Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Baki-xeber.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, bu addım Ermənistanın bütün vasitələrlə münaqişənin ərazisini genişləndirməyə çalışdığını göstərir: "Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür"