vilayətindən gəlib...

Karlov Yevgeni Nikolayeviç 1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olub. Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən, bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışıb. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak edib, şücaət göstərib. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb, doğulduğu Dubovka qəsəbəsində dəfn edilib.

  • Samara vilayətindən gələn oğlanın qəhrəmanlığı...

Senyuşkin Sergey Aleksandroviç 15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətinin Sızran şəhərində anadan olub. 1 fevral 1992-ci ildən həyatını Azərbaycanla bağlayan Sergey hərbi hissə komandiri təyin edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey Senyuşkin mülki təyyarəçilərə hərbçi təlimini keçməklə yanaşı, Qarabağda gedən hərbi əməliyyatlarda iştirak edərək, çox sayda erməni döyüşçüsünü məhv edib. Xocalı soyqırımı zamanı xeyli dinc sakini xilas edə bilsə də, Xocalıda ağır yaralanıb və 29 fevral 1992-ci ildə həlak olub. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı Fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, Samara vilayətinin Sızran şəhərində dəfn edilib.

Qeyd edək ki, bu məlumatlar tədqiqatçı Vüqar Əsgərovun “Azərbaycanın milli qəhrəmanları” kitabından götürülüb.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının, harayımıza yetən bütün qardaş ölkələrin nümayəndələrinin xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ