şənbə günü, 17 oktyabr 2026
     

DTX-nin xəbərdarlığı təsadüf deyil - Operativ kəşfiyyat məlumatları və ASALA-nın 80-ci illərdə Bakıda törətdiyi qanlı terrorlar…

Image


Terrorçu Ermənistan Azərbaycana qarşı təxribatlarını və terror hərəkətlərini dayandırmır. Heç dünya birliyi də işğalçı terror ölkəsinə hər hansı bir xəbərdarlıq etmir. Dünya birliyi susduqca, seyrçi mövqedə dayandıqca, Ermənistan və ona bağlı terrorçu qruplar terror əməllərini birəbeş artırırlar.

Məlum olduğu kimi, DTX-nin İctimai əlaqələr şöbəsi erməni terroru ilə bağlı əhaliyə xəbərdarlıq edib: “Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər”.

Bildirilib ki, Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən və terror əməllərini həyata keçirən dövlətdir: “Hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edirlər”. 

DTX vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırıb. “Eyni zamanda, son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspor təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”.

Əlbəttə, DTX-nin yaydığı bu xəbərdarlıq ölkəmizin, əhalimizin təhlükəsizliyi baxımından çox vacibdir və hər bir vətəndaş ayıq-sayıq olmalıdır.

Azərbaycan zaman-zaman erməni terror təşkilatlarının xalqımıza qarşı həyata keçirdikləri terrordan əziyyət çəkib. Ölkəmizə qarşı “Daşnaksütyun” partiyasının üzvlərindən tutmuş, ASALA erməni terrror təşkilatına qədər bütün terror qurumları təxribatlar, terror aktları törədiblər. Bildiyimiz kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyinin ilk illərində də ASALA və digər erməni terror təşkilatlarının ağılagəlməz terror aktları ilə qarşılaşıb. Millətçi, şovinist erməni terrorçularının hədəfi isə həmişə dinc əhali, mülki obyektlər olub.

Bu gün dünyada terror ölkəsi kimi tanınan Ermənistanda ASALA, MAQ, “Erməni İttifaqı”, “Erməni Azadlıq Cəbhəsi” terror təşkilatları ilə yanaşı, “Armenakan”, “Hnçak”, “Daşnaksütyun” partiyaları da var ki, onların da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir.

Tarixçilər bildirirlər ki, 1988-ci ildən Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o cümlədən, terror aktlarına əl atıb. Sonrakı mərhələdə bəzi dövlətlərin himayəsi və dəstəyilə Azərbaycan ərazilərini işğal edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş çoxlu sayda terror aktı planlaşdırıb və həyata keçirib. Tarixçilər ermənilərin 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətdiklərini, nəticədə isə 1600-ə yaxın insanın həlak olduğunu, 1808 nəfərin isə ağır yaralandığını qeyd edirlər. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etdiyi məlumdur.

Ekspertlərin verdiyi bilgilərə görə, SSRİ dağılandan sonra erməni terrorizmi öz fəaliyyət istiqamətini dəyişərək, Ermənistanın işğalçılıq siyasətinə çevrilib. Alimlər qeyd edirlər ki, keçən əsrin 80-ci illərinin ortalarından bu günə qədər erməni dövlət terrorizmi öz inkişafında iki təşkilati mərhələ keçib. Onların qeyd etdiyinə görə, birinci mərhələ SSRİ-nin mövcudluğunun son illəri ilə bağlıdır. Bu dövrdə sovet hakimiyyətinin mərkəzi orqanlarının nəzarətindən asılı olmamağa çalışan Ermənistan rəhbərliyi İrəvanda diasporun radikal təşkilatlarının fəallarını, əslində isə “Daşnaksütyun” partiyası tərəfindən yaradılan ASALA, MAQ, “Erməni İttifaqı”, “Erməni Azadlıq Cəbhəsi” və digər terrorçu təşkilatların silahlılarını toplamaq üzrə genişmiqyaslı kampaniya həyata keçirməyə başlayıb. Tədqiqatçı Rauf Kəngərli qeyd edir ki, regionda yaranmış nəzarətsizlik vəziyyətindən istifadə edən terrorçular İran, Livan, Fransa, ABŞ, Rusiya, Yunanıstan və digər ölkələrdən erməni diasporunun göstərdiyi yardım xətti ilə Ermənistandan Azərbaycanın ermənilər yaşayan ərazisinə göndərilməyə başlanıb.

Sifətini dəfələrlə dəyişən erməni terrorizmi getdikcə daha artıq dərəcədə dövlət terrorizminə çevrilir. İrəvana gəlmiş terrorçulardan ilk dəfə azərbaycanlıların Ermənistandan qovulmasında istifadə edilib. R.Kəngərli vurğulayır ki, onların iştirakı ilə yaradılan terror və ümumi psixoz şəraitində 100-dən çox azərbaycanlı qətlə yetirilib, 250 minə yaxın azərbaycanlı zorla öz doğma yurdundan qovulub.

Tarixçilər qeyd edirlər ki, beynəlxalq terrorçu, ABŞ vətəndaşı Monte Melkonyan Fransada həbsxanadan buraxılandan sonra, 1990-cı ildə Ermənistanda peyda olub və dərhal oradan Dağlıq Qarabağa göndərilib. O, Qarabağda qanlı cinayətlər törədib, azərbaycanlılara divan tutub. Sonralar 1993-cü ilin yayında M.Melkonyan Azərbaycan Ordusunun hissələri ilə döyüş zamanı öldürülüb.

Müxtəlif KİV-də yayılmış materiallara əsasən, 1989-1994-cü illərdə erməni terrorçuları Dağlıq Qarabağda nəqliyyatda 29 iri terror aktı təşkil edib, iki mülki vertolyotu və 2 təyyarəni vurub. Məsələn, 1989-cu il sentyabrın 16-da erməni terrorçular Tbilisi-Bakı marşrutu ilə hərəkət edən avtobusu partlatmış, nəticədə 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. 1989-cu il oktyabrın 7-də terrorçu Abramyan Xankəndi yaxınlığındakı körpünü partladıb. 1990-cı il fevralın 16-da Avanesyanın qrupu Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobusu partladıb, nəticədə 2 nəfər ölüb, 13 dinc sakin yaralanıb. 1990-cı il iyunun 10-da Arkadi Asriyanın quldur dəstəsi Azərbaycan Respublikasının Kəlbəcər rayonunda avtomobil dəstəsinə hücum edib. 1990-cı il avqustun 10-da erməni terrorçularının başqa bir qrupu Tbilisi-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobusunu partladıb və nəticədə 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. 1991-ci ilin iyul ayında həmin qrup Tbilisi-Bakı reys avtobusunda daha bir terror aktı törətməyə cəhd edib, lakin bu cəhd baş tutmayıb, qrupun üzvləri həbs olunaraq Gürcüstanda mühakimə edilib.

1991-ci il sentyabrın 8-də Ağdam-Qaradağlı marşrutu ilə işləyən avtobusun erməni terrorçuları tərəfindən partladılması nəticəsində 6 nəfər qətlə yetirilib, 36 nəfər yaralanıb. Buna qədər isə 9 belə hadisə törədilib, ümumilikdə, 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar) həlak olub, 132 nəfər yaralanıb. Ermənilər hava nəqliyyatında da kütləvi terror aktları törədiblər. Belə ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli vertolyot vurulub. Nəticədə sülhməramlı missiya ilə səfər edən 22 nəfər - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dövlət katibi T.İsmayılov, Baş nazirin müavini, millət vəkili Z.Hacıyev, Dövlət müşaviri, millət vəkili M.Əsədov, Baş prokuror İ.Qayıbov, millət vəkilləri V.Cəfərov, V.Məmmədov və digərləri faciəvi şəkildə həlak olublar. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki vertolyot erməni terrorçuları tərəfindən vurulub, əksəriyyəti qadın və uşaq olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub. Erməni terrorçularının qanlı cinayətləri bunlarla bitmir. KİV-də yayılan məlumatlara görə, ermənilərin hava nəqliyyatına qarşı həyata keçirdikləri terror aktları nəticəsində, ümumilikdə, 176 nəfər qətlə yetirilib. 1992-ci il yanvarın 8-də erməni terrorçuları “Krasnovodsk-Bakı” sərnişin bərəsini partladıb, nəticədə 25 nəfər həlak olub, 88 nəfər ağır yaralanıb.

ASALA başda olmaqla, erməni terror təşkilatlarının əsas hədəflərindən birinin Bakı olduğu gizlin deyil. Bilirik ki, ASALA və digər erməni terror təşkilatları Bakıda bir sıra qanlı cinayətlər, terror aktları törədiblər.

Bildiyimiz kimi, 1994-cü il martın 19-da Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında metro qatarında erməni terror təşkilatlarının törətdikləri terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyası Ermənistan XXO rəhbərliyi ilə separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirilib. Həmin il iyulun 3-də yenə Bakı Metropoliteninin “28 May” - “Gənclik” stansiyaları arasında elektrik qatarında törədilən partlayış nəticəsində isə 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlum olduğu kimi, son zamanlar erməni terrorçuları yenidən fəallaşıblar.

  • “...respublika ərazisində terror törədə biləcəyi ilə bağlı xəbərdarlığı tam zamanında edilib”

“Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud bizimlə söhbətində bildirdi ki, rəsmi dövlət qurumlarının da bildirdiyi kimi, son zamanlar erməni terrorçuları yenidən fəallaşıblar. Azərbaycan Ordusunun Qarabağ cəbhəsində həyata keçirdiyi uğurlu antiterror əməliyyatları və ərazilərimizin düşmən işğalından azad edilməsi isiqamətində davam etdirilən proseslər terrorçu Ermənistanı əməlli-başlı çökdürüb. Terrorçuluqdan və separatçılıqdan başqa heç bir iş bacarmayan Paşinyan hökuməti isə ASALA-nı və digər erməni terror təşkilatlarını meydana yenidən çıxarıb, onlara Azərbaycan ərazisində mülki şəxslərə qarşı, mülki obyektlərdə, ictimai nəqliyyatda terror aktları törətməyi tapşırıb. “ASALA-nın və başqa erməni terror təşkilatlarının Azərbaycan torpaqlarında peyda olması Ermənistanın yeni terror planını ortaya qoyur. Artıq erməni terrorunu biz Gəncədə, Mingəçevirdə, Tərtərdə, Ağdamda və digər yaşayış məntəqələrimizdə görürük. ASALA-nın terror qrupları yenidən baş qaldırıb. Terrorçu təşkilatın Azərbaycanı və Türkiyəni hədəfə aldığı məlumdur. Erməni terroru nəinki Azərbaycanı, eləcə də bütün bəşəriyyəti təhdid edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ASALA-nın və digər erməni terror təşkilatlarının respublika ərazisində terror törədə biləcəyi ilə bağlı xəbərdarlığı tam zamanında edilib. Bütün vətəndaşlar ayıq-sayıq olmalıdırlar. ASALA Ermənistan hökumətinin və erməni lobbisinin göstərişi ilə yenidən ortalığa çıxıb” - deyə baş redaktor vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ