28/10/2020 15:28
728 x 90

Azərbaycan Ordusu Ermənistan dövlətinin beynəlxalq narkomafiya ilə sıx bağlılığına təkzibolunmaz fakt aşkarladı...

Mehman Muradlı: “Hazırda biz işğaldan azad edilmiş ərazilərimizdəki mənzərə ilə bunu aydın şəkildə sübut edirik”

img

Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb.

Qeyd edək ki, buna qədər Cənub və Şərq istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi. Amma bu fakt onu göstərir ki, Ermənistan nəzarətsiz torpaqlardan təkcə narkotranzit məkanı kimi istfadə etməyib. Orada, eyni zamanda, narkotik istehsalı da həyata keçirilirmiş. Güman ki, burada narkotik maddələrin istehsalı təkcə satış məqsədi daşımayıb. Böyük ehtimalla, nəzarətsiz torpaqlarımızda toplaşan başıpozuq dəstələrin üzvlərini ora həm də narkotik cəlb edirmiş. Yəni müxtəlif etnik qrupları və radikal ideologiyaları təmsil edən terrorçuları Qarabağa çəkib gətirən təkcə pul yox, həm də “narkotik cənnəti” haqda vədlər olub.  Ermənistanın geriyə qaçan orduda qorxu xofunu aradan götürmək üçün narkotiki gen-bol şəkildə əsgərlərin də istifadəsinə verdiyinə dair faktlar var. Beləliklə aydın olur ki, Ermənistan hökuməti  həm də beynəlxalq  narkomafiya ilə sıx əlaqədə olub.

Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qlobal biznesin əsas kapitalının əhəmiyyətli hissəsini narkotik maddələrin satışından əldə edilən gəlirlər təşkil edir: “Bunu dəfələrlə beynəlxalq təşkilatlar, bir sıra ekspertlər də təsdiq edib. Azərbaycanın işğal altında olan torpaqları da uzun illərdən bəri dünya birliyinin nəzarətindən kənarda qaldığından, həmçinin qondarma “Dağlıq Qarabağ Respublikası” BMT tərəfindən tanınmadığından həmin torpaqlar transmilli cinayətkarlığın və beynəlxalq terrorizmin meydan suladığı gözdəniraq bir məkana çevrilib. Burada cinayətkar iqtisadi fəaliyyətin geniş şəbəkəsi yaradılıb. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən isğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Bu da erməni tərəfinə həmin ərazilərdə öz cinayət məqsədlərini həyata keçirmək üçün əlverisli şərait yaradıb. Ermənilər uzun müddətdir ki, Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə narkotik maddələrin daşınmasını həyata keçirirlər. Ərazilərə nəzarət edilməməsi və beynəlxalq qurumların da bu istiqamətdə müvafiq addımlar atmaması isə problemi daha da dərinləsdirib, ermənilərin qeyd olunan səpkidə fəaliyyətinin genislənməsinə rəvac verib. Digər tərəfdən bu, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə edilən ərazilərin əslində dünya üçün də təhdid mənbəyi olduğunu göstərir. Çünki buradan daşınan narkotik maddələr Avropa, hətta ABŞ-a qədər gedib çıxır. Ermənistan öz ordusunun əsgər və zabitlərinin köməyi ilə həmin sahələrdə əkib-becərdiyi külli miqdarda narkotik maddələri Avropa və Rusiya bazarlarına ixrac edib. Narkotik maddələrin satışından əldə olunan milyonlar müxtəlif növ silahların alınmasına, işğal zonalarında terrorçu düşərgələrin yaradılmasına, terror qruplaşmalarının maliyyələşməsinə, onlara kütləvi təlimlər keçilməsinə, dünyanın müxtəlif münaqişə zonalarına terrorçu dəstələr göndərilməsinə sərf olunub. İsğal olunmuş Dağlıq Qarabağ bölgəsində narkotik laboratoriyalar fəaliyyət göstərib və burada daha təhlükəli narkotik maddələrin də hazırlandıgını dəfələrlə demişik. Təəssüf ki, beynəlxalq miqyasda reaksiya verilmədi və Ermənistana qarşı  daha sərt addımlar atılmadı. Hazırda biz işğaldan azad edilmiş əraziliərimizdəki mənzərə ilə bunu aydın şəkildə sübut edirik. Yaxşı olar ki, həmin mənzərə ilə beynəlxalq təşkilatlar da yaxından tanış olsunlar”.

Bu fakt bir daha sübut edir ki, Ermənistan ölkə kimi bəşəriyyətə ziyan olan bütün fəaliyyət növləri ilə məşğul olub.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər